İmanlı və imansız insanlarının ürəklərinin fərqi
Mьəllif: admin1
Tarix: 25-11-2017, 10:55
İmanlı və imansız insanlarının ürəklərinin fərqi
İman – günəş kimidir və onun istisi insan varlığını isidər. İman şöləsi gərək insan varlığında alovlansın ki, həmin nurun sayəsində pak və saf bir həyatı yaşaya bilsin.

Ürək – imanın mərkəzidir. İman meydana gələn zaman ölmüş ürək canlanar və təkamül etməyə başlayar. Ürək əgər sağlam olarsa, insanın fikir və əməlləri də sağlam olar. Yox, əgər xəstə olarsa, çirkinlikdən və pislikdən başqa bir şey ortaya qoymaz.

Möminin ürəyi səlimdir.
«Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!». (“Şüəra” 89). Qiyamət günü Allahla ticarət etmək üçün təqdim oluna bilən tək şey - səlim ürəkdir. Ürək də insan bədəni kimi üç halda ola bilir: sağlam, xəstə və ölü. İman nuru ürəyi sağlam edər və hər bir şəkki və günah fikirləri ondan uzaqlaşdırar.

Kafirin ürəyi xəstədir.
“Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır”. (“Bəqərə” 10). Allah bu ayədə buyurur ki, mömin olmayan insanların ürəyi xəstədir. Hər bir xəstəliyin dərmanı və şəfası olduğu kimi ürək xəstəliyi üçün də Quranda şəfa vardır. Quran oxumaq, ona əməl etmək və onun ayələri haqqında düşünmək kimi. Quran ayələri ürəyin sağlamlığını geri qaytarar və xəstəliyi sağaldar.

Təqvalı möminin ürəyi.
O, harada olursa-olsun, Allaha etiqadı tamdır. O, nəfsani istəklərinə qələbə çalar və günahdan çəkinər. O, cəmiyyətdə olduğu zaman da paklığını qoruyar. Lakin ətrafında olanlar iddia edər ki, cəmiyyətin mühiti çirkli olduğu üçün orada pak qalmaq mümkün deyildir. Çünki onların ürəyi xəstədir. Xəstə insan zəif və gücsüz olar, ona görə də günah qarşısında müqavimət göstərə bilməz. Lakin təqvalı insanın ürəyi harada və nə zaman olursa-olsun, səlimdir, günahın zəminəsi yaranan zaman oranı tərk edər və ya özünü günahdan qoruyar.

Möminin ürəyi mehriban, kafirin ürəyi daşlaşmışdır.
Bəzi insanlar çox mehribandırlar, pislikləri tez unudurlar. Heç bir zaman intiqam almağa çalışmırlar. Hamıya qarşı belədirlər. Ata və anasına məhəbbət göstərər, ətrafında olanlara, həyat yoldaşına sevgi bəsləyər, ürəyində zərrə qədər kin və düşmənçilik olmaz. Çünki iman ürəyində qonaq olmuşdur, lakin indi ev sahibinə çevrilib. “Ona İncili verdik və ona tabe olanların qəlblərinə (öz aralarında) rəhm və mehribanlıq saldıq”. (“Hədid” 27). Allah imanlarına xatir onların ürəyinə rəhm və mehribanlıq salmışdır.

Lakin bəzi insanların ürəyi daş kimidir və günahın nəticəsində ürəkləri sərtləşmişdir. Allah bəndələrinə yaxşılıq etməzlər, daima intiqam almaq istəyərlər. Hamıya qarşı zülm edərlər və ata-anasının, övladlarının, həyat yoldaşının haqqını əda etməzlər. Ruhları möhkəm daş kimidir. Baxmayaraq ki, bəzi daşlar belə, Allah qorxusundan qırılar və ürəklərindən su və bulaq axar, lakin bu insanlar həmin daşdan belə sərtdirlər.

İmanlı insanın ürəyi hüzurlu və rahatdır. Nə zaman onlarla bir yerdə olsan, nə dərəcədə hüzur içində olduqlarını müşahidə edə bilərsən. Lakin ürəkləri daşlaşmış insanlar həmişə nigaran və qəmgindirlər.

Ürək insanın qabı kimidir və hər nə qədər iman çox olarsa, bu qab daha dolu olar. Bəziləri bir maşına və ya bir ali məktəb diplomuna malik olan zaman özlərini unudurlar və o qədər təkəbbür edirlər ki, sanki yerin və göyün yaradıcısı bunlardır. Bu, o insanlardır ki, Allah ürəklərini möhürləmişdir və elə bir möhür vurmuşdur ki, bir daha açıla bilmir.

Lakin möminlər yer üzündə o qədər təvazökar həyat sürərlər ki, baxan onlara heyran olar. İstər alim olsun, istərsə də tarixi dəyişən başqa biri.
Bəzi insanların qabı o qədər dardır ki, kiçik bir daşın ora düşməsi ilə aşıb-daşar. Kiçik bir müsibət üz verən zaman hamıya nalayiq sözlər deyər və küfr edər. “Belə isə məgər onlar bu Qur’an barəsində düşünmürlər, yoxsa ürəklər(in)ə onun (inadkarlıq, daşürəklilik və bədbəxtlik) qıfılları vurulmuşdur?”. (“Muhəmməd (s)” 24).

Lakin möminin ürəyi o qədər genişdir ki, sonsuz dənizə bənzəyir. Heç bir hadisə onları titrətməz və özündən çıxartmaz. Zaman və məkandan tələbkar olmazlar. Həmişə şükür edən və qədir biləndirlər.

“Buna görə də məgər Allahın sinəsini İslam(ı qəbul etmək) üçün açdığı, beləliklə də (həyatı boyu) Rəbbi tərəfindən bir nura (etiqad və əməl yollarını işıqlandıran dinə) əsaslanan kəs (qəlbi zülmətdə olan kəs kimidir)? Odur ki, qəlbləri Allahı unutmaq nəticəsində bərkimiş kəslərin vay halına! Onlar aşkar azğınlıq içərisindədirlər”. (“Zumər” 22).

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930