Qədr gecəsində əhya saxlayan mömin olar
Mьəllif: admin1
Tarix: 31-03-2024, 10:38
Qədr gecəsində əhya saxlayan mömin olar
Qədr gecəsi - ilin ən fəzilətli və ən bərəkətli gecələrindəndir. Onun başqa gecələrdən fəzilətli olmağının səbəbi - bu gecədə baş verənlərə görədir.

Bu gecənin fəzilətləri çoxdur və onlardan bəzisinə işarə edək:

Günahlar bağışlanar.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Qədr gecəsini əhya saxlayar, mömin olar və cəza gününə etiqad bəsləyərsə, bütün günahları bağışlanar”.

Ramazan ayının ürəyi.

İmam Sadiq (ə) buyurur: "Allahın Kitabından istifadə olunur ki, Allah yanında ilin aylarının sayı on ikidir və ayların başlanğıcı Ramazan ayıdır. Ramazan ayının ürəyi - Qədr gecəsidir”.

Gecələrin sərvəridir.

Həzrət Peyğəmbər (s) buyurur: "Qədr gecəsi - gecələrin sərvəridir”.

Min aydan üstündür.

"Qədr gecəsi min aydan daha xeyirlidir”. ("Qədr” 3).

Bəs bunun səbəbi nədir?

Həzrət Peyğəmbər (s) buyurur: "Ey insanlar! Allah bu ayı sizə aid etmişdir. O, ayların seyyididir. Onda elə bir gecə vardır ki, min aydan da yaxşıdır”.

Çünki bu gecədə edilən əməl Qədr gecəsinin olmadığı min gecədən daha üstündür. İmam Sadiqdən (ə) soruşurlar ki, necə ola bilir ki, Qədr gecəsi min aydan üstündür? İmam (ə) buyurur: "Qədr gecəsindəki əməl Qədr gecəsinin olmadığı min ayda edilən əməldən daha yaxşıdır”.

İmam Səccad (ə) buyurur: "Allah Təala Peyğəmbərə (s) buyurur: "”Bilirsənmi ki, Qədr gecəsi niyə min aydan üstündür?”.

Həzrət (s) buyurur: "Yox”. Allah Təala buyurur: "Çünki bu gecədə mələklər və Ruh Allah Təalanın izni ilə hər əmri yerə endirərlər””.

Nəql edilir ki, Peyğəmbər (s) dörd abidin adını dilinə gətirib (Yəhya (ə), Zəkəriyya (ə), Hezqil (ə), Yuşa (ə)), buyurur: "Onlar 80 il Allaha pərəstiş ediblər və bir an belə Allahı yada salmaqdan qafil olmayıblar. Günaha düçar olmayıblar”. Elə bu zaman Cəbrayil (ə) "Qədr” surəsini nazil edir.

Quran nazil olur.

Bu, elə bir gecədir ki, Həzrət Peyğəmbərin (s) ən böyük möcüzəsi olan Quran nazil olmuşdur. Quran bir dəfəyə ruh şəklində Peyğəmbərin (s) ürəyinə nazil olmuşdu. Ancaq Quranın tədrici nazil olması da vardır ki, 23 il ərzində söz şəklində nazil olmuşdur.

Qədr gecəsini fəzilətli edən də elə budur ki, bu mübarək gecədə İlahi kəlam olan Quran nazil olmuşdur. Bu mübarək gecədə insanların birillik taleyi yazılar və ərşə qalxar.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930