Böyük alimlərin ailə davranışları
Mьəllif: admin1
Tarix: 20-02-2024, 11:57
Böyük alimlərin ailə davranışları
Zilhiccə ayının ilk gecəsində Ay özünü göstərən zaman günəş İmam Əlinin (ə) evinə qədəm basdı. Səba küləyi hamıya xəbər apardı. Nur, nur ilə qovuşdu. Ağaclar qış fəsli olmasına baxmayaraq, çiçək açdılar və yerdən yüz min lalə baş qaldırdı. Mələklər sevinirdilər.

İmam Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) bu nümunəvi həyatı gələcək nəslə örnək oldu. Din alimləri də Əhli-beyt (ə) rəftarından örnək götürərək, ailə həyatlarını mübarək dinimizin üsulları üzərində qurmuşdular.

Əllamə Təbatəbai və həyat yoldaşı

Hər iki insanın ailə həyatı dərk və güzəşt üzərində qurulmuşdu. Əllamənin həyat yoldaşı ruhani ailəsindən idi. Ancaq bu, bütün o çətinliklərə dözmək üçün kifayət deyildir. Bəlkə demək lazımdır ki, onun ruhi və mənəvi zəminələri o qədər çox idi ki, Əllamə Təbatəbai kimi bir alim özünü ona borclu hesab edirdi. Onu həmişə tərifləyir və təşəkkür edirdi.

Əllamənin oğlu bu haqda deyir: “Atamı ailəmizin ixtiyar sahibi, anamızı isə ailə işləri ilə məşğul olan kimi tanıyırdıq. Anam bizim işlərimizlə, dərslərimizlə məşğul olardı. Bütün məsələlərə nəzarət edərdi. O qədər hidayətlə əməl edərdi ki, atam ailə işlərindən rahat olduğu üçün öz elmi işləri ilə məşğul olardı”.

Əllamə Təbatəbai həyat yoldaşının nə qədər səbirli bir insan olduğunu həmişə xatırlayardı. Özü də bu məhəbbətin cavabını verərdi. Bütün yaxşılıqları həyat yoldaşına nisbət verərdi və özü barədə heç danışmazdı.

Əllamə Təbatəbainin oğlu deyir: “Anamla rəftarı çox dostcasına və hörmətlə idi. Həmişə elə rəftar edərdi ki, sanki anamı görməyə müştaqdır. Heç bir zaman hər ikisinin mübahisə etdiyini görmədik. Bir-birinə qarşı o qədər mehriban, fədakar və güzəştli idilər ki, biz güman edirdik ki, bu ikisi heç bir zaman dava etməyiblər. Onlar həqiqətən iki dost kimi idilər”.

Əllamənin həyat yoldaşı xəstə olan zaman alim onun yatağından qalxmağa qoymazdı. Oğlu deyir: “Anam 27 gün yataqda yatdı. Bu müddət ərzində atam yatağının kənarından qalxmadı. Bütün işlərini dayandırdı və ona qulluq etdi”.

Əllamənin həyat yoldaşı vəfat edən zaman alim çox ağlayırdı. Ona deyəndə ki, niyə bu qədər ağlayırsınız?

Cavab verir ki, ölüm haqdır, hamı olməlidir. Mən həyat yoldaşımın ölümünə görə ağlamıram. Göz yaşım xanımın məhəbbətlərinə görədir. Bizim həyatımız enişli-yoxuşlu idi.

Nəcəfi-Əşrəfdə çətinliklə üzləşmişdik, mənim ailə ehtiyaclarından və idarə olunmasından xəbərim yox idi. Həyatımızda heç bir zaman elə bir vəziyyət yaranmamışdı ki, mən deyim ki, kaş bu işi görməzdim. Bütün həyatımız böyu mənə demədi ki, niyə bu işi görmüsən, ya da niyə tərk etmisən?

Şəhid Mütəhərri və həyat yoldaşı

Alimin həyat yoldaşı deyir: “26 il ki, onunla bir yerdə yaşamışdıq, həmişə xüsusi təvazökarlıqla, mətin səslə və gülər üzlə mənimlə rəftar edərdi. Onun mənə olan əlaqə və sevgisi ev işlərini rəğbətlə görməyimə səbəb olurdu. Mən onun evinə gələn zaman yaşım az idi. Ancaq bu az yaşımla heç bir zaman yadıma gəlmir ki, ondan incimiş və narahat olum. Çox mehriban və güzəştli idi. Mənim və uşaqlarımın rahatlığına əhəmiyət verirdi”.

İmam Xomeyni və həyat yoldaşı

“Qab yumağın üstündə bir-biri ilə zarafat edərdilər. Biri deyərdi ki, mən yorulmuşam qabları sən yu. O birisi deyərdi ki, əgər sən yorulmusansa, mən də yorulmuşam. Sən qabları yu. Sonda nəticəsiz qalardı. Nəhayət biri qabları yumaq üçün ayağa qalxardı.

Zöhr azanını verən zaman gözlərimiz Ağaya dəyərdi. Ağa mətbəxə gedərdi və yəqin ki, dəstəmazı orada alırdı. Ancaq bu dəfə dəstəmazı yaman çox çəkdi. Çox nigaran qaldıq.

Mətbəxə getdik ki, bəlkə ona nə isə olub, orada quruyub qaldıq. Ağa əllərini çırmalayıb qabları yumuşdu. Tər-təmiz idi. Ağa bizim təəccübümüzü görən zaman gülümsədi.

Dedi: “Danışıqlarınızı eşitdim və hiss etdim ki, bu dəfə qab yumaq mənim növbəmdir”.

Biz də gərək İmam Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) ailəsindən və bu dahi insanların həyatından örnək götürək və ailə həyatımızda biz də onlar kimi xoşbəxt olaq.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031