Peyğəmbərlərİn günahI varmı?
Mьəllif: admin1
Tarix: 17-04-2014, 02:18
Bцlmə: Məqalələr » Maarif
Peyğəmbərlərİn günahI varmı?


Peyğəmbərlərİn günahI varmı?
Peyğəmbərlər (ə) məsum olduqları halda nədən onlar suç və itaətsizlikdə günahlandırılmışlar?
Bu suala cavab vermədən öncə əgər ilahi ehkamların növlərini və ərəbcə “Zənb” və azəricə “Günah” kəlməsinin mənasını araşdırarıqsa, peyğəmbərlərə nisbət verilən kəlmənin əsl mənasını düzgün təhlil etmiş olarıq.

Əhkamın növləri
İlahi əmr və nəhylər - (Allahın göstəriş və çəkindirdikləri) iki qismdən ibarətdir: 1-Qanuni, 2-İrşadi
A) Qanuni hökmlər: Təklif gətirən zəruri göstərişlərdən ibarətdir. Allah bu cür hökmlərə əməl və riayət olunmasına ciddiyyətlə tələb edir. O əməl qarşısında mükafat, laqeydlik göstərildikdə isə axirətdə əzab edəcəyini vəd edir.
B) İrşadi hökmlər: O hökmlərə deyilir ki, onların şəriətlə bir əlaqəsi yoxdur.
İrşadi hökmlər iki qismə bölünür:
1. Ağıl baxımından lazımi və zəruri olanlara göstəriş verən hökmlər. Məsələn: Yaradana itaət etmək yaradılmışa vacibdir.
2. Ağıl baxımından qeyri zəruri olanlara göstəriş verən hökmlər. Yəni onlara riayət etmək daha bəyənilən və məqbuldur. Bu kimi əməlləri tərk etmək (ki, terminoloji cəhətdən “Tərki ovla” (yaxşını tərk) adlanır) günaha səbəb olmadığından peyğəmbərlə-rin isməti ilə heç bir ziddiyyət təşkil etməz. Məsələn: həkim xəstəyə məsləhət görür ki, filan qidanı qəbul etməsin. Həkimin bu anda verdiyi göstəriş bir qanuni məsuliyyət gətirməz. Necə ki, xəstə həkimin sözünə əməl etmədiyi təqdirdə onu cəzalandırmazlar. Xəstənin əməl etməməsi sadəcə onun sağalmasına əngəl olar və təkcə onun üçün ziyanvericidir. Bu göstərişə riayət etməyin hansı dərəcədə zəruri olması həkimin verdiyi göstərişin xəstəyə bağışladığı mənfi təsirin dərəcəsindən aslıdır.
Günahın mənası
Günah kəlməsi sonu pis nəticələnəcək xoşagəlməz əməllərə deyilir. Quranda “günah” kəlməsi bir çox mənalarda işlənmişdir. Kəlmənin lüğəti anlamını araşdıran alimlərin qənaətinə görə də sözdə işlənən hər günah sözünü şəri günahla eyniləşdirərək bir kəsin günahkar olmasını isbat etmək olmaz. Peyğəmbərlərin barəsində nisbət verilən günahın nə olduğu barədə nəqli və əqli dəlillər mövcuddur.
Günah kəlməsinin verdiyi müxtəlif anlamlara nəzər salaq:
A) Fiqh baxımından günah
Fiqh baxımından günah Allahın zəruri hökmlərinə qarşı davranmaq – vacib bir əməli tərk və ya haram olana əməl etməkdən ibarətdir. İlahi peyğəmbərlər əqli və nəqli dəlillərə əsasən belə iş görməmişlər. Qurani-Kərim də onlara bu növ günah nisbəti verməmişdir.
B) Məqama yaraşmayan günah
Bu günahdan məqsəd harama əməl və vacibi tərk deyil, bəlkə “tərki ovla”, edərək onların şəxsiyyətinə yaraşmayan bir əmələ düçar olmaqdır. Bu hal bəzi peyğəmbərlərdə çox nadir hallarda baş vermişdir. Qurani-Kərimdə peyğəmbərlərin (ə) barəsində sözü gedən günah həmin elə bu növ günahdır.
Bəzən peyğəmbərlərdən bəzisi ani qəflət və diqqətsizlik ucbatından onların uca məqamına münasib olmayan bir əməli yerinə yetirmişlər. Bununla da adi insanlardan fərqli intizarı olan Allah-taala tərəfindən onlar etirazla qarşılanmışlar. Həqiqətdə onlar mühüm əmri pozmasalar da onlara yaraşmayan bir işi gördüklərindən dolayı onlara Allah günah nisbəti vermişdir. Lakin öncə dediyimiz kimi bu əməl onların məsumluqlarına heç bir xələl gətirməmişdir.
Əgər Peyğəmbər (s) məsum idisə nədən dualarında günahlarına görə bağışlanmaq istəyirdi?
Niyə Həzrət Peyğəmbər (s) istiğfar edirdi (əfv diləyirdi)? Əgər Peyğəmbər (s) məsum idisə və günaha düçar olmurdusa nədən dualarında günahlarına görə bağışlanmaq istəyirdi?
Bu sualın cavabını almaqdan ötrü aşağıdakı nöqtələrə diqqət yetirin:
1. Tövbə İslamda böyük ibadətlərdən biri hesab olunur. Necə ki, Allah Qurani-Kərimdə həqiqi möminləri belə vəsf edir:
«الصَّابِرِينَ وَ الصَّادِقِينَ وَ الْقانِتِينَ وَ الْمُنْفِقِينَ
وَ الْمُسْتَغْفِرِينَ بِالْأَسْحارِ »؛
“Onlar (müsibətlərə) səbr edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir (sübh namazına qalxanlardır).” (Ali-İmran surəsi, 17-ci ayə)
Başqa bir ayədə isə oxuyuruq:
«كانُوا قَلِيلاً مِنَ اللَّيْلِ ما يَهْجَعُونَ.
وَ بِالْأَسْحارِ هُمْ يَسْتَغْفِرُونَ »؛
“Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.” (Zariyat surəsi, 17-18-ci ayələr)
Göründüyü kimi Qurani-Kərim tövbəni möminlərin ən yaxşı əməli hesab etmiş və onları tövbə etməyə dəvət etmişdir:
«تُوبُوا إِلَى اللَّهِ جَمِيعاً أَيُّهَا الْمُومِنُونَ لَعَلَّكُمْ تُفْلِحُون »؛
“Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)” (Nur surəsi, 31-ci ayə)
«إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابِينَ وَ يُحِبُّ الْمُتَطَهِّرِينَ »؛
“Həqiqətən də Allah tövbəkarları və pakları sevir”. (Bəqərə surəsi, 222-ci ayə)
Zikr olunan ayələrdən anlaşılır ki, tövbə ibadət olduğundan bütün möminlər ona dəvət olunmuşlar. Çünki tövbə İlahinin rəhmət qapılarının açılmasına, insanın Allaha yaxınlaşmasına səbəb olar və bəndənin İlahi dərgah qarşısında təvazökarlıq əlamətidir. Məhz elə bu üzdən İlahi övliyaların hər kəsdən daha qabaqcıl və layiqli şəkildə Allahın bu göstərişinə təslim olub əməl etmələri labüddür. Çünki Tanrıya yaxınlığı da məhz bu əməlləri ilə əldə etmişlər.
Tövbənin nədəni insanlara görə fərqlidir. Günahkarların tövbəsi günahdan tövbə, İlahi övliyaların tövbəsi isə Allahdan qeyrisinə bir anlıq diqqət yönəltdiklərinə görədir.
2. İlahi övliya və məsumlar öz əməllərini Allahın sonsuz məqamı qarşısında kiçik hesab etdiklərinə görə, ona layiq olmadığını düşündüklərindən hər zaman tövbə edirdilər.
3. Həzrət Peyğəmbərdən (s) bu məzmunda bir hədis nəql olunmuşdur:
«انّه ليُغان على قلبى و انّى أستغفراللَّه فى كلّ يوم مائة مرّه»؛
“Gah qəlbimə toz qonur deyə mən hər gün yetmiş dəfə Allahdan bağışlanmaq diləyirəm.”
(Mustədrəkul-vəsail, c.5, səh.320)
4. Bizim istiğfar etməyimizlə ilahi övliyaların tövbə etmələri fərqlidir. Biz istiğfar edirik ki, gördüyümüz günahlarımız bağışlansın, onlar isə bağışlanma diləyirlər ki, günahdan amanda qalsınlar. Onlar tövbə və istiğfar etməklə əslində öz məsumluq dərəcələrini artırmış və qorumuş olurlar.
5. Peyğəmbərin (s) daim İlahi dərgaha tövbə edərək bağışlanmaq istəməsi ümmətin tərbiyəsi üçün müsbət təsir göstərir. O, bu hərəkəti ilə başqalarına Allah dərgahında necə tövbə etməyi və az əməllərinə görə qürurlanmamağı öyrətmiş olur.
6. Allah, hicrətin 8-ci ilində nazil etdiyi “Nəsr” surəsində Peyğəmbərə xitab edərək buyurur:
«إِذا جاءَ نَصْرُ اللَّهِ وَ الْفَتْحُ. وَ رَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فى دينِ اللَّهِ أَفْواجاً. فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَ اسْتَغْفِرْهُ إِنَّهُ كانَ تَوَّاباً»؛
“(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə (İslama) daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Allahummə və bihəmdikə” kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” (Nəsr surəsi, 1-3-cü ayələr)
Bu ayədə Peyğəmbərə (s) ona görə günah nisbəti verilmişdir ki, Həzrət (Məkkə müşriklərinin məğlubiyyəti və müsəlmanların zəfəri barəsində) İlahi vədənin həyata keçməsində darıxıb nigarançılıq keçirmişdir. İlahi vədə həyata keçdikdən sonra Allah Peyğəmbərdən (s) Allahın vədəsinin haqq olduğunu bilə-bilə sıxıntı keçirdiyinə görə ondan istiğfar etməyi istədi.
İslam Peyğəmbərinin (s) günahının əfv olunması doğrudurmu?
Allah-taala Tövbə surəsində buyurur: “Allah səni bağışlasın”. Bu söz onu bildirmirmi ki, Peyğəmbər günah və ya xəta edibdir ki, Allah onu bağışlayır.
Ayə belədir:
عَفَا اللَّهُ عَنْكَ لِمَ أَذِنْتَ لَهُمْ حَتَّى يَتَبَيَّنَ لَكَ الَّذِينَ صَدَقُوا وَتَعْلَمَ الْكَاذِبِينَ
“Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara (cihadda iştirak etməməyə) izin verdin?”
(Tövbə - 43)
Allah bu sözü «عَفَا اللَّهُ عَنْكَ»؛ (Allah səni bağışlasın) buyurmaqda məqsədi Peyğəmbərin (s) günah və xəta etməsi deyil. Bu mətləbin daha da aydın olması üçün aşağıdakı izahlara diqqət edək:
1. Bu cümlə tərifqarışıq duadır. Bəzi böyük şəxsiyyətlər onu azərbaycan dilində işlənən “Allah səni bağışlasın” kimi sözə oxşar mənada tu-taraq, birinin barəsində günah nisbəti verilmədən də dua niyyəti ilə söylənən ərəbcə bir ifadə olduğu qənaətindədirlər.
2. Ayə zahirdə Peyğəmbəri (s) danlasa da həqiqət-də izn verilmiş münafiqlərin rəzalətini bildirir.
Yəni nədən onlara iştirak etməmək izni verdin və onların ləyaqətləri olmadan yersiz üzrlərini qəbul etdin? Niyə qoymadın ki, onların rəzillikləri üzə çıxsın?
Yəni sənin icazə verməyin günah deyil, sadəcə onların izn almağa ləyaqəti yoxdur. Beləliklə Allah Peyğəmbəri (s) danlayırmış kimi davranaraq üzrü olmadan cihaddan üz döndərənlərə sərt münasibət bildirir. İmam Rza (ə) bu barədə buyurur: «Bu ayə Peyğəmbərə (s) eyham olaraq nazil olmuşdur.
«ايّاك اعنى و اسمعى يا جاره»
“Qapıya deyirik ki, divar eşitsin” məsəlindəki kimi (yəni, qızım sənə deyirəm, gəlinim sən eşit).
3. Ərəbcə «عَفَا اللَّهُ عَنْكَ» (Allah səni bağışlasın) cümləsi ərəblər arasında çox məşhur bir ifadədir ki, o dinləyicinin təqsirkar olduğundan xəbər vermir. Necə ki, hədis və rəvayətlərdə Peyğəmbərin (s) haqqında bu cümlə çox işlənmişdir. Tarixi misal: Zeyd ibn Əli nəql edir: Allahın Rəsulu (s) buyurdu, otaqda yatırdım, Cəbrail (ə) otağa daxil olub məni tərpədərək dedi: «عَفَا اللَّهُ عَنْكَ», «Ey Muhəmməd qalx, miniyə əyləş, sonra Allahın dərgahına daxil ol...».
Bu hədis Merac hadisəsini anladır. Həmin hadisədə Həzrət Peyğəmbərin (s) heç bir günah törətməyindən söz getmir. Əksinə, Cəbrail (ə) bu cümləni işlətməklə Peyğəmbərin (s) daha da əzəmətini göstərmişdir.
Buna oxşar ifadələr onun tərəfdarları tərəfindən Əhli-beytin haqqında da heç bir günaha dəlalət etmədən işlənmişdir. Əhli-beytin bəzi dostları da onlara xitab edərək «اَصلَحَكَ اللّه‏», yəni «Allah səni islah etsin». Ola bilsin ki, bu sözü eşidərkən kimlərsə İmamların fəsad törətdiklərini anlasın. Bir halda ki, həqiqət belə deyildir. «Allah səni islah etsin» cümləsi həmin zamanlar xoşməramlılıq mənasında işlənilirdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930