İman və Saleh Əməl
Mьəllif: admin1
Tarix: 20-06-2020, 23:13
İman və Saleh Əməl
Bəzi kəlmə və cümlələr Qurani-kərimdə çox təkrar edilmişdir.

Belə ki, həmin kəlmə və cümlələr həmin məxsus quruluşu ilə dillər əzbəri olmuşdur. Qurani-kərimdə çox təkrar edilmiş həmin kəlmə və ifadələrdən biri də “iman və saleh əməl”dir ki, Quranda “iman gətirənlər və saleh əməllər edənlər” formasında işlədilmişdir.

Buradan belə məlum olur ki, bu müqəddəs səma kitabı bəşəriyyətin xoşbəxtliyini bu iki şeydən, yəni iman və saleh əməldən çox asılı bilir. Əlbəttə, həmişə imandan söz açan Qurani-kərim hər imanı nəzərdə tutmur.

Quranın “iman”da məqsədi Allahın müqəddəs zatına imandır. Ona imanın olması aləmin bütün həqiqətlərinə iman deməkdir. Burada bəzi izahların veril­məsinə ehtiyac var.

Əvvəla, şübhəsiz, bəşəriyyətin həyatının əsaslarından biri onun imana malik olması, bir əsasa söykənməsi, bir şeyi həqiqət sayması və onun qarşısında təslim olmasıdır.

Ìnsanın ən pis vəziyyəti onun heç nəyə iman gətirməməsi, bir həqiqətin qarşısında təslim olmaması, pərişan və qatmaqarışıq fikir və hisslərə malik olub, bütün dünyanı da öz fikir və hissləri kimi qatmaqarışıq, nizam-intizamsız və hesabsız fərz etməsidir.

Ìkincisi, yaxşı olar ki, insanın iman gətirməli olduğu şey insanın onun qarşısında özünü kiçiltməsinə, yolunda fədakarlıq və canfəşanlıq göstərməsinə layiq, müqəddəs və ali şey olsun.

Başqa sözlə desək, yaxşı olar ki, insan bu dünyada əqidə və məsləkə malik olsun və həmişə həmin əqidə və məsləkə tabe olsun, saxtakar və tərəddüdlü olmasın. Lakin hər əqidə və məslək də müqəddəsliyə, fədakarlığa layiq deyil.

Əqidə və məsləklərin çoxu mən­fəətpərəstlik və eqoistlik həddini aşmır. Təbii ki, əsas və kökü eqoistlik olan, eyş-işrətə əsaslanan əqidə insanın özünü onun yolunda fəda etməsinə layiq deyil.

Bu qəbildən olan əqidə və məsləklər yolunda fəda olmaq heç bir məntiqlə düz gəlmir və ağıl, düşüncəyə ziddir. Yolunda cihad etməyə və fəda olmağa o əqidə və məslək layiqdir ki, o, insanların maddi mənafeyindən yüksəkdə dayansın.

Üçüncüsü, insan gərək meyil, etiqad və imanını o şeyə bağlasın ki, o, bütün müqəddəslərdən, bütün ali və şərəfli işlərdən yüksəkdə dayansın və ona iman bütün həqiqətlərə imanı əhatə etsin.

İslam filosofları “tək olan zat bütün həqiqətləri əhatə edir” adlı bir qaydanı isbat ediblər. Tək olan zata iman da əgər xalis və arifanə olsa, bütün həqiqətlərə imanı əhatə edər.

Çünki bütün həqiqətlərin kökü Onun zatıdır və bu dünyada mövcud olan bütün əsaslar Onun pak zatından qaynaqlanır. Qurani-kərimdə belə bir ifadə var, buyurur ki, de, haqq, Allahdandır.

Quran "haqq, Allah ilədir" demir, buyurur ki, haqq, Allahdandır. Allah-taala Onun barəsində "haqq Onunladır, O, haqq ilədir" ifadəsinin işlədilməsindən yüksəkdədir. O, bütün haqların Onun zatından qaynaqlandığı bir zatdır.

Quranda dəfələrlə təkrarlanan iman Allaha imandır, yəni elmə, hikmətə, qüdrətə, quruluşa, idarəçilik və ədalətə imandır, bu dünyada haqq, sabit və faydalı olan şeyə imandır.

İkinci təməl və sütun isə əməldir, amma hər əməl yox, saleh, pak və gözəl əməl. İnsanın ruhu və bədəni, qəlbi və müqəvvası var.

İnsanın ruh və qəlb yönündə, gərək, iman və yəqini olsun, çaş-baş və tərəddüddə olmasın. Bədən və müqəvva yönündə də, gərək, məhsuldar və barlı ağac kimi olsun.

Dünyamız hərəkət dünyasıdır, əməl dünyasıdır. Göydəki ən böyük planetlərdən tutmuş, bəşəriyyətin kəşf etdiyi ən kiçik zərrəciklərə kimi hamısı hərəkət və fəaliyyətdədir; ən kiçik zərrəcik və damcı belə fəaliyyətsiz deyil. İnsan da bu ümumi qanundan müstəsna deyil. İnsan istəsə də, bikar otura bilmir.

Məsələn, onun ruhu və beyini nə qədər bikar qalmaq istəsə, bunu edə bilmir. O, həmişə hərəkətdədir, bir fikirdən başqa bir fikirə, bir təsəvvürdən başqa bir təsəvvürə keçir.

Ruh və beyin hət­ta onların istirahət etməsi və işləməməsi güman edilən yuxu halında da hərəkət və fəaliyyətdə olur. Alimlərin nəzərincə, ruh və beyin yuxu halında bir an belə tam mənada fəaliyyətsiz olmur.

Ìnsan bədən baxımından da tam mənada fəaliyyətsiz deyil. Hər halda nələrisə görmək, nələrəsə tamaşa etmək, nələrisə eşitmək məcburiyyətindədir. Lakin insan azad və muxtar yaradıldığı üçün onun əməl meydanı genişdir.

Belə ki, o, yaxşı və faydalı işlər də görə bilər, pis və ziyanlı işlər də. O, həm kamal, xeyir, məsləhət və xoşbəxtlik yolunda addımlaya bilər, həm də öz xoşbəxtlik və xeyirinə ziyan olan yolda.

Buna görə də o, doğru yolun göstərilməsinə və istiqamətləndirilməyə, ona əməlin saleh olmasının gərəkliyinin deyilməsinə möhtacdır. Məsələn, beyin və ruh həmişə fəaliyyətdədir və bu fəaliyyət həm saleh ola bilər, həm də qeyri-saleh.

Əgər ruhu özbaşına buraxsaq, o, daim öz keçmiş xatirələrinin arasında gəzib dolaşmaqla hərəkətdə olar, yerində sayaraq irəliyə doğru bir addım atmaz.

Amma əgər biz ruhu fikirləşmək baxımından tənzimləyərək qaydaya salsaq, ruhun əməlini onu qaydalı, elmi dünüşməyə vadar etməklə islah etsək, onu həmişə yeni və düzgün fikirlər yaratma­ğa sövq etsək, həzrət Peyğəmbərin (s) “bir saat fikirləşmək altmış il ibadətdən üstündür” kəlamının nümunəsi olacaq formada düşünməyə yönəltsək, onda ruhun əməli saleh əməl olar.

Ìnsan nə ruh, nə də cisim baxımından fəaliyyətsiz qalmır, çalışır. Lakin əsas məsələ onun necə çalışması və hansı işləri görməsidir. Buna görə də Qurani-kərim heç vaxt əməli mütləq formada istənilən əməl mənasında işlətmir və həmişə “saleh əməl” şəklində işlədir.

Buradan da belə məlum olur ki, insanın xoşbəxtliyinin iki sütunu var – iman və əməl. Lakin məqsəd hər iman və hər əməl deyil, ən müqəddəs və ən yüksək həqiqətlərə, yəni elm, qüdrət, quruluş, hikmət, həyat və xoşbəxtliyin mənbəyi olan yeganə zata imandır ki, Ona iman bütün həqiqətləri əhatə edir. Əməldə də məqsəd, insanı irəli aparan, kamilləşdirən, gözəl nəticələri olan saleh, bəyənilən və faydalı əməldir.


"Hikmətlər və Nəsihətlər" kitabından
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031