Kantdan Hegele qədər
Mьəllif: admin1
Tarix: 16-04-2014, 23:56
Bцlmə: Məqalələr » Maarif
Kantdan Hegele qədər


Keçən bəhslərdə qeyd etdik ki, fəlsəfə həqiqəti dərk etmək üçün çalışır. Lakin mövcud həqiqəti hər bir filosof özünəməxsus tərzdə dərk edir. Belə filosoflardan biri də Kantdır. Kant uzun illər fəlsəfə məsələləri haqqında düşünmüş, çoxlu kitablar yazmışdır. O elə bir fəlsəfi məktəbi təqdim etmişdir ki, oxşar məktəblərə nisbətən daha möhkəm və davamlı idi. Lakin nəhayətdə belə bir nəticəyə çatdı ki, nəzəri ağıl metafizika məsələlərinin həllinə qadir deyil və bu zəmində əqli hökmlər elmi dəyərini itirir. O, aşkar şəkildə bildirdi ki, Allahın varlığı, ruhun əbədiliyi, azad iradə əqli bürhanla sübut oluna bilməz. Lakin onlar etiqad və inam əxlaqı üçün lazımdır. Digər sözlə bu əməli ağlın hökmlərində qəbul olunmuş əsaslardandır. Və bu əxlaqdır ki, bizi məbdə (başlanğıc) və məada (son) çağırır. Bu səbəbdən Kantı əxlaqi dəyərlərin dirçəldəni saymaq lazımdır ki, renesansdan sonra dağılmağa məruz qaldı. Lakin digər tərəfdən onu metafizika fəlsəfəsinin əsaslarını dağıdanlardan biri hesab etmək lazımdır. Nəzəri ağılla əməli ağılın şərhini qısaca belə deyə bilərik: nəzəri ağıl – varlıq və yoxluğu, əməli isə olmalı-olmamalını izah edir. Nəzəri ağıl dünyagörüşünü, əməli isə ideologiyanı formalaşdırır. Kantın nəzəriyyəsindən belə məlum olur ki, o insanın metafizikanı dərk edə bilməsini sual altına alsa da, əxlaqi məsələlərdə bundan qaça bilmir. Ona görə də əxlaq, təsəlli üçün dinə üz tutur ki, bu bizim dinimizin tamamilə ziddindədir. Kantın nəzəriyyəsindən belə çıxır ki, insan səbirli olmaq üçün Qiyamətə inanmalıdır. Amma bizim dinimiz Qiyamətin olmasına şübhə edənləri pisləyir. Kant nəzəri ağılda bazası olmadığına görə əməli ağılda metafizikaya söykənməyə məcbur olur. Kant əxlaqi dəyərləri saxlasa da, köksüz saxladı. Çünki kök din üzərində qurulmalı idi. Buna görə də onun nəzəriyyələrində iki ağıl bir-birini inkar edirdi və bu da onun sonradan məhvinə səbəb oldu.

Fəlsəfə həqiqət axtarışında olduğuna görə onu tapmağa çalışır. Bununla əlaqədar olaraq fəlsəfəyə qarşı iki düşmənçilik olmuşdur. Birinci qrup deyirdilər ki, həqiqət yoxdur. Bu fikirlərini də müxtəlif ibarələrlə ifadə edirdilər. Sonralar bəziləri dedilər ki, bəzisi mövcuddur, bəzisi yoxdur. Bütün bunlar fəlsəfi düşüncələrin qarşısına sədd çəkmişdir. İkinci qrup deyirdilər ki, həqiqəti inkar etmək olmaz, həqiqət vardır, lakin insan həmin həqiqətə çatmaqda zəifdir. Bəziləri deyirdilər ki, insan ağlı metafizikanı dərk edə bilməz. Bəziləri sübut etməyə çalışırdılar ki, əgər bir şey təcrübə olunmursa, onun etibarı yoxdur. Bu cür fikirlər mövcud olsa da, fəlsəfənin qarşısını ala bilmədi. Çünki insanın həqiqət axtaran fəlsəfəsi vardır. Əgər bu gün qarşısı alınsa, sabah bəşər onu axtarmağa çalışacaq. Bəs filosofun axtardığı həqiqət nədən ibarətdir? Həqiqət Allahın hikməti əsasında yarandığından dünyada hər bir şeyin bir-biri ilə rabitəsi vardır. İnsan da bu əlaqələrdən kənar deyil. Fəlsəfədə bütün aləm illət (səbəb) və məlulla (nəticə) izah edilir. Filosof isə aləmi nizam qanunauyğunluğu əsasında izah etməlidir. Fəlsəfi məktəblərdə bir sahə o birini tamamlamalı, onun nəticələrini araşdırmalıdır. Əgər bir məktəbdə paradoks yaranırsa, bu artıq fəlsəfi məktəb deyil. Fəlsəfə bəhsində rolu olan adamları üç qismə bölmək olar: filosoflar, məktəb yaradanlar və fəlsəfə işçiləri. Burada fəlsəfə işçiləri haqqında bir qədər ətraflı məlumat vermək istəyirik. Quran təfsirçisinin vəzifəsi bundan ibarətdir ki, Quranın nəzəriyyələrini açıqlasın. Məsələn, Allah bu ayələrdə insanlara bunu demək istəyir. Əgər bir adam, fərz edək, Quranda neçə "nas" sözünün işlənməsinə diqqət yetirsə bunu təfsirçi adlandırmaq olmaz. Bu tipli adamlar təfsirin işçisidirlər. Fəlsəfədə də belədir. Bir çoxları fəlsəfi istilahların izahına kitablar yazırlar. Onlar nə filosof, nə də məktəb yaradandırlar. Onların gördüyü işlər fəlsəfənin inkişafında hər ikisinin işini asanlaşdırır.
Müasir dövrümüzdə insanlar arasında belə bir fikir formalaşmışdır ki, kompüter bəşəri əvəz edir. Amma əslində bu belə deyil. Kompüter bəşərin işçiliyini azaldıb. Məgər kompüter insan kimi müstəqil olaraq nəzəriyyə irəli sürüb sonra ondan nəticələr çıxara bilərmi? Yox. Kompüter insanın işini yığıcılıq baxımından asanlaşdırmışdır. İnsana yığıcı kimi baxanlar belə düşünürlər ki, kompüter bəşəri əvəz edir. Amma insan bundan çox yuxarı işlər üçün xəlq edilmişdir. Bu mənada fəlsəfə də bəlaya uğrayır. Özlərini filosof adlandıranlar söz oyunu aparır, bir sözü bu əsərdən o birinə, birini digərindən köçürür guya mətləbləri izah edirlər, iqtibaslar gətirirlər və s. bu kimi işləri icra edirlər ki, bu da fəlsəfə deyil, fəlsəfədə işçilikdir.
Fəlsəfi məktəb o vaxt davamlı ola bilər ki, onda ziddiyyətli sahələr mövcud olmasın. Bəzən zahirdə paradokssuz, təzadsız görünən məktəblər müəyyən müddətdən sonra dağılır. Bu, onun içərisində olan təzaddan irəli gəlir. Biz insanların adi həyatı da bəzən belə olur. Görürsən, biri məsciddə namaz qılır, qiyamət, cənnət, cəhənnəm kimi bəhsləri dinləyir və onlara inanır, amma məscidi tərk edəndə həmin şeyləri də unudur və yenə də öz ticarətində harama yol verir. İmam Hadi (ə) buyurur: "Bəzi insanlar zahid olurlar ki, dünyaya çatsınlar". Adi adamlar insanları hərtərəfli görməzlər. Yəni bunu bilməliyik ki, kəlmələr həqiqəti göstərmir. Köhnə sözləri yeniləri ilə əvəz etmək köhnə elmi, təzələmək mənasında deyildir. Əgər insan həqiqəti axtarmasa kəlmələrə aldanar. Allah Peyğəmbərə (s) Kövsər surəsində buyurur ki, kafirlər sənə "əbtər" desələr də, bu ancaq sözdür. Həqiqət isə tamamilə başqa bir şeydir. Fəlsəfədə azadlıq sözünün iki yüz izahı verilmişdir. Bu sözü işlətməkdə hər filosofun özünün məqsədi vardır. Mənə bəzi fikirlərimə görə deyirlərsə, “sən azadlığın düşmənisən”, gərək əvvəl soruşum ki, “sənin dediyin azadlıqla, mənim azadlığımın mənası nədir?”. Biz kəlmələrlə yaşamırıq, məna ilə yaşayırıq. Ona görə də kəlmələrdən çox onların həqiqətinə diqqət yetirməliyik. Bəzən belə deyirlər ki, din gerilikdir. Yaxşı, əvvəl de görüm sənin düşündüyün din necə dindir? Onun din haqqında təsəvvürünü öyrənəndən sonra deyirik ki, bəli, sənin düşündüyün din gerilikdir. Amma mənim dinim insanı geriliyə yox, əksinə xeyli müasirliyə aparan bir dindir.
Renesansdan sonra Qərbdə filosoflar demək olar ki, yox dərəcəsində idi. Işçilərin əlinə keçmişdi. Yəni Kantdan sonra gələn filosoflar onun fəlsəfəsini davam etdirmişlər. Qeyd etdiyimiz kimi Kant deyirdi ki, insanın ağılı metafizikanı dərk edə bilməz. Çünki nəzəri ağılın buna qüdrəti çatmır. Amma əxlaq məsələsində fərziyyənin ziddinə getməyə məcbur oldu. Məsələn, "insan xəyanətkar olmamalı, sədaqətli olmalıdır" fikrini necə əsaslandıraq? Kant burada haşiyəyə çıxıb bəyan edir ki, əxlaq məsələləri üçün dinin dediklərini qəbul etmək lazımdır. Ümumiyyətlə əməli ağıl nəzəri ağılın nəticəsidir. İdeologiya dünyagörüşünün, firuddin-üsuliddin davamıdır. Kantın nəzərində insan ruhu, mələyi, qeyb aləmini dərk edə bilməz. Əməli ağılda bazası olmadığından dinə üz tutmağa məcburdur. Heç bir filosof aşkar şəkildə əxlaqsızlığı təbliğ edə bilməz. Əxlaqı təbliğ etmək üçün Allahın varlığını qəbul etməlidir. Yalan danışma, çünki Allahın xoşu gəlməz, günahlardan çəkin, çünki cənnət, cəhənnəm vardır. Xülasə şəkildə belə deyə bilərik ki, Kant metafizikanı dərk etməkdə insan ağlının qüdrətsizliyini bəyan etsə də, əməli ağılda bundan yan keçə bilmədi. Çünki ya insanlara sədaqətli olmağın yaxşılığını bildirməli, ya da bunun əksini deməli idi. “Sədaqətli ol” desəydi, gərək nə isə bir dayağa söykənərdi. “Olma” desəydi bu da düzgün olmazdı.
Amma sonralar Kantın bu nəzəriyyəsini inkişaf etdirərək metafizikanı bir kənara qoymaqdan əlavə, əməli ağılda Allahı da kənarlaşdırdılar və insanı Allahın yerində oturtdular. Beləliklə, əxlaq üçün çox şeyi birbaşa yaratdılar. Kantın nəzəri bu oldu ki, nəzəri ağılı azad etdi. Romantik filosoflar isə əməli ağılı azad bildilər. Hegel isə bunları nizama saldı. Əvvəldə işarə etdiyimiz kimi Qərbdə möhkəm fəlsəfi nizam yaranmadı. Müxtəlif fəlsəfi nəzəriyyələr və məktəblər yaranıb məhv olurdu. Məktəblər və "izm"lərin növləri 19-cu əsrdən etibarən artmağa başladı. Kantdan sonra (18-ci əsrin sonları 19-cu əsrin ortaları) bir neçə alman filosofu şöhrət tapdılar ki, onların düşüncələri az-çox Kantın fikirlərindən qaynaqlanırdı. Onlar çalışırdılar ki, Kant fəlsəfəsinin zəif nöqtələrini irfani mayelərdən qaynaqlanmaqla ödəsinlər.
Onların arasından Kantın şagirdi Fixte azad iradəyə bərk bağlı idi və Kantın nəzəriyyələri arasında əxlaqın əsilliyi və əməli ağıla təkid edirdi. O deyirdi: Nəzəri ağıl təbiət nizamına zəruri bir nizam kimi baxır. Lakin biz özlüyümüzdə azadlıq və ixtiyari fəaliyyətə meylliyik. Bizim vicdanımız elə bir nizam çəkir ki, onu gerçəkləşdirmək üçün çalışmalıyıq. Azadlığa meyl Şilinq kimi romantikləri ruhun əsalətinə və idealizmə sövq edirdi. Hegelin yaratdığı fəlsəfə "eyni idealizm" adlandırıldı.
Bəs idealizm nədir? İdealistlərin fikri belədir ki, əvvəl ruh, ondan da maddə yaranıb. Materialistlər isə deyirlər ki, əvvəl maddə, sonra ruh yaranıb. Hegelin yaratdığı idealizmdir. Bir də zehni idealizm var ki, bu da realizmin müqabilindədir. Onlar deyirlər ki, aləm real deyil, hər nə var xəyaldır. İdealizmin iki mənası olduğundan bəzən filosoflar da səhv edirlər. Adını çəkdiyimiz fəlsəfi məktəblərə incəsənətdə də rast gəlmək olur. İncəsənət həqiqəti, fəlsəfə fikri nümayiş etdirəndir. İncəsənət dinlə fəlsəfənin qələmidir. Ona görə də həmin dövrdə Avropada filosofların çoxu roman yazır, ssenari yaradır və öz fəlsəfi fikirlərini bu əsərlərə daxil edirdilər. Məsələn, deyirlər Viktor Hüqo "Səfillər" əsərində 2000 nəfəri təsvir etmişdir. Belə dahi adamların fikirlərini biz bəzən cizgi filmi səviyyəsində görürük. Bir qədər inkişaf etsək və Hüqoya yaxınlaşsaq bir qədər artıq görərik bəlkə bəzilərimiz tapılır ki, Hüqonun fikirlərini onun özündən də yaxşı səviyyədə dərk edə bilərik. Yaxud Tolstoyun "Hərb və sülh" əsərində psixoloji, sosioloji və fəlsəfi fikirləri görürük və hər oxucu ya ayrı ayrılıqda, ya da tam bunlara fikir verir. Bu hələ bəşərin yaratdığı əsərlərdir. Quranda bundan da kamil, bundan da ali fikirlər mövcuddur. Biri İbrahim peyğəmbərin dastanına nağıl, biri tarix, biri fəlsəfə və biri də hidayət kimi baxır. Yəni bunları dərk etmək insanların inkişaf səviyyəsindən asılıdır. Qərbdə rəqsin də fəlsəfəsini bəyan edirlər. Bizim baxışımızda insanı əxlaqsızlığa sürükləyir. Qərbdə isə rəqsə insanın maksimum ləzzət almaq üçün vasitə bilirlər. Ona görə də onların baxışı dəyişilməlidir. Yəni onlar bunu əxlaqsızlıq bilmirlər. Çoxlu belə misallar çəkmək olar. Dediklərimizin nəticəsi olaraq bunu bildiririk ki, romantik fəlsəfi fikirləri ədəbiyyata, incəsənətə də sirayət etmişdi.
Şillingin müasiri olan Hegel cahanı mütləq ruh üçün fikirlər və düşüncələr adı ilə təsvir edirdi ki, onların arasında illət-məlul yox, məntiqi rabitələr mövcuddur.
Onun baxışında idealların eyni vahiddən çoxluğa, ümumidən xüsusiyədir. İlk mərhələdə "varlıq"dır ki, ondan yoxluq yaranır. Sonra onunla birləşib "olmaq" halətinə gəlir. Hegel bu nəzəriyyəni "dialektik" adlandırır və onu zehni və eyni hadisələrin yaranması üçün qanun bilir.
Məhəmməd Baqir Saivər
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031