İslam baxımından ictimai təkamül
Mьəllif: admin1
Tarix: 16-04-2014, 23:54
Bцlmə: Məqalələr » Maarif
İslam baxımından ictimai təkamül


İslam baxımından ictimai təkamül
Böyük ustad Əllamə Təbatəbainin nəzərincə, İslam qanunları yeni bir şey deyil ki, insanlara sonradan zorla qəbul etdirilsin. Sağlam təbiətli (fitrətli) bütün insanlar bu qanunlara ehtiyac duyurlar. İnsan fitrətinin tələb etdiyi uyğun qanunlar dini qanunlar şəklində bəşəriyyətə elan olunmuşdur. Din qeyri-adi bir şey yox, məhz fitrətin ehtiyaclı olduğu qanunları bəyan edir.

İnsan fitrətən ictimai varlıqdır. O, ailə cəmiyyətində doğulub, boya-başa çatır. Yetkin insan doğulduğu ailə qurumundan ayrılıb, özü müstəqil ailə təşkil edir. Bundan əlavə, insanın bütün inkişafı cəmiyyət adlanan daha böyük qurumda gerçəkləşir. Cəmiyyəti nə qədər irəli apara bilməsi insanın ən böyük irəliləyişidir.
Bəli, insanın fitrəti.ö təbiəti cəmiyyətdən kənarda deyil. Aydın məsələdir ki, cəmiyyət dedikdə qapısı, divarı olan bir məkan, bağ, ev, səhra nəzədə tutulmur. Cəmiyyət insan toplumudur. İnsanın sövq edildiyi cəmiyyət insan cəmiyyətidir.
Bütün insanlar fitri olaraq, cəmiyyətə ehtiyac duyurlar. İnsanın daxilində yerləşdirilmiş təbii təchizat onun cəmiyyətə olan ehtiyacının dəlilidir. Bütün yaranmışlarda fəaliyyət göstərən cinsi meyl insanın müştərək ailə həyatına olan ehtiyacından danışır. İnsanın ictimai varlıq olmasının digər bir dəlili onun tənha yaşaya bilməsidir. Əgər bir şəxsi kimsəsiz adada yerləşdirib, onun bütün ehtiyaclarını təmin etsək, yenə də onun məhvi labüd olar. Çünki insanın ən böyük ehtiyacı ünsiyyətdir və o tənha yaşamağa qadir deyil.
Dilçi alimlərin nəzərincə, «insan» sözü «ünsiyyət» sözündən götürülmüşdür. Çünki bu varlıq ünsiyyətsiz yaşamağa qadir deyil. Ona görə də İslam dini ictimai həyat tərzinitəsdiq edərək, insanı tənhalıqdan çəkindirir və «röhbaniyyəti» yəni tənhalığa çəkilməyi haram buyurur.
Xristianlıqda röhbaniyyət halal sayılır. Tarix boyu tənhalığa çəkilmiş xristian rahiblər müxtəlif formalarda özlərinə əziyyət verərək ibadətə qapılmış, ağır zəncirlər gəzdirərək, bu yolla Allaha yaxınlaşmaq istəmişlər.
İslam qanun və cəmiyyət dinidir. Bu din insanın həqiqi təkamülünü onun ictimai həyatında görür. İslam dini kamil həyat tərzini röhbaniyyət, tənhalıq, riyazət vasitəsi yox, ictimai yaşayış və ilahi qanunlara riayət etməklə mümkün sayır.
Dəqiq və dərin düşüncəli insanlar anlayırlar ki, qəlbən ictimai olmaq, bütün ilahi və insani ölçülərə riayət etmək, insanlıq həddini aşmaq, bütün fiziki və mənəvi hüquqları yerinə yetirmək, cisim və ruh arasındakı tarazlığı qorumaq, ailə həyatının ağır yükünü daşımaq, ailə və övladın hüquqlarına əməl etmək, cəmiyyətə layiqli övladlar təqdim etmək, bir guşəyə çəkilib, ibadət etməkdən (riyazətdən) qat-qat çətindir. İslam bu sayaq çalışmaları alqışlayır, eyni zamanda guşənişinlikdən həzər qılaraq buyurur: «Heç bir bina Allah üçün ailə binasından əziz deyil». İslam ilk addımda ictimai həyatı belə alqışlayır.
Osmanın xanımı həzrət Peyğəmbərin (s) yanına gəlib ərz edir ki, ərim gündüzlər oruc tutur, gecələr isə ibadət edir. Peyğəmbər (s) çöhrəsində qəzəb ifadəsi özünü Osmana çatdırır. Namaz qılan Osman ibadətini başa vurduqdan sonra Həzrət buyurur: «Ey Osman, Allah taala məni röhbaniyyət üçün yox, asan və yüngül ayinlər üçün seçib. Mən oruc da tuturam, namaz da qılıram, xanımıma aid vəzifələrimi də yerinə yetirirəm. Mənim ayinimi sevən sünnəmə əməl etməlidir. İzdivac isə mənim sünnələrimdən biridir».
Başqa bir vaxt övladı vəfat etmiş Osman ibn Məzun evində məscid qurub, ibadətə qapılmış, cəmiyyətdən də dini mərasimlərdən kənarlaşmışdı. Bundan xəbər tutan Peyğəmbər (s) ona buyurdu: «Ey Osman, Allah taala bizə röhbaniyyəti əmr etməmişdir. Həqiqətən, mənim ardıcıllarımın rahibliyi Allah yolunda cihaddır».
Hədisdən məlum olur ki, müsəlmanların röhbaniyyəti Allah yolunda səy və təlaşdır. Bu təlaş cəbhədə də, xalqa xidmətdə də, nəfslə böyük cihada da göstərilə bilər.
Rəvayətlərin dəqiq mütaliəsindən sonra məlum olur ki, İslam cəmiyyəti pərakəndəlikdən, parçalanmadan uzaq olmalıdır. Çünki bu cəmiyyət vahid bir bədən, onun üzvləri isə bədən əzaları mislindədir. Bütün əzaların təlaşı isə vahid bədənin hifzinə istiqamətləndirilməlidir.
İslami cəmiyyət
Hədislərdən aydın olur ki, İslam insan cəmiyyətinə vahid bədən kimi baxır və onun fərdlərini bu bədənin əzaları kimi qəbul edir. Sözsüz ki, insanın bir əzası ağrıdıqda bütün bədən əziyyət çəkir. Əbu Abdullah (ə) buyurur: «Mömin möminin qardaşıdır. Çünki onlar eyni bir bədənin iki üzvü kimi bir-birinə bağlıdırlar». Sözsüz ki, bir əzanın ağrısı bədənin o biri üzvlərinə də sirayət edir. islam tarixində bildirilir ki, «möminlər qardaşdır» ayəsi nazil olduğu vaxt həzrət Peyğəmbər (s) müsəlmanlara bir-biriləri ilə qardaşlaşmaq göstərişi verdi, özü isə Əli (ə) ilə qardaşlaşdı.
İmam Sadiq (ə) buyurur: «Müsəlman müsəlmanın qardaşıdırö müsəlman müsəlman qarşısında vəzifəsi budur ki, qardaşı ac ikən o tox olmasın, qardaşı susuz ikən o sirab olmasın, qardaşı çılpaq ikən o geyinməsin». Peyğəmbər (s)-dan nəql olunmuş bir hədisdə buyurulur ki, müsəlman çətinliyə düşmüş qardaşına həmdərd olmasa, daim fərdi həyatı düşünüb-çalışsa, müsəlsan deyil.
Həzrət Peyğəmbər (s) buyurur: «Müsəlmanların çətinlikləri barədə düşünmədən sübhü açan şəxs müsəlman deyil». Ayə və rəvayətlərdən məlum olur ki, xalqa xidmət etmək bütün digər əməllərdən üstündür. İmam Sadiq (ə) buyurur: «And olsun Allaha, Allah heç bir ibadəti möminin haqqını ödəməkdən üstün etməmişdir», «And olsun Allaha, möminin haqqı Kəbədən üstündür», «Hər kəs mömin qardaşını Allaha görə yoxlasa, həmin şəxs Allahla görüşmüş hesab olunar». Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Çətinliyə düşmüş möminə kömək göstərən şəxsə Allah özündən başqasının kölgəsi olmayan gündə kömək edər…»
Müsəlman şəxs özü üçün arzu etdiklərini öz din qardaşı üçün də arzu etməlidir. Eləcə də, özünə qıymadığını mömin qardaşına da qıymamalıdır. Bəli, müsəlman cəmiyyəti o vaxt çiçəklənir ki, bütün cəmiyyət yuxarıda deyildiyi kimi fikirləşsin.
İslamın ictimai məsələlərə təkidi
İslam bütün proqramları ictimai inkişafla həmahəng olan bir dindir. Bu dində camaat namazı, cümə namazı kimi toplum ibadətlər fərdi ibadətlərdən üstün sayılır. Həcc ilahi ibadətlərdən olsa da, onun ictimai əhəmiyyəti daha böyükdür. Bu ibadi-siyasi proqram vasitəsi isə Allah taala müsəlmanların ümumdünya konqresini yaratmışdır ki, bu qurumda bütün problemlər öz həllini tapsın.
Allah taala cəm halda edilən duaları fərdi dualardan üstün tutur. Bəzi rəvayətlərdən belə məlum olur ki, əgər dua edən şəxs öz əvəzində başqalarına dua edərsə, onun öz istəyləri də qəbul olar. Digər bir qisim rəvayətlərdə tənha yaşayış, tənha yatmaq, tənha yemək xoşagəlməz (məkruh) sayılır. Həzrət Peyğəmbər (s) üç cür insana nifrin etmişdir: tək yeyənə, tək səfərə çıxana, tək yatana. Həzrət Əli (ə) buyurur: «Allahın əli cəmiyyətin başı üstədir».
Digər bir rəvayətdən məlum olur ki, bir yox, çox əlin iştirak etdiyi qəza daha bərəkətlidir. Daha çox əlin iştirak etdiyi süfrə bərəkətli bildirilir. İslami mənbələrdə nəql olunur ki, İmam Rza (ə) ətrafdakıları, hətta yelpik vuranları və heyvana qulluq edənləri süfrəyə oturdub, özü oturardı.
İctimai tərbiyə və bu tərbiyənin zəruriliyi.
Övladın tərbiyəsində ata-ananın vəzifəsi yalnız əxlaq, din təlim çərçivəsində məhdudlaşır. Övladlara ictimailiyin aşılanması, onların yaşayış tərzi ilə tanış edilməsi valideynin mühüm vəzifələrindəndir. Uşaqlar kiçik axar tək müstəqil qalmamalı, bir vaxt cəmiyyət dəryasına qatılmalıdırlar.
Əlbəttə ki, coşqun cəmiyyət dalqalarından qorunmaq üçün gücə, ruhi təchizata ehtiyac duyulur. Hər bir valideyn öz övladının cəmiyyətdə müvəffəq olacağına ümid edir. ictimai həyat müxtəlif insanların qarşılıqlı rabitəsindən ibarətdir. Qəzəbli, eqoist, tələbkar, paxıl, emosional, tündxasiyyət, xırdaçı adamlarla yola getmək hər fərdin işi deyil. Münasibət yaratmaq bacarığı xüsusi mənəvi keyfiyyətlər tələb edir. belə bir bacarığın bünövrəsi valideynlər, tərbiyəçilər, müəllimlər tərəfindən qoyulmalıdır.
İctimai tərbiyədə ilk addım
Əxlaqi və dini keyfiyyətlərin bünövrəsi ailə mühitində qoyulduğu kimi, ictimai tərbiyə də uşaqlıq dövründən başlayaraq ailədə pillə-pillə aparılmalıdır. Əksər atalar məntiqsiz üsullarla uşağın sözünü kəsir, ona danışmaq, fikrini bildirmək imkanı vermirlər. Hansı ki, yeni tərbiyə üsuluna görə kamil insan hesab olunan uşağın şəxsiyyətinə ehtiram göstərilməli, onun münasibətinə, rəyinə hörmətlə yanaşılmalıdır. Sözsüz ki, əvvəlcədən şəxsiyyətini hiss edən körpə ictimai məsuliyyətləri tədricən qəbul edə bilir. Belə uşaq məktəbə getməkdən qorxmur, məktəb mühiti və şagirdlərə qısa bir vaxt ərzində uyğunlaşır.
Məktəbdə ictimai tərbiyə
Uşağın ictimai tərbiyəsində ailədən sonra ən ağır vəzifə məktəbin üzərinə düşür. Əxlaq alimlərindən birinin nəzərincə, məktəb cəmiyyətdən kənar, uzaq olmamalıdır. Hər bir şagird cəmiyyətin üzvüdür və məktəb bu istiqamətdə çalışmalıdır. Məktəb hər bir şagirdin istedadını üzə çıxarmaqdan əlavə, onu cəmiyyətə dəyərli, dözümlü təhvil verməlidir.
Buna görə də məktəb müəllimləri və tərbiyəçilərin əsas vəzifəsi uşaqları dinləməyə məcbur edib, məlumatla yükləmək yox, onları ictimai həyata hazırlamaqdır.
Uşaqları ictimai məsələlərlə tanış etmək zərurəti
İctimai həyata qədəm atmamış, bu həyatı yaşamış uşaq bu həyatı özünəməxsus şəkildə təsəvvür edir. bu təsəvvürlər şirin yuxu tək yalnız müsbət məqamlara malik olur. Uyğun baxışla cəmiyyətə qədəm atan uşaqlar ilkin müvəffəqiyyətsizlikdən sonra həyatdan bezirlər. Ona görə də uşağın cəmiyyət haqqındakı təsəvvürlərini evdə və məktəbdə düzgün formalaşdırmaq lazımdır. Uşaqlar başa düşməlidirlər ki, həyatın enişi-yoxuşu, şirinliyi və acılığı var.
Xacə Nəsrəddin Tusi «Əxlaqi-Nasiri» kitabında valideynlərə tövsiyə edir ki, övladlarını uşaq yaşlarından işə vadar edib, onları ictimai həyatın çətinlikləri ilə tanış etsinlər, onları ictimai həyata hazırlasınlar.
Valideynlər və müəllimlərlə söhbət
Nəzərə almalıyıq ki, ictimai xüsusiyyətlər digər əxlaqi keyfiyyətlərdən fərqli olaraq, qəfil yox, tədricən zühur edir. Bu prosesdə təlim-tərbiyə təsirli rola malikdir.
Uşaqların ictimai tərbiyəsi üçün aşağıdakı qaydalar nəzərə alınmışdır:
1. Uşaqlara və şagirdlərə öz suallarını rahat bəyan etmək imkanı verin, onların suallarını öz dillərində cavablandırın. Bu işdə əsəbilikdən çəkinin.
2. Övladlarınıza və şagirdlərinizə imkan verin ki, özlərinə aid məsələlərin həllində öz ağıllarından istifadə etsinlər.
3. Qonaqlıqlarda onların iştirakını təmin edib, onlara cəmiyyət qarşısında öz fikirlərini açıqlamaq imkanı verin.
4. Onların çətinliklərini sonadək aradan qaldırmağa çalışmayın. Onları müəyyən çətinliklərlə mübarizə aparmağa şərait yaradın.
5. Onlarda uyğunlaşma, dostlaşma istedadını gücləndirmək üçün bacı-qardaşları ilə yola getmək ruhiyyəsini tərbiyə edin.
6. Onların həmdərdlik, həmkarlıq hissini gücləndirin. Bu yolla onları mümkün narazılıq hisslərinin qarşısını alın.
7. Körpəlikdən iş və fəaliyyət həvəsi yaradın ki, gələcəkdə işgüzar və zəhmətkeş olsunlar.
8. Həyat çətinliklərini onlara olduğu kimi, pillə-pillə anladın ki, qarşıdakı mümkün problemlərdən xəbərdar olsunlar.
9. Onları körpəlikdən səliqəli və intizamlı olmağa sövq edin ki, zaman keçdikdə bu keyfiyyətlər daha da güclənsin. Unutmayaq ki, ictimai həyat olduqca nizamlıdır və bu nizama səhlənkarlıqla yanaşanlar zərər görür.
İctimai məsuliyytlər və onların qəbulu
Tərbiyə ümumi şəkildə iki növə ayrılır:
1. Fərd və onun əxlaqi keyfiyyətlərinə aid tərbiyə. Bu növ tərbiyə prosesində tərbiyəçi əxlaqi keyfiyyətlər yaratmağa, doğruçuluq, düzlük, əmanətdarlıq kimi xüsusiyyətləri cilvələndirməyə çalışır.
2. Fərdin digər fərdlərlə münasibətini tənzimləyən tərbiyə. Çünki hər bir fərd cəmiyyət daxilində coşqun insanlarla yanaşı yaşamağa məcburdur. Bu növ tərbiyədə həmkarlıq, uyğunlaşma, məsuliyyətlərin qəbulu kimi keyfiyyətlər aşılanır ki, fərd öz ictimai həyatında öhdəsinə düşən vəzifələrdən qorxub, çəkinməsin.
Nə üçün bəziləri məsuliyyətdən qaçır?
Şəksiz ki, ictimai həyatın özünəməxsus uğursuzluqları da olur. İctimai həyatla tanış olmayan insan başqaları ilə münasibət qura bilmir. Bəziləri öz təhsilini başa vurub, cəmiyyətə çıxarkən hazırlıqsızlıq ücbatından əzab-əziyyətə düçar olurlar. Sözsüz ki, bu müvəffəqiyyətsizlik fərdin ictimai tərbiyəsinin yetərsizliyindən doğur. Çünki belə insanlar yalnız elm və biliklə yüklənmiş, ictimai tərbiyədən kənarda qalmışlar. Belələri yaşa dolsalar da, yanaşı yaşamaq qaydalarından xəbərsiz olduqları üçün ictimai məsuliyyətlərdən qaçırlar.
Amma elələri də var ki, ictimai məsuliyyətlərin qəbulu üçün yetərli hazırlığa malikdirlər. Bəzi şagirdlər məktəbin ictimai həyatında fəallıq göstərir, müəyyən məsuliyyətləri öhdəyə alırlar. Bir qrup əlaçı şagird isə müəllimlərlə çiyin-çiyinə, geri qalmış şagirdlərə kömək göstərirlər.
Sözsüz ki, ictimai həyata hazırlıq heçdən yaranmır. Bu hazırlığın kökləri ailə tərbiyəsində, tərbiyə üsulundadır. Bəzi valideynlər öz övladlarını kiçik yaşlarından iş tapşırırlar. Məsələn, qızlara qab yumaq, evi silib-süpürmək, oğlanlara evin köməkçi təsərrüfatına kömək etmək imkanı verilir. Olsun ki, bu vaxt qızlar qab-qacağı sındırsın, oğlanlar pulu itirsin. Amma unutmamalıyıq ki, uşaq yeriməyi yıxıla-yıxıla öyrənir. Beləcə, ictimai həyata hazırlaşan körpələr büdcəyə zərər vura bilər.
Ona görə də ictimai məsuliyyətlərin təliminə kiçik işlərdən başlamaq lazımdır. Bu yolla övladınızı ictimai həyata və daha böyük məsuliyyətlərə hazırlaya bilərsiniz.
Ata-analar öz övladlarından tez-tez belə suallar eşidirlər: «Atacan, icazə ver, bu işi görüm»; «Anacan, icazə ver, bu parçanı özüm ütüləyim…»
Valideynlər övladlarının uyğun istəklərinə, adətən, belə cavab verirlər: «siz bu işi görsəniz xarab edərsiniz. Nə vaxt böyüsəniz, özünüz edərsiniz». Valideynlər anlamırlar ki, bu sayaq cavab uşağın müstəqillik, məsuliyyət hissini puça çıxarır. Uşağın belə xahişlərə müraciət etməsi ondakı istedadın çiçəklənməsi əlamətidir. Uşağın gələcəyini düşünən ata-ana xırda-para zərərlərə göz yumub, ona özünü sınamaq imkanı verməlidir.
Zərif bir nöqtə də var. Ailə mühitində hər hansı bir məsuliyyət həvalə olunmuş körpə ictimai həyata hazırlaşmaqla yanaşı, gələcəkd özü də başqalarına belə bir imkan verəsidir. Beləcə, körpə ailə mühitində ata-anadan öyrəndiklərini ictimai həyatda başqalarına ötürür.

Məcid Rəşidpur
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031