Salavatın dünya və axirət savabları hansıdır?
Mьəllif: admin1
Tarix: 26-10-2021, 10:50
Salavatın dünya və axirət savabları hansıdır?
Salavatın dünya savabları olduğu kimi, axirət savabları da boldur. Dünya savablarına şəfa tapmağı, ruzinin bol olmasını, unudulmuş şeylərin yadına düşməsini, məclis əhlinin paklanmasını misal göstərmək olar.

Bundan başqa salavat nifaqı aradan aparar, hacətin yerinə yetməsinə səbəb olar və Allahı bəndədən razı salar, əməlləri pak edər.

Salavatın axirət savabları:

1. Həzrət Peyğəmbərə (s) yaxın olmaq və şəfaətinə nail olmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim mənə salavat göndərər, mənim şəfaətim ona çatar”.

Rəsuli-Əkrəm (s) yenə buyurur: "Qiyamət günü mənə ən yaxın insanlar harada olursa-olsun o kəslərdir ki, dünyada olan zaman mənə çoxlu salavat göndərərlər”.

2. Günahların kəffarəsi olar. Salavat insanı qəbir əzabından və atəşdən xilas edə bilər. İmam Rza (ə) buyurur: "Hər kim yaxşı işləri ilə günahlarını örtə bilmir, gərək Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) çoxlu salavat göndərsin ki, salavat günahları məhv edər”.

Həzrət (ə) yenə buyurur: "Mənə salavat göndərmək - Siratda nurdur, hər kim Siratda nur olar, cəhənnəm əhlindən olmaz”.

İmam Rzadan (ə) nəql edirlər: "Mənə çoxlu salavat göndərin ki, mənə salavat göndərmək qəbirdə və behiştdə nurdur”.

3. Əməl tərəzisində yaxşı əməllər ağır olar. Ənəs ibni Malik nəql edir: "Peyğəmbərin (s) xidmətinə daxil oldum və onu o gündən daha şad və sevincli görməmişdim.

Səbəbini soruşdum, buyurdu: "Necə şad olmayım ki, Cəbrayil (ə) hal-hazırda mənim yanımdan çıxıb getdi və dedi ki, Allah buyurub: "Hər kim bir dəfə sənə salavat göndərər, ona on salavat göndərərəm. On (günahını) məhv edərəm və ona on həsənə yazaram””.

İmam Sadiq (ə) buyurur: "Qiyamət günü əməl tərəzisinə qoyulan ən ağır şey - Peyğəmbərə (s) və Əhli-beytinə (ə) göndərilən salavatdır”.

Salavatdan aldığımız nəsihətlər:

- Salavat – Allah tərəfindən insana ən böyük hədiyyədir.
- Salavat – behişt hədiyyəsidir.
- Salavat – ruha cila verər.
- Salavat – ətirdir ki, insanın ağzını ətirli edər.
- Salavat – behiştdə olan nurdur.
- Salavat – Siratda olan nurdur.
- Salavat – insanın şəfaətçisidir.
- Salavat – İlahi zikrdir.
- Salavat – duanın kamala və yerinə yetməsinə səbəb olar.
- Salamat – namazın kamala çatmasına səbəb olar.
- Salavat – Həzrət Peyğəmbəri (s) yuxuda görmək rəmzidir.
- Salavat – cəhənnəm atəşi qarşısında qalxandır.
- Salavat – insanı hər üç aləmdə sığorta edər.
- Salavat – ən sevimli əməldir.
- Salavat – namazın zinətidir.
- Salavat cəhənnəm atəşini söndürər.
- Salavat günahları aradan aparar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031