Tərbiyəli övlad yetişdirməyin sadə üsulları
Mьəllif: admin1
Tarix: 19-06-2020, 22:53
Bцlmə: Ailə, Xəbərlər
Tərbiyəli övlad yetişdirməyin sadə üsulları
Övladını tərbiyəli bir insan olaraq yetişdirmək istəyi hər bir valideynin arzusudur. Bəzən müəyyən məqamlarda nəzərə almadığınız məqamlar sonradan öz fəsadları ilə diqqəti çəkir.

Bu sadə üsullar haqqında bir daha düşünməyiniz faydalıdır:

- Sistemlilik prinsipini əsas tutun. Övladınızın tərbiyəsində hər ikinizin eyni istiqamətli iş görməniz önəmlidir. Ana bir, ata isə tamam başqa söz deyəcəksə uşağın fikirləri qarışacaq və burada tərbiyədən danışmaq çətin olar.

- Nəzarətinizi əksik etməyin. Dərslərinə, dostlarına, yuxusunun düzgün tənzimlənməsinə, televiziya qarşısında keçirdiyi zamana, oynadıqlarına və s. qarşı diqqətli olun. Övladınıza hiss etdirmədən də nəzarət etməli olduğunuz məqamlar olduğunu da unutmayın.

- Səhvlərindən nəticə çıxarmasına icazə verin. Eyni zamanda müxtəlif situasiyalarda birbaşa çıxış yolu təklif etməniz onun özünün bu bacarığını inkişaf etdirməsinə mane olar.

- “Etmə”, “olmaz” əvəzinə izahlar verin. Qadağalarınız övladınız üçün daha maraqlı olacaq. “Etmə” demək əvəzinə nə üçün etməməli olduğunu izah etsəniz səbəbin aydınlaşmasına kömək etmiş olarsınız.

- Övladınıza düzgün olmağı öyrədin. Siz də hər zaman öz düzgünlüyünüzlə övladınıza nümunə olaraq bu davranışı möhkəmləndirin. Övladınıza “yalan danışma” demək əvəzinə, “sənə inanıram” “doğru olanı deməyini istəyirəm” və s. kimi ifadələr daha uğurludur.

- Məsuliyyətli olmağı öyrədin. Ona məsul işlər verərək vərdişi formalaşdıra bilərsiniz.

- Hörmət etməyi öyrədin. İnsanlara hörmət etməyi, özündən böyüklərə qarşı hörmətlə yanaşmağı öyrədin. Nümunəsi siz olduğunuzu unutmayın.

- Dəyər verməyi öyrədin. İlk olaraq övladınıza dəyər verin ki, bunun necə bir hiss olduğunu bilsin və o da bu hissi yaşayaraq ətrafına da dəyər verə bilsin.

- Sevməyi öyrədin. Hər işin təməlində sevgi dayanır.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031