Quranın şəfa olmasının mənası nədir?
Mьəllif: Admin
Tarix: 30-09-2022, 10:40
Bцlmə: Quran, Xəbərlər
Quranın şəfa olmasının mənası nədir?
Quranın şəfa olması bir neçə ayədə qeyd olunub. Ayələrdən bəziləri belədir: “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır” (İsra, 82); Yaxud “(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!" (Yunis, 57).

“Şəfa” kəlməsi sağlamlıq, bunun əksi isə xəstəlik, qüsur deməkdir. İnsanın müxtəlif cəhətlərini tədqiq etməklə, hər bir insanın cism və ruh olmaqla iki hissəsi olduğunu anlayırıq. Həmçinin onların hər birinin xəstəliyə məruz qala biləcəyini və hər hansı bir hissədəki xəstəlik insanın digər sahələrinin səmərəliliyinin pozulmasına səbəb olduğunu görürük.

Quranın ilk mərhələdə nazil olması xalqı şirk və küfrdən tövhid və İslama aparmaq üçün onların əqidələrindəki xəstəliklərini müalicə etmək idi.

Qurani-Kərim bir neçə ayədə onun məqsədinin bəşəriyyəti cəhalətdən elmə, küfrdən imana, zülmdən ədalətə, fəsaddan yaxşılığa, günahdan təqvaya yönəltmək olduğunu bildirir. Bunlar o məsələlərdir ki, davamlı olduğu surətdə inanc və qəlbi xəstəliklərə səbəb olur ki, cismi xəstəliklərdən daha ağırdırlar.

Quran sağlamlıq və təbabət kitabı deyil, tərbiyə kitabıdır. Əgər tibbi, sağlamlıq və elmi mövzulara işarə edirsə, bu, Allahı tanımağa yol açdığına görədir. Həmçinin insanın təcrübi elmlər sahəsində inkişaf etməsini və onun kəşf etməyin ardınca getməsini həvəsləndirmək üçündür. Daha da əhəmiyyətlisi cismi və ruhi ehtiyacların əlaqəsi və onların bir-birinə təsirinə görə Quran cismi sağlamlığa xüsusi diqqət yetirməyi zəruri hesab edir.

Məsələn, qida gigiyenasında, təmiz qidalar yemək, gigiyenik olmayan qidaları qadağan etmək, yeməyi israf etməmək, ölü ətdən, donuz ətindən, qan və şərabdan uzaq olmaq və bir çox başqa şeylər qeyd olunub.

Qurani-Kərimdə şəxsi gigiyena və cinsi gigiyena haqqında da göstərişlər var; Dəstəmaz, çimmək, paltarın təmizliyi, ətraf mühitin təmizliyi və bir çox başqa məsələlər insanların şəxsi gigiyenası ilə bağlıdır ki, bunlara əməl olunmalıdır.

Bədən xəstəliklərinin müalicəsində baldan istifadə, oruc tutmaq və onun sağlamlığa təsiri, Quran səsinin cismi ağrıları azaltmaqda təsiri Quranda qeyd olunan və bu gün sağlamlıq və müalicə mərkəzlərini maraqlandıran digər mövzulardır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930