İmam Musa Kazimdən (ə) əxlaq dərsi
Mьəllif: admin1
Tarix: 6-02-2024, 10:28
İmam Musa Kazimdən (ə) əxlaq dərsi
Bəzən insan bir pisliyin cavabını mehribancasına verən zaman, qarşı tərəfin dəyişməsinə səbəb olur. Əziz İmamlarımız (ə) bunun nümunəsini bizə irs qoymuşlar.

İmam Kazım (ə) da belə mübarək nümunələr təqdim etmişdir. Mədinədə bir kişi var idi ki, nə zaman İmamı (ə) görsə idi, onu təhqir edərdi.

Bir gün İmam (ə) yoldaşları ilə bir yerdə həmin insanın tarlasının yanından keçir və o, həmişə olduğu kimi təhqiredici sözlər deməyə başlayır.

Yoldaşları bu səhnəni görüb tab gətirə bilmirdilər və İmamdan (ə) xahiş edirdilər ki, onlara bu kişinin cavabını vermək üçün icazə versin. İmam (ə) isə bu işə icazə vermir.

Bir gün İmam (ə) həmin kişinin tarlasına gedir ki, onunla görşsün, ancaq həmin kişi pis işindən əl çəkmir və İmamı (ə) təhqir etməyə başlayır.

İmam (ə) ona yaxın gedib atından düşdü. Kişi bu sözlərinin sayını artırır. İmam (ə) mehriban təbəssümlə ona buyurur: "Bu tarlanın əkin qiyməti nə qədərdir?”.

Kişi dedi: "Yüz dinar”.

İmam (ə) buyurdu: "Ümidin varmı ki, ondan bu qədər səmərə götürəcəksən?”.

Kişi qabalıqla dedi: "Mənim qeyb elmim yoxdur ki, nə qədər payıma düşdüyümü bilim”.

İmam (ə) buyurdu: "Mən demədim ki, sənə nə qədər fayda çatacaqdır. Soruşdum ümidin varmı ki, fayda götürəcəksən?”.

Kişi dedi: "Fikirləşirəm ki, bu tarladan iki yüz dinar fayda götürəm”.

Bu zaman İmam (ə) içərisində üç yüz dinar olan kisəni ona verir və deyir: "Bunu al və əkinin də biçinin də özünün olsun. Ümid edirəm ki, Allah Təala bu tarladan gözlədyin faydanı sənə nəsib etsin”.

Kişi xəcalətli halda bu kisəni alır və İmamın (ə) alnından öpür. Öz çirkin əməlinə görə üzr istəyir.

Bu, hamı üçün böyük bir dərs olmalıdır.

İmam Kazım (ə) davamlı olaraq mehriban olmağı tövsiyə edərdi. Yəqub adlı bir nəfər və dostu Şuəyb İmam Kazımın (ə) yanına gəlirlər ki, həm həccin yorğunluğunu üstlərindən atsınlar və həm də İmamı (ə) görsünlər.

İmamın (ə) evinə daxil oldular və salam verəndən sonra İmam Kazım (ə) üzünü Yəquba çevirib buyurdu: "Ey Yəqub! Sən Mədinəyə dünən gəlmisən.

Qardaşınla filan məhəllədə görüşmüsən. Lakin bir-birinizlə dalaşmısınız. Bir-birinizi təhqir etmisiniz. Siz gərək bu cür çirkin iş görməyəsiniz.

Söyüş söymək mənim və atalarımın yolu deyildir. Bizim davamçılarımızdan uzaqdır ki, bir-birini söysünlər.

Ey Yəqub! Bu işə görə ölüm aranıza fasilə salacaqdır. Qardaşın İshaq, səfər zamanı şəhərinə və evinə çatmamış dünyasını dəyişəcəkdir.

Sən də bu rəftardan peşman olacaqsan. Allah ömrünüzü qısa edəcəkdir”.

Yəqub əl-ayaqdan düşdü və soruşdu: "Qurban olum, mənim əcəlim nə zaman çatacaqdır?”.

İmam (ə) buyurdu: "Sənin də əcəlin çatmışdı, ancaq sən filan mənzildə yol yoldaşına xidmət etdiyin və onu hədiyyə ilə sevindirdiyin üçün Allah ömrünü 20 il artırmışdır”.

Şuəyb heyrətli şəkildə bu söhbətə qulaq asırdı. Bir müddətdən sonra Yəqubu görüb qardaşının halını soruşur.

O, deyir ki, İmamın (ə) buyurduğu kimi, qardaşı evinə çatmamış dünyasını dəyişmişdir. Elə yoldaca torpağa basdırılmış və ailəsini görməmişdir.

Bir gün Əbu Hənifə İmam Sadiqin (ə) xidmətinə gəlir və İmam (ə) bu zaman yatmışdı. O, əyləşib İmamın (ə) oyanmasını gözləyir. Onun yanına 5-6 yaşlı bir oğlan uşağı gəlir və Əbu Hənifə, bu uşağın kim olduğunu soruşur.

Deyirlər ki, o, Musa ibni Cəfərdir (ə). Öz-özünə düşünür ki, sualımı bəlkə bu uşağa verim.

Deyir: "Ey Rəsulallahın övladı! Bəndələrin günahı haqqında nəzəriniz nədir? Bəndə onu görür, yoxsa Allah onu yerinə yetirməsinə razı olur?”.

5-6 yaşlı Həzrət Musa Kazım (ə) onunla üzbəüz əyləşir və buyurur: "Üç haldan xaric deyildir: ya Allah onu yerinə yetirir, ya bəndə, ya da hər ikisi.

Əgər Allah yerinə yetirirsə, bəs onda günah etməmiş bəndəsinə niyə cəza verir. Bu, Adil Allahdan qəbul olunmaz. Əgər Allah və bəndə bir yerdə yerinə yetiribsə, niyə güclü şərik zəif şərikinə cəza versin ki.

Halbuki, özü ona yardım etmişdir”. Əbu Hənifə Həzrətin (ə) sözünü kəsir və deyir: "Bu iki hal mahaldır, qeyri-mümkündür”.

Həzrət Kazım (ə) buyurur: "Bəli, ona görə də bir hal qalır ki, bəndə özü tək bu günahı etmişdir və özü bu məsuliyyəti öhdəsinə götürmüşdür”.

Bir nəfər İmam Kazıma (ə) bir neçə sual vermək üçün gəlir və suallarının cavabını eşidəndən sonra İmam (ə) mehriban şəkildə ondan soruşur: "İstəyərsənmi ki, dünyada ömrün uzun olsun?”.

Kişi deyir: "Bəli”.

İmam (ə) buyurur: "Nəyə görə çox qalmaq istəyirsən?”.

Kişi deyir: "Tövhid” surəsini çoxlu tilavət etmək üçün.

İmam (ə) bir müddət sükut etdi və bir qədərdən sonra ona buyurdu: "Bizim dostlarımızdan hər kim Quranın tilavətini yaxşı öyrənmədən ölərsə, ona qəbir aləmində öyrədərlər ki, Qurana xatir dərəcəsi yüksəlsin. Çünki behişt Quran ayələrinin sayına görədir və ona deyiləcəkdir ki, oxu və yuxarı qalx. O, da Quran oxuyar və yuxarı qalxar”.

Allah Təala bizləri İmam Musa Kazımın (ə) ardıcıllarından qərar versin.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930