Dünya Sevgisi
Mьəllif: admin1
Tarix: 23-07-2020, 23:06
Dünya Sevgisi
Dünyanı dinin buyurduğu səviyyədə sevmək pak və təmiz həyat qurmaq - bəyənilmiş bir işdir. Dünyaya olan sevgi əgər hərislik, tamah və havayi-nəfs ilə olarsa, hər növ haram ləzzətlərə və mal-dövlətə bulaşmağa səbəb olar. Axirəti xarab edər və əbədi əzaba düçar olar.

Quran və hədislərdə dünyaya sevgi ona görə məzəmmət edilmişdir ki, dünya ilə rabitə yaratmaq mal və dövlət yığmaq, zülm yolu ilə mal əldə etmək və xəyanətə gətirib çıxarar. Quran dünyaya bağlanmağı və onu həddən artıq sevməyi məzəmmət etmişdir.

Dünya həyatının diqqət ediləcək dərəcədə mühüm olmadığını bildirir. Bəli, dünyaya aşiq olmaq nalayiq bir meyvəyə nəsib olmaq deməkdir.

Dünyaya bu cür diqqət edərək, insan axirətini əldən verər. Haqqın qəzəbinə tuş gələr. Əbədi behiştdən məhrum olar. Allahın hərəmi və dərgahı olan qəlbi bu cür çirkin məhəbbətə bulaşdırmayaq.

Dünyadan Quran və hədislərin buyurduğu qədər istifadə etmək lazımdır. Bəyənilmiş əməl odur ki, halal mal əldə edib, onunla ailənin ehtiyacını ödəyəsən və qalanını da sədəqə verəsən.

Dünya ilə bu cür rabitə yaratmaq - dünya və axirət səadətinə gətirib çıxarar. Ancaq həddini aşan məhəbbət həm bu dünyada və həm də axirətdə zillətə səbəb olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Dünya məhəbbəti qəlbdə yer tapmaz, məgər həmin qəlb üç şeyə düçar olarsa: əziyyəti sona çatmayan ixtisas və ya sənət. Yoxsulluq ki, onun vasitəsilə imkansızlıqdan qurtulmaq olmaz. Sona çatmayan arzular”.

Həzrət (s) başqa yerdə buyurur: “Dünyaya aşiq olan qəlbdən tamahın uzaq olması haramdır”.

Əmirəl-möminin (ə) buyurur: “Dünyaya aşiq olan insan dünyanın mal və sərvətini özündən qeyrisi üçün cəm edər”.

Çünki dünyaya eşqindən onu xərcləməkdən imtina edər və ancaq yığar və öləndən sonra da başqasına qalar.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, dünyaya aşiq olur, təkəbbürü irs aparır. Hər kim onu yaxşı hesab edərsə, hərisliyi irs aparar.

O kəs ki, onu istəyər, tamah çarxına düşər. Hər kim onu mədh edər, torpağına riya vurar. Hər kim ona meyl edər, xudbinliyə düçar olar. Hər kim onda rahatlıq tapmaq istəyər, qəflətə düçar olar”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930