Ümmət
Mьəllif: admin1
Tarix: 11-12-2020, 11:36
Ümmət
Quran:

"Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz. Yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində Bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır."
(Ali-İmran, ayə 110)

Allahın Peyğəmbəri (s) buyurur: "Mənim ümmətim bərəkətli bir ümmətdir. Onun əvvəlinin, yoxsa sonunun xeyir olması məlum deyil."

Allahın Peyğəmbəri (s) buyurur: "Mənim bu ümmətim Haqqın rəhmət kölgəsində olan bir ümmətdir."

Allahın Peyğəmbəri (s) buyurur: "Siz yetmişinci ümmətsiniz və Allah yanında onların ən yaxşı və əzizisiniz."

Allahın Peyğəmbəri (s) buyurur: "Müjdə olsun bu ümmətə möhtərəmlik, dindarlıq, başı ucalıq, qələbə və yer üzündə qüdrət əldə etmək!"

Ümmətin yaxşıları.

Allahın Peyğəmbəri (s) buyurur: "Mənim ümmətimin ən yaxşıları onların dünyaya daha etinasızları və axirətə daha çox can atanları, axirət arzusunda olanlarıdır."

Allahın Peyğəmbəri (s) buyurur: "Mənim ümmətimin ən yaxşısı cavanlığını Allaha itaətdə keçirmiş, öz nəfsini dünyanın ləzzətlərindən saxlayan və axirətə ürək bağlayan kəsdir. Həqiqətən Allahın ona verəcəyi mükafat Cənnətin ən yüksək dərəcələridir."

Allahın Peyğəmbəri (s) buyurur: "Ümmətimin ən yaxşıları onlara qarşı ağılsızlıq ediləndə dözənlər, onlara qarşı zülm və cinayət törədiləndə bağışlayanlar və incidiləndə səbr edənlərdir."

Mötədil ümmət.

Quran:

"Beləliklə də sizi orta bir ümmət (ümmətlərin ən yaxşısı) etdik ki, insanlara (insanların əməllərinə) şahid olasınız, Peyğəmbər də sizə şahid olsun." (Bəqərə surəsi, 133)

İmam Əli (ə) buyurur: "Allahın yaratdıqlarına şahidləri və Onun yer üzündəki dəlilləri bizik. Biz o kəslərik ki, Allah-taala buyurub:«Beləliklə də sizi orta bir ümmət etdik…"

Ümmətin xeyrinə olan şeylər.

Allahın Peyğəmbəri (s) buyurur: "Mənim ümmətim nə qədər ki, bir-birlərini sevir, əmanəti (sahibinə) qaytarır, haramdan çəkinir, qonağı əziz tutur, namaz qılır və zəkat verir həmişə xeyir içində olacaqdır."

Allahın Peyğəmbəri (s) buyurur: "Nə qədər ki, bu ümmətin Quran oxuyanları hakimlərlə əlbir olmayıblar, alimləri yaramaz və günahkarlara bəraət qazandıraraq onları təmizə çıxarıb günahsız kimi təqdim etməyiblər, yaxşıları pislərinə kömək etməyiblər Allahın əli bu ümmətin üzərində olacaq və Onun himayəsi sayəsində yaşayacaq. Amma bu işləri görəndən sonra Allah öz qüdrət əlini onların başı üzərində götürəcək və zülmkarlarını onlara hakim edəcəkdir."

İslam ümmətinin axirətdəki məqamı.

Allahın Peyğəmbəri (s) buyurur: "Qiyamət günü mənim bütün peyğəm¬bər¬lərdən çox davamçım olacaq."

Allahın Peyğəmbəri (s) buyurur: "Cənnətdə yüz iyirmi cərgə var ki, onun səksən cərgəsi mənim ümmətimdir."

Millətlərin İslam ümmətinə qarşı hücumu.

Allahın Peyğəmbəri (s) buyurur: "Tezliklə millətlər ac adamlar yemək kasasına hücum edən kimi sizə hücum edər."

Bu zaman bir nəfər soruşdu: "Bunun səbəbi həmin vaxt bizim sayımızın az olmağıdır?"

Peyğəmbər (s) buyurdu: "Əksinə, sayınız çox olar, amma sel üzərindəki köpük və çör-çöp kimi olarsınız, Allah sizin heybət və əzəmətinizi düşmənlərinizin qəlbindən çıxarar, sizin qəlblərinizə qüvvətsizlik və süstlük salar."

Bir nəfər soruşdu: "Ey Allahın Peyğəmbəri, qüvvətsizlik və süstlük nədir?» Buyurdu:«Dünya məhəbbəti və ölümü istəməmək."

Allahın Peyğəmbəri (s) buyurur: "Mənim ümmətim dünyanı böyük bilən zaman Allah İslamın əzəmətini ondan alar."

Peyğəmbərin ümməti barəsindəki nigarançılığı.

Allahın Peyğəmbəri (s) buyurur: "Mən öz ümmətim üçün üç şeydən –hərislik və xəsisliyə boyun qoymaqdan, nəfsi istəklərə tabe olmaqdan və azğın başçıdan qorxuram."

Allahın Peyğəmbəri (s) buyurur: "Ümmətim üçün üç şeydən – (Haqqı və ya haqq yolu) tanıyandan sonra azğınlığa düşməkdən, azdırıcı fitnələrdən, qarınqululuq və şəhvətpərəstlikdən qorxuram."

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930