Axirətin xidmətində duran dünya
Mьəllif: admin1
Tarix: 28-12-2014, 00:26
Axirətin xidmətində duran dünya

Palçıqlı paltarı ilə quyunun yanında oturdu…
Siz görürsünüz ki, İslamda maddi quruculuq adamı olan şəxs həm də yaranmışların ən zahididir. Əmirəlmöminin öz əli ilə quyu qazdı, su dəvə boynu yoğunluğunda fantan vuranda quyudan çıxdı. Elə palçıqlı paltarı ilə quyunun yanında oturdu və yazdı ki, bu suyu yoxsullara vəqf etdim. Yəni maddi abadlıqla məşğul oldu və o saat da onu Allah yolunda ehsan etdi; ən çox ehsan edən, ən qurucu, ən çox maddi işlə çalışan və mənəvi cəhətdən ən üstün, ən uca. Bu, İslam tərbiyəsinin nəticəsi, İslamın maddi və mənəvi proqramının göstəricisidir.

İslamın gözündə dünya axirətə keçid yeridir. İslam dünyanı inkar etmir, dünyəvi bəhrələri mənfur saymır, insanın həyatda bütün istedadları ilə çalışmasını istəyir. Amma bunların hamısı mənəvi inkişafın xidmətində durmalıdır ki, bu dünyada da həyat şirin olsun. Belə bir dünyada zülm, cəhalət və yırtıcılıq yoxdur. Bu, çətin işdir və ciddi çalışmağa ehtiyacı var. Peyğəmbər də ilk gündən bu işə başladı.

Bu gün ölkənin yaxşılıq, haqq-ədalətin bərpası və mənəviyyata meyl ab-havasına ehtiyacı var. İslam quruluşu təkcə bununla kifayətlənmir ki, xalqın iqtisadi və maddi həyatını abadlaşdırsın. Bu onun qəti vəzifələrindən biridir, amma bunun yanında yaxşılığın, dini ruhun, İslam əxlaqının, qardaşlıq və səmimilik ruhunun bərqərar edilməsi, xalqın rəzillik və xarlıqla razılaşmasına mane olan başucalığı və istiqlaliyyət ruhunun dirçəldilməsi də İslam vəzifələrindəndir. Böyük İslam Peyğəmbəri hər oturub-durduğunda, onunla üzləşən hər bir insana təsir edir, insanları həm İslam quruluşunun bərpası sayəsində, həm də fərdi tərbiyə ilə dəyişdirirdi. İnsanın dəyişməsi isə dünyada mövcud olan ən əsaslı dəyişiklikdir.

Biz həqiqətən, bütün vücudumuzla çalışmalı, cismimizdə və zehnimizdə olan bütün istedad və yaradıcılığı ölkənin idarəsinə və xalqın işlərinin İslama uyğunlaşdırılmasına sərf etməliyik. İslam həyatı mənəviyyata diqqət yetirib maddiyyata göz yuman deyil. Necə ki, maddiyyata diqqət yetirib amallara və mənəviyyata da göz yummur.

...Məsələnin o biri tərəfi də belədir. Yəni bu cəmiyyət yalnız mənəvi cəhətlərə baxıb elmdən xəbərsiz olsa, elmi tərəqqi, kəşf və yeniliklərdən, vətən övladlarının təhsilindən, həyatı bəşərin ehtiyaclarına uyğun şəklə salan kadrlar yetişdirməkdən uzaq olsa, yenə də başqa bir qanadı sınmış olar. Elə bilməyin ki, İslam hər şeyin mənəvi məsələlərdə inhisarının tərəfdarıdır və maddiyyata diqqət göstərmir. Xeyr, bu yayınma birinci yayınma qədər böyükdür. İslam dünyadan və həyatdan üz çevirməni çox aydın şəkildə rədd etmişdir.

Bu ürəklər Allahın əlindədir. Xalqın rəğbəti, iştirakı, əzmkarlığı, iradəsi və həvəskarlığı Allahın bizə bəxş etdiyi böyük nemətlərdəndir. Bunlar üçün şükür etməliyik. Bu nemətin şükrü üçün xalqın məişətini yaxşılaşdırmağa və dinini gücləndirməyə maksimum çalışmalıyıq.
Ayətullah Xamenei
http://vilayet.nur-az.com
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031