Əgər zəngin salavat göndərərsə, malı bərəkətli olar. Əgər yoxsul salavat göndərərsə, Allah Təala göydən ruzisini endirər
Mьəllif: admin1
Tarix: 5-05-2020, 09:21
Əgər zəngin salavat göndərərsə, malı bərəkətli olar. Əgər yoxsul salavat göndərərsə, Allah Təala göydən ruzisini endirər

Həzrət Peyğəmbər (s) buyurur: “Allahı çoxlu yada salmaq və mənə salavat göndərmək yoxsulluğun aradan getməsinə səbəb olar”.

Lakin bunu yaddan çıxartmayaq ki, Allah bir insanın səy və zəhmətinə dəyər verir və ona uyğun olaraq ruzisini nəsib edir. İnsan əgər tənbəl olar və evdə əyləşib sadəcə zikrlərin vasitəsilə ruzisini artırmaq istəyərsə, məntiqsiz bir əməl olar. Allahın da xoşuna gəlməz. Müsəlman tənbəl olmamalıdır.

İnsanın ruzisinə təsir edən amillərə ruhi, mənəvi və nəfsi də təsir qoyur. O insanın zikri səmərə verər ki, bunun üçün zəminəsi olsun.

İnsan gərək gözləməsin ki, sadəcə dildə bu zikrləri deməklə bir nəticəyə çatacaqdır. Müsəlman həm zəhmət çəkməli və səy göstərməli, həm də zikrlərdən bəhrə aparmalıdır.

Sizə bir yoxsul insanın hekayəsini təqdim edirik ki, məhz salavatın köməyi ilə yoxsulluqdan nicat tapmışdı. Səyid adlı bu insan çox kasıb idi, nə yeyəcəyi və nə də qala biləcəyi münasib yeri yox idi. Arvad-uşağının halına baxıb, çox qəmgin olardı. Ona görə də nə yuxusu var idi və nə də rahatlığı.

Bir gün başqa günlərdə olduğu kimi kiçik bir məhəllədən keçirdi və özü də bilmirdi hara gedir. Ayaqları onu bu məhəllədə olan kiçik, lakin həmişə içərisi insanla dolu olan məcsidə tərəf aparırdı. Xətib moizə deyirdi və insanlara nəsihət verirdi.

Səyid də bu xətibə qulaq verdi. Xətib deyirdi: “Salavat göndərməkdə səhlənkarlıq etməyin. Çünki əgər zəngin salavat göndərərsə, malı bərəkətli olar. Əgər yoxsul salavat göndərərsə, Allah Təala göydən ruzisini endirər”.

Bu söz Səyid üçün təzə idi və öz-özünə düşündü ki, heç də çətin bir iş deyildir. Xətibin sözləri bitəndə Səyiddə yeni bir ümid doğdu və o, məsciddən bayıra çıxdı.

Evinə tərəf yollandı və dilində salavatı züm-zümə etdi. Artıq bu zikr onun dodaqlarında qət olmurdu, sanki dilinin altında gizlənirdi.

Bu minvalla üç gün keçir. Evindən bayıra çıxır və uşaqlarının ac siması onu çox nigaran edirdi. Yolu bir xarabalıqdan keçir və bura çox qaranlıq və qorxulu yerə bənzəyirdi. Sanki divarları insanla söhbət edirdi.

Səyid çox həyəcanlandı və ayağının altında bir daş ilişib qaldı. Bir qədər büdrədi və sonra özünə gəldi. Əyilib daşa baxdı və onun altındakı torpağın rəngi diqqətini cəlb etdi. Torpağın bir tərəfindən gözəl bir saxsı qab görünürdü.

Maraq onu bürüdü və bu qabı torpaqdan çəkib aldı. Qabın ağzı gillə bağlanmışdı. Həyəcan onun bütün varlığını bürüdü. Qabın başını aşağı tutdu. Qızıl pulların səsi xarabalığı bürüdü.

Bir müddət mat və məəttəl halda bu pullara baxmağa başladı. Özünə gəldi və pullara nəzər saldı. Yerə tökülən pulları yenidən həmin kuzənin içinə yığdı. Kuzəni sinəsinə basıb və ayağa qalxıb evinə yollandı.

Bir addım getməmiş həmin ruhaninin sözlərini xatırladı. “Yoxsul əgər salavat deyərsə, Allah ona göydən ruzi yetirər”.

Addımları ləngidi və getməyə qüdrəti olmadı. Düşündü, əgər Allah mənə göydən ruzi yetirəcəksə, torpaqdan gələn ruzini istəmirəm. Qayıtdı və həmin kuzəni əvvəlki yerinə qoydu. Evinə qayıtdı və əhvalatı arvadına danışdı.

Arvadı bu sözləri eşidib sevindi və dedi ki, gəl gedək həmin pulları götürüb uşaqlara yeyəcək alaq. Lakin Səyid etiraz etdi və dedi ki, mən öz ruzimi göydən gözləyirəm, yerdən deyil.

Bu zaman qonşusu yəhudi onun bu sözlərini eşitdi və özünü xarabalığa çatdırdı. Həmin kuzəni tapıb, sevincək evinə apardı. Kuzənin ağzını açan zaman içindən ilan və əqrəblər tökülməyə başladı.

Elə bildi ki, Səyid onunla düşmənçilik etmək istədiyi üçün bu sözləri deyib. Yəqin ki, onlara qulaq asdığından xəbərdar olduğu üçün ona belə bir oyun oynayıb.

Yəhudi bu düşmənçiliyə düşmənçiliklə cavab verməyi qərara alır. Səyid əyləşib düşünürdü və həyat yoldaşı onun bu gün etdiyi əməldən çox əsəbləşmişdi. Səyidə baxıb dedi: “Dur get, göydən gələn ruzini əldə et, bir iş gör!”.

Səyid arvadının bu sözlərinə cavab vermək istəyəndə evinin damından tanış səslər gəlməyə başladı. Bu xarabarlıqda eşitdiyi həmin qızıl pulların səsi idi.

Evin damından qızıl pullar tökülürdü. Təəccübdən hamının ağzı qurudu və məətəl halda bu pullara baxırdılar. Səyid nəhayət dedi: “Allahım, sənə şükür olsun, ruzimizi səmadan nazil etdin”.

Arvadı bu pulları görüb sevindi və onları yığmağa başladı və uşaqları fəryad çəkirdilər: “Pul, pul!”. Bu sözlər yəhudinin qulağına getdi və o, kuzənin ağzını açıb baxdı.

Gördü ki, ilan və əqrəb hələ də onun içindədir. Maraq onu bürüdü və Səyidin pəncərəsinə yaxınlaşıb evin içinə baxdı. Qızıl pulları görüb əvvəl inanmadı və sonra yenə baxdı.

Başa düşdü ki, bu, qeyb sirlərindəndir və ona görə də Səyidi çağırdı. Ona şəhadətləri deyib, müsəlman olduğunu elan etdi. Səyid çox təəəccüb edirdi. Onun söylədiyi salavat ruzini nazil etməklə yanaşı, bir yəhudini müsəlman etmişdi. Ona görə də ixtiyarsız dilinə yenə də salavat zikrini gətirdi.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930