İslamın bizlərə ən böyük tövsiyəsi - məzlumlara yardım etməkdir
Mьəllif: admin1
Tarix: 15-11-2020, 11:45
İslamın bizlərə ən böyük tövsiyəsi - məzlumlara yardım etməkdir
İnsan fitrətində kök salmış mövzulardan biri də məzlumu müdafiə etmək və zalıma qarşı çıxmaqdır. Hər bir insan o zaman ki, başqa insanların zülm və kobudluğa məruz qaldığını müşahidə edər, onun qeyrət hissi cuşa gəlir və narahatlıq hiss edir.

Lakin bəzi insanlar da vardır ki, dünya nemətinə xatir bu zalımları müdafiə edirlər. Başqalarına edilən zülmə görə heç bir reaksiya göstərmirlər.

Halbuki, böyük İslam dininin bizlərə ən böyük tövsiyəsi - məzlumlara yardım etməkdir. Qurani-Kərimdə ayələr vardır ki, biz müsəlmanlara məzluma yardım etməyi birbaşa əmr edir. Ona görə də İslam ümmətinin məzluma yardım etməkdə heç bir bəhanəsi qala bilməz.

“Sizə nə olub ki, Allah yolunda və (o günlərdə müşriklərin hakimiyyəti altında olan Məkkə müsəlmanlarının, eləcə də bütün əsrlərdə zəmanə imperiyalarının hakimiyyəti altında olan) kişi, qadın və uşaqlardan ibarət müstəzəflərin (zəif hala salınıb həmin halda saxlanılan təbəqənin) - həmişə «ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə Öz tərəfindən bir başçı ver və bizə Öz tərəfindən bir köməkçi təyin et» deyən kəslərin (nicatı) uğrunda vuruşmursunuz?!”. (“Nisa” 75).

“Həqiqətən, iman gətirən, (Mədinəyə) hicrət edən və Allah yolunda öz malları və canları ilə cihad edən kəslərlə (Mədinə əhalisindən) (mühacirlərə) yer və pənah verən və kömək edənlər bir-birlərinin qəyyumudurlar (onların arasında dostluq, qarşılıqlı yardım və irs əlaqələri vardır). Sizin iman gətirib hicrət etməyən kəslərlə, onlar hicrət edənə kimi heç bir bağlılığınız yoxdur.

Əgər din işləri barəsində sizdən kömək istəsələr, sizinlə aralarında (düşmənçiliyin ləğvi barəsində) əhd-peyman olan dəstənin zərərinə olan (kömək) istisna olmaqla, onlara kömək etmək sizin vəzifənizdir. Allah etdiklərinizi görəndir”. (“Ənfal” 72).

Bu iki ayə müsəlmanlara məzluma yardım etməyi əmr edir. Çünki bunu onların dini vəzifəsi kimi tanıdır.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Hər kim (gecəni) səhər edər, bir halda ki, müsəlmanların taleyinə qarşı (laqeyd olar) səy göstərməz, o, müsəlman deyildir”.

Başqa yerdə Rəsuli-Əkrəm (s) buyurur: “Hər kim bir insanın fəryadını eşidər ki, müsəlmanları yardıma və köməyə çağırar və ona yardıma getməz, müsəlman deyildir”.

İmam Sadiq (ə) buyurur: “Möminin məzluma yardım etməsi, bir aylıq orucdan və Məscidul-haramda etikaf etməkdən daha yaxşıdır. Əgər mömin iman qardaşına yardım edər və bunun üçün qüdrəti çatar, Allah ona dünya və axirətdə yardım edər”.

Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Hər kim zülm görmüş qardaşının yardımına çatar və bacardığı qədər qəmini aradan apararsa və ona hacətini yerinə yetirmək üçün yardım edərsə, bu iş üçün Allah yanında ona 72 rəhmət olar.

Onun birini tezliklə ona çatdırar ki, həyatını sahmana salsın. 71 rəhməti isə Qiyamətin qorxulu səhnələri üçün saxlayar”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930