Qeybət dövründə haqq yolu tapa bilməyənlərin günahı kimin boynunadır?
Mьəllif: admin1
Tarix: 23-07-2021, 23:32
Qeybət dövründə haqq yolu tapa bilməyənlərin günahı kimin boynunadır?
Məsum imamının və dini rəhbərin qeybə çəkildiyi dövrdə, imam və dini rəhbərin olmaması üzündən bəzən bir sıra dini və ictimai çatışmamazlıqlar yaşanır ki, onun da nəticəsində insanlar və bəzən bütün ictimaiyyət günaha batır.

Bu kütləvi və fərdi günahın məsululiyyəti kimin öhdəsindədir?

Təbiidir ki, belə ictimai sapmalar, dini qanunlar və dini ictimaiyyət formalaşdıracaq imamın olmaması üzündən yaşanan günah və cinayətlərin cəza və yükü dolayısı yolla qeybət dövrünə, imamın qeybə çəkilərək insanların məsum dini rəhbərlərdən məhrum qalmasına bais olan şəxlər, indi də ilahi rəhbərin cəmiyyətə gəlməsinə mane sayılan, buna şərait yaratmayan dairələrin boynuna olacaqdır.

Yaddan çıxarmaq lazım deyil ki, hər bir kəs öz əməlinə görə özü məsuliyyət daşıyır. Hər hansı bir vaxta olursa olsun insan öz azğınlıq və haqq yoldan sapmasının günahını və məsuliyyətini özü daşımalıdır. Qeybət dövründə özündən aslı olmayan səbəblərdən bəzi günahlar yaşanır ki, günakar şəxs özündən aslı olan qədər cavabdehdir və həmin qədər ona günagh yazılır.

Bəzi yerlərdə ictimai strukturlar elə formalaşdırılır ki, haqq yol əsla insanlara çatdırılmır, onlar hər səy göstərsələr də heç bir dəlikdən haqqın nuru onlara saçmır. Belə bir cəmiyyətlərdə onların günah və batil yolda qalmalarının bütün günahları zalimlər və hakimlərin üzərinə düşəcəkdir.


Ahliman.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930