«Ədilə» duası – möminin Allah Təalanın yanında əmanət qoyduğu iman
Mьəllif: admin1
Tarix: 25-03-2016, 21:14
«Ədilə» duası – möminin Allah Təalanın yanında əmanət qoyduğu iman

«Ədilə» duası Şeyx Abbas Qumi tərəfindən “Məfatihul-cinan” kitabında bəyan edilmişdir. «Ədilə» duası adətən insanın ölüm zamanlarına şamil edilir.
Belə ki, insan can verən zaman şeytan (lən) imanını oğurlayıb, onu bu dünyadan kafir halda göndərmək istəyir. Şeyx Abbas buyurur ki, bu dua hədis kitablarında olmasa da, onu oxumaq imanı qorumaq üçün çox faydalıdır.
«Ədilə» duası o dualardandır ki, orada Əhli-Beytin (ə) əqidəsi bəyan edilir. Mömin şəxs öz imanını salamat olan zaman Allahın yanında əmanət qoyur. Ondan istəyir ki, ölüm zamanı bu əmanəti ona qaytarsın ki, dünyadan imanlı halda getsin. Bu duanı can verən insanın yanında oxumaq da tövsiyə olunur. Əgər can verən şəxs özü onu oxuya bilsə, çox faydalı olar. (Tebyan)
Bu dua Allahın təkliyinə şəhadət verərək başlayar. Mömin etiraf edər ki, Allah yanında qəbul olunan tək din – İslam dinidir. Etiraf edər ki, “Allahım, mən o bəndəyəm ki, Sənin sonsuz lütflərin qarşısında səhlənkarlıq etmişəm”. Allahdan istəyər ki, vacibatları yerinə yetirmək üçün yaranan maneələri aradan qaldırsın və haramı tərk etmək yolunu onun üçün asan etsin.
Etiraf edər ki, Allah Təala bu dünyaya rəsullarını (ə) göndərmişdir ki, ədaləti bərpa etsinlər və Allahın nemətlərini insanlara aşkar etsinlər. Sonuncu Peyğəmbərə (s) imanı, Qurana imanı, Qədir-Xum günündə vəsisinə imanı və İmamların (ə) hər birinə imanı etiraf edər. Dünyada olduğu müddətdə Allahın bərəkəti ilə yerdən və göydən ruzi yediyini etiraf edər. Ölümün haqq olduğunu, qəbrin haqq olduğunu, qəbir sorgu-sualının haqq olduğunu etiraf edər.
Ona görə də deyə bilərik ki, bu duanı oxumaq çox faydalıdır, çünki böyük din alimləri onu bizə tövsiyə etmiş və bərəkətlərindən söz açmışdılar. Bu dua – can verən zaman dadımıza çatan dualardandır.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930