Peyğəmbərdən (s) nəql olunan hədislər
Mьəllif: admin1
Tarix: 22-03-2016, 21:17
Peyğəmbərdən (s) nəql olunan hədislər

Ey müsəlmanlar, zinadan çəkinin! Zinanın altı cəzası var. Onun üçü dünyada, üçü isə axirətdədir. Dünyada olan cəzaları bunlardır; gözəlliyi aradan aparar, fəqirlik gətirər və ömrü qısaldar. Axirətdə olan əzabları isə bunlardır; Allahın qəzəbinə səbəb olar, hesabı çətinləşdirər və əbədi atəşə səbəb olar.
◘Sizə sədəqəni tövsiyə edirəm. Onun altı xüsusiyyəti var. Onun üçü dünyada, üçü isə axirətdədir. Dünyadakı xüsusiyyətləri bunlardır; ömrü uzadar, ruzini artırar və şəhərləri abad edər. Axirətdəki xüsusiyyətləri bunlardır; övrəti örtər, Qiyamət günü baş üzərinə kölgə salar və insanı cəhənnəm odundan qoruyar.
◘Siz altı şeyi yerinə yetirməyi öz öhdənizə alın, mən də behiştə getməyinizdən ötrü sizə zamin dururam; yalan deməyin, və`dinizə xilaf çıxmayın, əmanətə xəyanət etməyin, haramdan gözünüzü yumun, iffətsizlik etməyin, əlinizi və dilinizi qoruyun. Bunlar elə işlərdir ki, hər kəs yerinə yetirsə behiştə daxil olar.
◘Məndən sonra peyğəmbər yoxdur, sizdən sonra da ümmət. Bəs elə isə, Allaha tapının, gündəlik beş vacib namazlarınızı yerinə yetirin, Ramazan ayının oruclarını tutun, Allah evinin ziyarətinə gedin, malın zəkatını rəğbətlə verin, imamlara itaət edin ki, behiştə varid olasınız.
◘Altı xüsusiyyət mərd insanlara məxsusdur. Bunların üçü səfərə, üçü isə vətənə aiddir. Vətənə aid olanlar; Qur`an oxumaq, Allahın məscidlərini abadlaşdırmaq və Allaha xatir yaxşı insanlarla dostluq. Səfərə aid olanları isə bunlardır: azuqəni dostların ixtiyarında qoymaq, xoş xasiyyət və halal zarafat.
◘Allah-təala altı işi məndən, canişinlərimdən və ardıcıllarımdan ötrü bəyənməyib; namaz halında bir şeylə oynamaq, oruc halında qadınla yaxınlıq etmək, sədəqə verdikdən sonra minnət qoymaq, cunub halda məscidə getmək, camaatın evinə girmək və qəbristanlıqlara gülmək. (Bu altı işin birinci və altıncısı məkruh, qalanları isə haramdır.)
◘Peyğəmbər hər gün altı şeydən Allaha pənah aparırdı; şəkk, şirk, yersiz təəccüb, qəzəb, zülm və həsəd. (Şəkdə məqsəd üsuli-əqaiddə olan şəkk, şirkdə isə məqsəd mə`bud və ibadətdə şirkdir.)
◘Allaha qarşı itaətsizlik göstərmənin əvvəli altı şeydən başladı: Dünya məhəbbəti, böyüklük istəyi, qarınqululuq, qadınlara meyl, yuxuya ifrat meyl və rahatlığa can atma.
◘Dördayaqlının öz sahibi boynunda altı haqqı var; elə ki, bir yerdə dayandı birinci gərək ona ot versin, suya çatanda birinci ona içirsin, üzünə vurmasın (çünki, Allaha təsbih deyir), dayanarkən belində oturmasın (yalnız Allah yolunda, yə`ni, cihad meydanında və s.) gücü çatdığı qədər yükləsin və ondan bacardığından artıq sür`ət tələb etməsin.
◘Bir gün Peyğəmbər (s) bir yerdən keçirdi. Gördü ki, bir dəstə insan bir yerə yığışıb. Soruşdu: Nə olub? Dedilər: Burada biri var dəli olub, onu cin vurub. Buyurdu: Bu dəli deyil, xəstədir. İstəyirsinizmi ki, sizə həqiqi dəlinin kim olduğunu bildirim? Dedilər: Bəli, ey Allahın rəsulu! Həzrət (s) buyurdu: Həqiqi dəli o kəsdir ki, təkəbbürlə yol gedir, hamıya yuxarıdan baxır, o tərəf-bu tərəfə yekəxanalıqla dönür, günah edir, amma behişt arzusundadır, nə şərindən amandadırlar, nə də xeyrinə ümidvardırlar. Belə adam həqiqi mə’nada dəlidir.
◘Altı dəstə insana Allah və bütün peyğəmbərlər lə`nət etmişlər; Allahın kitabına bir şey artıran kəslər, qəza və qədəri inkar edənlər, mənim sünnəmi tərk edənlər, Allahın mənim xanədanıma qarşı haram bildiyi işləri halal bilənlər, camaata zor gücünə hakim kəsilərək Allahın əziz etdiyi kəsləri zəlil etməklə özünün əziz olmağından ötrü çalışan kəslər və müsəlmanların malını halal bilib özünə aid edən kəslərə.
◘Təqvalı alimin əcri İsa ibn Məryəmin (ə) əcrinə bənzəyir, səxavətli varlının əcri İbrahim Xəlil peyğəmbərin (ə) əcrinə bənzəyir, səbirli fəqirin əcri Əyyubun (ə) əcrinə bənzəyir, ədalətli rəhbərin əcri Süleyman ibn Davudun (ə) əcrinə bənzəyir, tövbəkar cavanın əcri Yəhya ibn Zəkəriyyanın (ə) əcrinə bənzəyir, məhrum qadının əcri Məryəmin (ə) əcrinə bənzəyir.
◘Münafiq verdiyi və`də xilaf çıxar, rəftarı pis olar, danışığı yalan olar, əmanətə xəyanət edər, pulu çox olanda bərk gedər, az olanda da səsi çıxmaz.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031