Moizənin insana təsir etməsi nədən asılıdır?
Mьəllif: admin1
Tarix: 2-06-2022, 10:43
Moizənin insana təsir etməsi nədən asılıdır?

İnsanın rəftarlarının bir çoxu onun etiqadı üzərində formalaşar. İki müxtəlif əqədiyə malik olan insanlar adətən bir məsələdə razılığa gələ bilmirlər. Ancaq o halda razı olarlar ki, müştərək bir nöqtə tapsınlar.

O zaman ki, bu iki nəfər müştərək nötqə taparlar - təfəkkürləri, rəftarları hər biri tərəfindən qəbul olunar. Ona görə də sözləri o zaman qəbul olunur ki, əməlinin hədəfi əsasında olsun.

Misal üçün, bir nəfərin rəftarının hədəfi - mənfəətdir. Ona görə də ancaq ona mənfəət verə bilən sözləri qəbul edər və onlardan faydalanar.

Moizə - dini hidayətin bir yoludur. Dindəki ilk addım – moizələrin cəm olduğu Qurani-Kərimə inam bəsləməkdir. Moizənin bütün məzmunu bu əsas üzərində qurulmuşdur.

İnsan o zaman moizəni qəbul edər ki, moizənin məzmunu onun qəbul etdiyi dinin müqəddimələri haqqında olsun. O kəs ki, bu müqəddimələri qəbul edər, mömin kimi tanınar.

Ona görə də Quranın buyurduğu moizələr möminlər üçündür. Bu insanlar tərəfindən qəbul olunar. Demək olar ki, mömin ilk əvvəl niyyət edər və həmin niyyətini beynində təsvir edər.

Sonra onu təsdiq edər və inancının səviyyəsinə uyğun olaraq hökmlərinə əməl edər. İnsanda bu inancın səviyyəsi hər nə qədər çox olarsa, əməli də bir o qədər çox olar.

Başqa sözlə desək, mömin söz eşidər və öz etiqadı və inancı ilə ölçər. Əgər ona uyğun olarsa, qəbul edər və əgər olmazsa - qəbul etməz. Hər nə qədər imanı güclü olarsa, qəlb inamı da güclənər, hüzuru çox olar.

İnsanın etiqadına olan imanının səviyyəsi, moizəni qəbul etməyinin səviyyəsinə bərabərdir. İnsan moizəni eşidərək inancı ilə moizə arasında uyğunluq axtarar. İnancı səviyyəsində onu qəbul edər.

“Bununla (bu əmrlərlə) Allaha və axirət gününə iman gətirən şəxsə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar”. (“Təlaq” 2).

Bu ayəyə əsasən insanın moizəni qəbul etməsi üçün Allaha və məada imanı olmalıdır.

Əgər insanın əzabdan qorxusu və behişt həvəsi olmazsa, onun üçün çətin olan sözləri eşitmətə taqəti olmaz. Ona görə də moizə eşitmək üçün insanın məada inancı olmalıdır. İnsan ancaq bu zaman əzabın qorxusundan günahdan çəkinər. Behiştə çatmaq üçün saleh əməl edər.

Məadı, yəni qeyb aləmini qəbul etmək üçün isə onu deyənə dərin inam lazımdır. Əgər insan moizəni deyənə etimad etməzsə və hiss etsə ki, dedikləri onun faydasına deyildir - bu zaman həmin sözləri heç bir zaman qəbul etməz.

Ancaq əksinə - insan moizə deyənə inansa və etimad göstərsə və buyurduqlarının onun faydasına olduğunu dərk etsə, böyük maraqla onu qəbul edəcəkdir.

İnsan bir moizəni eşidən zaman ona qəlbində inanmalıdır. Misal üçün ruzi haqqında moizə eşidən zaman Allahın Raziq olduğunu ürəyində qəbul etməlidir. Əks halda qəbul etməyəcəkdir.

Ona görə də deyə bilərik ki, niyə bəziləri Quranı oxuyub mömin olur, bəziləri isə deyil.

(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930