Həzrət Əlidən (ə) 21 nəsihət
Mьəllif: admin1
Tarix: 20-03-2016, 10:26
Həzrət Əlidən (ə) 21 nəsihət
Həzrət İmam Əli (ə) Malik Əştərə buyurdu: "Ey Malik! Bu sözləri yadında saxla..."

1. Hər kəsin yəqinliyi süst olsa, mərdliyi naqisdir.
2. Hər kəsin tamahı çox olsa, özünü yüngül edər.
3. Hər kəs özünün yoxsulluğunu və vəziyyətinin pisliyini ifşa etsə, zillətə razı olub.
4. Hər kəs öz sirrini açsa, özünü təhqir etmişdir.
5. Hər kəs dilini özünə hakim etsə və düşünmədən danışsa, özünü təhlükəyə atıb.
6. Çox hərislik, şəxsiyyətin qatilidir.
7. Hər kəs neçə yerə ürək bağlasa (bir əlində iki qarpız tutmaq istəsə), hamısından əli üzülər.
8. Paxıllıq rüsvayçılıqdır.
9. Qorxu əskiklikdir.
10. Təqva qalxandır.
11. Nəfsini günaha aludə olmaqdan qoru.
12. Şükür, sərvət və sərmayədir.
13. Hadisə zamanı səbr və dözüm, şücaətdir.
14. Ədəb, köhnəlməyən libasdır.
15. Hər kəsin məqamı, onun özü ölçüsündədir.
16. Şübhəli şeyi araşdırmaq, ehtiyatdır.
17. Fikirləşmək parlaq güzgüdür.
18. Sədəqə, şəfaverici dərmandır.
19. İnsanlar bugünkü rəftarları ilə sabah qarşılaşacaqlar.
20. Gülərüzlülük kini aradan qaldırır.
21. İbrətalma hissi xeyirxah qorxuducudur.

Qaynaq: "Tuhəful-uqul".
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930