Yaltaqlıq nələrə gətirib çıxarır?
Mьəllif: admin1
Tarix: 20-03-2016, 09:47
Yaltaqlıq nələrə gətirib çıxarır?

SəhərTV,xəbərlər-Psixoloq Əsğər Keyhanniya yaltaqlığın həyatda formalaşan çirkin xüsusiyyət olduğunu bildirərək deyir: Yaltaqlıq xüsusiyyəti təkrarlandığı təqdirdə zaman keçdikcə insanların biri-birinə nifrət etməsi və cəmiyyətin xəstələnməsi ilə nəticələnir.
İranlı psixoloq deyir: sadəcə öz mənafeyi və məsləhətini nəzərə alanlar, comərdlik və digər insani dəyərlərə inanmayaraq cəmiyyətə qarşı məsuliyyətsiz adamlar olurlar.
Psixoloq Keyhanniya "eşşəyim körpüdən keçdi" deyiminə toxunaraq deyib: məsuliyyətsiz adamlar isə sadəcə öz problemlərinin həllini düşünür və "məndən sonra dünyanı sel aparsın" baxış tərzinə malikdirlər.
Belə bir düşüncəyə malik olan sadəcə öz işini aşırmaq üçün yaltaqlığa əl atır və işi düşdüyü adamın xoşuna gəlsin deyə onu yalandan tərifləyir. Bu kimiləri ilə qarşılaşmağın yeganə yolu isə yaltaqlıq edən adamdan uzaq qalmaq, yaltaqlığa icazə verməməkdir.
Psixoloqun fikrincə yaltaqlıq insanın həyatda öyrəndiyi xüsusiyyət olduğunu bildirərək deyir: Ailə və valideynlərin də bu çirkin xüsusiyyətin formalaşmasında rolu var. Belə ki, dilbazlıq edib işini həll edən uşaqlar, bəzən valideynlər tərəfindən təşviq edilir və bu kimi hərəkətlər zirəklik kimi təqdim olunur. Bu isə yaltaq xüsusiyyətinin təməlini qoyur.
Psixoloq alim Keyhanniya Kərim xan Zənd barədə bir hekayəni xatırladaraq deyir: Kərim xanın əmisi Şiraza gedir və bir neçə gün onun qonağı olur. Bir gün Kərim xana deyir ki, gecə onun atasını yuxuda görüb, o cənnətdə imiş və kövsər suyu içirmiş.
Bu yuxunu eşidən Kərim xan öz əmisini şəhərdən qovur və deyir: Riyakarlıq başlanarsa xalqın işi düzəlməz.
Psixoloq yaltaqlığın cəmiyyətdəki fəsadları barədə isə deyir: Yaltaqlıq xüsusiyyəti təkrarlandığı təqdirdə, zaman keçdikcə insanların biri-birinə nifrət etməsi və cəmiyyətin xəstələnməsi ilə nəticələnir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930