Duası mütləq qəbul olacaq 3 şəxs
Mьəllif: admin1
Tarix: 21-05-2021, 22:53
Duası mütləq qəbul olacaq 3 şəxs
Valideynin nifrini ağır olduğu kimi onun duası da tez qəbul olar. Bu Allahın onlara verdiyi dəyərdir.

"Onlar fasiq olsalar belə itaət etməlisən" dini mənbələrdə belə deyilir. Allaha günah etməyə səbəb olmamaq və şəri vacibin yerinə yetirilməsinə mane olmamaq şərtilə ona itaət vacibdir. Bu varlığın Allahın dərgahında mövqeyi ucadır. Onun duası buna görə tez qəbul olur

Allahdan başqa çarəsi olmayandan daha çox qorxmalısan. Onun heç kimi yoxdur. O saleh bəndə nifrin etsə hər şey od tutub-yana bilər.

Bunun əksi də doğrudur. O xeyir-dua versə hökman qəbul olacaq. Bu allahın məzluma verdiyi dəyərlərdən biridir.

Vətəndən və imkanlarından uzaq qalan musafirə də xidmət edin!. Şəriətdə xums vergilərinin verildiyi şəxslərdən biri də yolda qalan və əli heç nəyə çata bilməyən şəxslərdir. Onlar sən barədə xeyir-dua versə yerinə yetər.

Şeyx Tusi əl-Əmali əsərində Məhəmməd peyğəmbərdən (s.ə) duası qəbul ediləcək 3 şəxsi bu şəkildə tanıtdırır:

"Şübhəsiz 3 şəxsin duası müctəcab və qəbul olacaqdır: Valideynin, məzlumun və musafirin duası".


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930