Həyalı adamın nişanələri
Mьəllif: admin1
Tarix: 21-05-2021, 22:49
Həyalı adamın nişanələri
Ayətullah Ruhullah Qərəhinin son əxlaq dərsində həyadan danşdı.

Alim dedi: Həyanın nişanələri və həyalı insanın kimlər olduğun bilmək istəyiriksə bu barədə keçən qiymətli bir hədisə diqqət yetirməliyik.

Hörmətli peyğəmbərimiz, Həzrət Məhəmməd (s) həyanın fayda və ölçüləri ilə bağlı buyurur:

«وَ أَمَّا الْحَيَاءُ فَيَتَشَعَّبُ مِنْهُ‏ اللِّينُ‏ وَ الرَّأْفَةُ وَ الْمُرَاقَبَةُ لِلَّهِ فِي السِّرِّ وَ الْعَلَانِيَةِ وَ السَّلَامَةُ وَ اجْتِنَابُ الشَّرِّ وَ الْبَشَاشَةُ وَ السَّمَاحَةُ وَ الظَّفَرُ وَ حُسْنُ الثَّنَاءِ عَلَى الْمَرْءِ فِي النَّاسِ فَهَذَا مَا أَصَابَ الْعَاقِلُ بِالْحَيَاءِ فَطُوبَى لِمَنْ قَبِلَ نَصِيحَةَ اللَّهِ وَ خَافَ فَضِيحَتَه‏»

“Həyanın meyarlarına gəldikdə isə ibarətdir: Yumuşaqlıq, mehribanlıq, aşkara və gizlində Allahı nəzərə almaq, sağlamlıq, pisliklərdən uzaqlaşmaq, xoşüzlülük, güzəşt, əfv, zəfər və xalqın arasında yaxşı ad.

Bunlar ağıllı insanların həyadan əldə etdikləri fayda və bəhrələrdir. Xoş o şəxsin halına ki, Allahın nəsihətlərinə qulaq asar və özünü rüsvay etməkdən saxlayar”.

Həyası olmayanın ağlı yoxdur!

Həya ağılın nişanələrindədir. Əsl ağıllı həyalı insanlardırlar. Həya nədir? Həya bütün gözəlliklərin, yaxşılıqların açarıdır! İnsan həyasız olarsa bütün pisliklər ona tərəf gələr.

Həzrtə Əli (ə) buyurur:

«‏الْحَيَاءُ مِفْتَاحُ‏ الْخَيْر»

“Həya xeyrin açarıdır”.

Bütün yaxşılıqlar həyadan qaynaqlanır. İnsan yaxşılıqlar dalıycadırsa həyalı olmalıdır. Həyalı insan dilini qoruyar, pis danışmaz, qeybət eləməz, böhtan atmaz, yalan deməz. Gözünü də qoruyar, naməhrəmə baxmaz, beləliklə də pisliklərdən uzaq olar.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930