Bu xislətə yiyələnməyənə ibadətləri fayda verməz
Mьəllif: admin1
Tarix: 15-03-2016, 21:31
Bu xislətə yiyələnməyənə ibadətləri fayda verməz
Bir çoxları həyata keçirdiyi ibadətlərə aldanıb, özünü həqiqi müsəlman sana bilər. Əvvəla insanın hər an azma ehtimalı var. Kifayətdir ki o bir xətaya yol verib günaha mürtəkib olsun, vaxtında tövbə edib həqiqi peşmançılıq keçirməsə növbəti günahın intizarında olsun. Çünki günah günah gətirər.

Digər tərəfdən yaxşılıq etdiyini sanan şəxs bu işləri bəhanə edib, ibadətlərdən boyun qaçırırısa, əsas nemətləri verənə laqeydliklə yanaşıb. Allah insana verməsə , insan onu necə digərinə verə bilər. Elə isə birinci növbədə Xaliqə daha sonra isə məxluqa təşəkkür etmək lazımdir. Ədalət budur ki nemətlərin mənbəyi olan Allah əməli şəkildə mədh edilsin. Daha sonra isə onun məxluqatı bu nemətlərdən bəhrələnsin.

İbadətlər yerinə yetirildikdə və haramlardan çəkindikdə insanda yolunu azmayacağı barədə tam xatircəmlik yaranırsa deməli o haradasa səhvə yol verib. İmam Əlinin özü belə, ölüm ayağında olarkən “Allaha and olsun indi qələbə çaldım” deyir və şeytanın insanı hər zaman aldada biləcəyini xatırladır. Ona görə insan ibadətləri həyata keçirməklə işin bitdiyini sanmamalı, halal -haram məsələsində ayıq-sayıq olmalı və həqiqi müsəlmançılıq (Allaha tam təslim olma) məqamına yiyələnməyə çalışmalıdır.

İmam Əlidən nəql edilən hədislərdən birində ibadətin və inancının miqdarından asılı olmayaraq bütün müsəlmanlar üçün bir düstur yer alıbdır ki insan bu düstur vasitəsilə həqiqi müsəlman olub olmadığını biləcək.

Qurərul-Hikəm əsərində yer almış hədis belədir.

“Özün üçün bəyəndiyini camaat üçün də bəyən! O zaman müsəlman olarsan”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930