İmam Zamanla (ə) bağlı edilən dualar zühuru niyə tezləşdirməyib?
Mьəllif: admin1
Tarix: 19-06-2020, 11:24
İmam Zamanla (ə) bağlı edilən dualar zühuru niyə tezləşdirməyib?
Nə üçün bu vaxta qədər İmam Mehdi(ə.f) üçün etdiyimiz dualar təsirsiz qalmış və fərəc yaxınlaşmamışdır? Görəsən bunun əsəri yalnız özümüzə təlqin etməkdən ibarətdir?

İmam Mehdinin(ə.c) zühurunun tezləşməsi barəsində olan bir sıra suallara alimlərin cavablarından bəhs edir. Bu mövzuda olan bəzi sual və şübhələri qeyd edərək din mütəxəssislərinin cavablarını oxucularımıza təqdim edirik.

Növbəti sual:

Nə üçün bu vaxta qədər İmam Mehdi(əccəlallahu fərəcəhum) üçün etdiyimiz dualar təsirsiz qalmış və fərəc yaxınlaşmamışdır? Görəsən bunun əsəri yalnız özümüzə təlqin etməkdən ibarətdir?

Bu sualın cavabını daha aydın şəkildə başa düşmək üçün gərək tarixdə xüsusi coğrafi məkanda baş vermiş zühur və nicatla, ümumbəşər nicat və zühurun arasında fərqləri görməliyik.

Yəni tarixi zühurla şəxsi zuhur bir-birindən fərqli anlamdadırlar. Çünki hər birimizin dünyaya ideloji baxışımız mövcuddur. O cümlədən dünyadan olan gözlətilərimiz və arzularımız birdən-birə deyil, bir neçə on illikdə püxtələşməyə doğru gedən yolda vücuda gəlir.

Əlbəttə bunlardan neçə faizinin həyata keçməsi barəsində burada söhbət açmırıq. Amma tarixi hadisələrin, oyanışların, istək və ideologiyaların meydana gəlməsi üçün yüz və ya min illər keçir.

Bu barədə müxtəlif tarixi nümunələr qeyd etmək olar; Nuh peyğəmbər tayfasının hidayət olması və nicat tapması üçün yüz illər Allaha dua etdi, Bəni-İsrail qövmü nicat tapmazdan öncə yüz illərlə Fironun sarayında zülmə məruz qalmaqla yanaşı həm də bunun üçün dua edirdilər. Hicaz yəhudiləri yüz illərlə müşriklərin əlindən nicat tapmaları üçün peyğımbərin gəlişinə dua edirdilər.

Yuxarıda qeyd etdiklərimiz bir qövmün məhdud bir məntəqədə Allahdan istədikləridir. Bu nümunələrə əsasən bəşəriyyətin nicatı olan şəxs üçün dünyanın hər yerindən dua etmək lazım deyil?

Axı Onun gəlişi bütün dünya mövcudatlarının xeyrinə, hamının arzusunda olduğu ədalətin bərpasına, zülmün aradan getməsinə, qəlblərin aramlaşmasına və bütün torpaqların abadlaşmasına səbəb olacaqdır.

Tarixi məsələlərdə fərəcin tezləşməsini istəmək onu vaxtından əvvəl yerinə yetirməyi tələb etmək mənasında deyil. Həmçinin tarixin yüz ilinin xatırlanması bizim ömrümüzün bir günündən də azdır.

Əgər biz İmamın zühurunun vaxtının iyirmi əsr sonra olduğunu bilsək və indidən dua etsək irad və olunan suallara haqq vermək olar. Halbuki bu belə deyil. Hədislərdə qeyd olunduğu kimi, Allah-taala zühurun baş verməsini bir anın içində əmr edə bilər.

Budur ki, İmamın zühurunun tezləşməsi üçün daim yorulmadan dua etməli, İmamın vucudunun salamatlığı üçün salavat deməli və sədəqələr verməliyik.
(İslaminSesi)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031