İmam Əli (ə) qorxularımıza qalib gəlməyin yolunu belə açıqlayıb
Mьəllif: admin1
Tarix: 8-06-2021, 10:39
İmam Əli (ə) qorxularımıza qalib gəlməyin yolunu belə açıqlayıb
İmam Əlidən qorxularımıza qalib gəlmək barədə sadə və birbaşa çıxış yolu.

“Şücaət güc və baş ucalığı ilə nəticələnəcəyi halda, qorxu insanı zillətə aparar”.

“Əgər xislətlər və sifətlər bir birindən ayrı tutulsa, doğru danışmaq şücaətlə, qorxu isə yalanla birgə olar”.

Hədisləri İmam Əlidən (ə) qorxu və onun afətləri barədə nəql edilmiş kəlamlardır.

Məzəmmət edilən qorxu, insana öz haqqını dostu, ailəsi, sirdaşı və din qoldaşının haqqını tələb etməyə imkan verməz. Ona görə məzəmmət edilir.

Amma məzəmmət edilən qorxu, hadisələr və qərarların verilməsi zamanı həyata keçirilməsi vacib olan ehtiyatlı addımlara aid deyil.

Ehtiyat igidin yaraşığıdır, onun hədəflərinin həyata keçməsini təmin edir. Xatirçəmlik yaranmaq üçün ehtiyat lazımdır və bu qorxu demək deyil.

Digər tərəfdən insanın qorxmamazlığı və şücaəti dəlisovluq və ehtiyatsızlıq dərəcəsinə çatmamalıdır. Çünki aslanın əli silahlı ovçunun qarşısında çıxması şücaət deyil əksinə heyvandan baş verən bir axmaqlıqdır.

Bəs məzəmmət edilən qorxuya necə qalib gəlmək olar?

Həzrət Əlidən bu barədə Nəhcul-Bəlağədə maraqlı bir hədis vardır ki, qorxuya qalib gəlmənin ən sadə yolunu təqdim edir.

“Əgər bir işdən qorxursansa özünü o işin ağuşuna at, çünki (sənin keçirdiyin) qorxu hissləri çəkindiyin o işin özündən daha çətindi".

Onu da qeyd etmək lazımdir ki, dində yalnız bir qorxu mədh edilir və belə bir qorxunun insanda olması vacib sayılır. O, bəndənin Allahdan çəkinib (qorxub) günah etməməsidir.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031