Əhli-Beytlə (ə) düşmən olanın dəhşətli aqibəti
Mьəllif: admin1
Tarix: 2-10-2020, 22:22
Əhli-Beytlə (ə) düşmən olanın dəhşətli aqibəti

Əhli-Beyt (ə) – Allah dininin rəhbərləri, feyz və rəhmət vasitələridir. Onların məqamı o qədər ucadır ki, Peyğəmbər (s) öz Əhli-Beytini (ə) insanları hidayət etməkdə və ubudiyyət yolunda Qurani-Kərimə bərabər tutmuşdur.

Lakin çox təəssüf ki, zaman-zaman müsəlmanların arasında elə insanlar peyda olmuşdur ki, Həzrət Peyğəmbərin (s) bu tövsiyəsini görməməzliyə vururlar və Səqəleyn hədisini bilməməzliyə vururlar.

Onlar bu qısa həyatda dünya malına çatmaq üçün insanların arasına nifaq salır və onları yollarından azdırırlar.

Əhli-beytlə (ə) düşmən olmaq bəşər üçün ən çirkin və ağılsız işlərdən biri sayılır. Onlarla düşmən olmaq - əslində Peyğəmbərlə (s) düşmən olmaq deməkdir, Allahla düşmən olmaq deməkdir. O deməkdir ki, bu ünsür şeytanın ordusundandır.

Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! Sən məndən sonra məzlumsan! Hər kim səninlə vuruşar, hər kim mənimlə vuruşar - Allahla vuruşmuş olar.

Hər kim səndən uzaqlaşar - məndən uzaqlaşmış olar. Hər kim məndən uzaqlaşar - Allahdan uzaqlaşmış olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “And olsun o Kəsə ki, canım onun əlindədir! Heç kəs biz Əhli-beyti (ə) düşmən bilməz, məgər o halda ki, Allah onu cəhənnəmə aparar”.

“De: «Allaha və Onun peyğəmbərinə itaət edin». Beləliklə, əgər arxa çevirsələr, onda (bilsinlər ki,) həqiqətən Allah kafirləri sevmir”. (“Ali-imran” 32).

İmam Həsən Müctəba (ə) Müaviyə ibni Xədicə buyurur: “Ey Müaviyə! Bizimlə düşmən olmaqdan çəkin! Belə ki, Peyğəmbər (s) buyurmuşdur: “Hər kim bizimlə düşmənçilik edərsə, Qiyamət günü Kövsər hovuzundan atəşli şallaqla qovular””.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim ilk mərhələdə mənimlə vuruşa qalxıbdırsa, ikinci mərhələdə Əhli-beytimlə (ə) vuruşa qalxacaqdır. Üçüncü mərhələdə isə Allah onu Dəccalla məhşur edəcəkdir”.

Allah Təbarəkə və Təala bu insanlar haqqında buyurur: “Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır”. (“Bəqərə” 10).

Onlar xəstədirlər, dinlə düşmənçilik xəstəlikləri vardır. Allah axtarışında olmaqları da bu xəstəliyə görədir. Onlar yolunu azmışlardır.

Nə ibadətləri ibadətdir, nə də şüarları haqdır. Onlar şeytanın fikirlərini dirçəltməklə məşğuldurlar. İnsanları cahiliyyət dövünə qaytarmaq istəyirlər. Onlar o kəslərdir ki, günəşin nurunu ağızları ilə söndürmək istəyirlər.

“Onlar sözləri ilə Allahın nurunu (Onun dinini və kitabını) söndürmək istəyirlər, halbuki, Allah kafirlərə xoş gəlməsə belə, yalnız Öz nurunu (hətta zamanın keçməsi, ağılların kamilləşməsi və bütün aləmin islahedicisinin gəlməsi ilə olsa da) kamilləşdirmək istəyir”. (“Tövbə” 32).

Allah Təala bizləri Əhli-Beytin (ə) həqiqi ardıcıllarından qərar versin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930