Mehdinin (ə.f) zühurundan öncəki qiyamların hökmü nədir?
Mьəllif: admin1
Tarix: 31-05-2022, 10:38
Mehdinin (ə.f) zühurundan öncəki qiyamların hökmü nədir?

Bəziləri bu əqidədədirlər ki, imam Mehdinin (ə) zühurundan öncə zalım hakimlərə qarşı qiyam qaldırmaq haramdır. Onlar imam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətə istinad edirlər.

Həmin rəvayətdə buyurulur: “Qaimin (ə.f) qiyamından öncə ucalan hər bir bayrağın sahibi zalımdır (tağutdur) və Allahdan qeyrisinə ibadət edir.” [1]

Bu barədə nə demək olar?

1. Bu rəvayət ümumi şəriət üsulu, o cümlədən əmr bil-məruf və nəhy ənil-münkər (yaxşılığa dəvət və pislikdən çəkindirmə) və cihad hökmlərinə ziddir. Çünki bu üç hökmün mərtəbələri var və bu mərtəbələrdən biri qiyamdır. [2]

2. Bir çox rəvayətlərin mənbəsi ilə bağlı problemlər var.

3. Bəzi rəvayətlərdən məlum olur ki, imam ümumilikdə inqilabların mümkünlüyünü inkar etmir, sadəcə, onların son hədəfə çatmayacağını bildirir. Necə ki, Zeydin və Muxtarın qiyamları son hədəfə çatmadı.

4. İnqilaba çağırış iki növdür:

Bəziləri Əhli-beyt hakimiyyətinin bərpa olunmasına çağırır və belə bir çağırış batil deyil.

Bəziləri isə digər şəxsi məqsədlərini həyata keçirmək üçün batilə dəvət edir. Beləcə, uyğun rəvayətlərdə şəriət və Əhli-beyt imamlarını müdafiə üçün qaldırılmış qiyamlar nəzərdə tutulmur.

İmam Səccaddan (ə) Muxtarın qiyamı haqqında soruşulduqda buyurdu: “Qara bir qul bizə yardım üçün ayağa qalxsa, ona yardım göstərmək vacibdir.” [3]

İmam Sadiq (ə) buyurmuşdur: “Bəni-Haşimdən on iki nəfər qiyam qaldırıb xalqı dəvət etməyincə Qaim zühur etməyəcək.”[4]


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930