Quranın hansı ayəsi bütün Ərəb əlifbasını ehtiva edir?
Mьəllif: admin1
Tarix: 6-12-2021, 11:09
Quranın hansı ayəsi bütün Ərəb əlifbasını ehtiva edir?
Misirin Əl-Əzhər İslami Mərkəzinin ustadı Məhəmməd Vəhdan Quran-Kərimin ayələrindən birində bütün Ərəb əlifbası hərflərinin işləndiyini deyib.

Maide.az xəbər verir ki, Misirin Əl-Əzhər İslami Mərkəzinin ustadı və dini təbliğatçı Məhəmməd Vəhdan bu ölkənin rəsmi peyk TV kanalında söhbəti zamanı Quran-Kərimin ayələrindən birində bütün Ərəb əlifbası hərflərinin işləndiyini deyib.

Tv proqramda Quran-Kərimin ecazkarlığı və əsrarəngizliyi barədə söhbət açan Məhəmməd Vəhdan deyib ki, Ərəb əlifbasının bütün hərifləri Quran-Kərimin “Fəth” surəsinin 29-cu ayəsində istifadə edilmişdir.
Quran-Kərimin “Fəth” surəsinin 29-cu ayəsi:

«مُّحَمَّدٌ رَّسُولُ اللَّهِ وَالَّذِينَ مَعَهُ أَشِدَّاء عَلَى الْكُفَّارِ رُحَمَاء بَيْنَهُمْ تَرَاهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلًا مِّنَ اللَّهِ وَرِضْوَانًا سِيمَاهُمْ فِي وُجُوهِهِم مِّنْ أَثَرِ السُّجُودِ ذَلِكَ مَثَلُهُمْ فِي التَّوْرَاةِ وَمَثَلُهُمْ فِي الْإِنجِيلِ كَزَرْعٍ أَخْرَجَ شَطْأَهُ فَآزَرَهُ فَاسْتَغْلَظَ فَاسْتَوَى عَلَى سُوقِهِ يُعْجِبُ الزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ الْكُفَّارَ وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًا ».

Kanalın “Mənhəcu-Həyat” (Həyat tərzi) proqramının qonağı olan M. Vəhdan deyib ki, Quran-Kərimin ayələri maraqlı məqamlar, elmi və ədəbi ecazkarlıqlar və əsrarəngizliklərlə doludur.

Buna misal olaraq deyim ki, Yusif surəsinin 100-dən çox ayəsinin olmasına rəğmən bu ayələrdə bir dəfə də olsun “cənnət” və “nar” (atəş, od) sözü istifadə edilməmişdir.

O bildirib ki,başqa nümunə Bəqərə surəsini göstərmək olar ki, bu surədə 1000 əmr feli (et), 1000 nəhy feli (etmə, qadağandır) və 1000 xəbər cümləsi istifadə edilmişdir.

Məhəmməd Vəhdan bildirib ki, Quran-Kərimin sirləri və qəribəlikləri qurtaran deyil və qiyamət gününədək müxtəlif möcüzələr ortaya çıxacaq.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031