Yatan zaman hansı dua və zikrləri oxumaq məsləhətdir?
Mьəllif: admin1
Tarix: 27-07-2020, 22:32
Yatan zaman hansı dua və zikrləri oxumaq məsləhətdir?
Bir çoxlarımızın rahat və aram yuxusu yoxdur. Bu məsələ cismimizdən və ruhumuzdan qaynaqlana bilər.

Lakin ən çox da ruhumuzdan asılıdır. Bəs yatmazdan əvvəl nə edək ki, yuxumuz şirin və sakit olsun?

Allahı yada salmaq bütün zaman və məkanlarda qəlblərə aramlıq və sakitlik verər. Əgər bacarsanız, yatmazdan əvvəl iki rükət namaz qılıb, “Mülk” surəsini oxuyun, “Aşura” ziyarətini zümzümə edin.

Salavat, “Fərəc” duası da yatmazdan əvvəl yerinə yetirilən müstəhəb əməllərdəndir.

Yatan zaman edilən dualar:

1. Üç dəfə “Təsbihati-ərbəə”ni demək.

2. Üç dəfə “Tövhid” surəsini demək.

3. 14 Məsuma (ə) 14 salavat göndərmək.

4. Bütün mömin və ölənlər üçün bağışlanma istəmək.

5. Həzrət Zəhranın (s.ə) təsbihini etmək.

6. “Ayətül-kürsü”nü, “Nas” və “Fələq”, “Kafirun” surələrini oxumaq.

7. Bu duanı oxumaq ki, 1000 namaza bərabərdir: بِقُدْرَتِهِ وَ یَحْكُمُ ما یُریدُ بِعِزَّتِهِ یَفْعَلُ اللهُ ما یشاءُ

İmam Sadiq (ə) buyurur: “O kəs ki, yatan zaman 3 dəfə bu zikri deyərsə, anadan doğulduğu gün kimi olar və günahlarından paklanar. “الحمد لله الذى علا فقهر، و الحمد لله الذى بطن فخبر، والحمد لله الذى ملك فقدر، و الحمد لله الذى یحیى الموتى و یمیت الاحیاء و هو على كل شى ء قدیر.»

Kabus yuxulardan ayılan zaman oxunan zikr.

O kəs ki, gördüyü pis yuxudan ayılar, desin: «لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِیْكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَیْءٍ قَدِیْرٌ. سُبْحَانَ اللهِ، وَالْحَمْدُ لِلَّهِ، وَاللهُ أَكْبَرُ. ولاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ»

Sonra bu duanı desin: اللّهم اغْفِر لی

Allah Təala cəmimizə lütf nəzərlərini salsın.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930