Çərşənbələri qeyd etmək dini baxımdan necədir?
Mьəllif: admin1
Tarix: 28-02-2023, 19:16
Çərşənbələri qeyd etmək dini baxımdan necədir?
Çərşənbələrə gəldikdə isə dini mənbələrdə bu ayinlərin keçirilməsi haqda heç bir tövsiyə yoxdur. Əksinə müasir dövrdə islam alimlər və müctəhidlərin bu 4 çərşənbələrin müxtəlif ağlabatmayan ayinləri barədə qadağalandırıcı fətvaları da mövcuddur.

Ölkəmizlə yanaşı İran, Əfqanıstan, İraqın şimalı və Orta Asiya ölkələrində Novruz bayramı öncəsi 4 çərşənbə (Su, Od, Yel və Torpaq çərşənbələri) qeyd edilir. Bu çərşənbələrdə xüsusilədə son çərşənbədə odlar qalanır, su falına baxılır, şal sallamaq, papaq atmaq, su falı, qulaq asdı və sair dini əsası olmayan ayinlər həyata keçirilir.

İlk növbədə onu demək lazımdir ki dini əsası olmayan hər əməl islam nöqteyi nəzərindən haram və günah sayılmır. Dinin fikir bildirmədiyi bir çox məsələlər var ki onların ictimaiyyətə verdiyi xeyirə görə müsbət hesab edilir. Bir çox məsələlər də var ki, din ona təfsilatlı şəkildə münasibət bildirməyib lakin şəriətin qəbul etdiyi ağıl da ona bəraət qazandırmır. Hədislərdə “Ağır hökm etdiyi və qəbul etdiyi məsələni şəriət də qəbul edər” bildirilir. Bu da öz növbəsində ağıla batmayan, ictimaiyyətə maddi və mənəvi mənfəət gətirməyən mənasız işlərin dini baxımdan bihudə iş olduğunu ortaya qoyur.

Ümumiyyətlə dini mənbələrdə yalnız Novruz bayramının keçirilməsi barədə tövsiyələr vardır. Bu da təbii ki, Novruz (Təbiətin qışda ölməsindən sonra baharda dirilməsi və yeni günü) fəlsəfəsinin Qiyamətdə insanın yenidən dirilməsinə misal olması ilə bağlıdır.

Amma 4 çərşənbələrə gəldikdə isə dini mənbələrdə bu ayinlərin keçirilməsi haqda heç bir tövsiyə yoxdur. Əksinə müasir dövrdə islam Alimləri və müctəhidlərin bu 4 çərşənbələrin müxtəlif ağlabatmayan ayinləri barədə qadağalandırıcı fətvaları da mövcuddur.

Məsələn 6 il öncə ayətullah Xameneinin dəftərxanasına çərşənbədə od qalayıb və son çərşənbə ayinlərini həyata keçirmək barədə sual ünvanlananda, müctəhid bunun “xəsarət və zərər”lə nəticələnəcəyini bildirərək, bu ayinlərdən uzaq durmağı vacib bilib.

İslam dünyasının tanınmış mərhum alimi ayətullah Şəhid Mütəhhərinin sözlərinə görə, bu qəbil işlərin həyata keçirilməsi “axmaqlara xas” olan işdir.

Çərşənbə ayinləri barədə ayətullah Məkarim Şirazidən haram fətvası vardır. Məkarim Şirazi 3 il öncə verdiyi fətvada sonuncu çərşənbə ayinlərini “israf” “xurafat iş” adlandıraraq, ona təqlid edənləri bu işdən çəkindirib.

Ayətullah Cavadi Amili son çərşənbənin ayinləri haqda deyir: “Bu ağla şəriətə ziddir. Əsassız və mənfi bir qaydadır”. Müctəhid daha sonra əlavə edib: “Odla oynamaq (partlayıcılardan istifadə etmək) malı israf etmək və haram işdir”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930