Həzrət Fatimənin(s) Fədək mübarizəsinin sirri
Mьəllif: admin1
Tarix: 22-02-2016, 21:38
Həzrət Fatimənin(s) Fədək mübarizəsinin sirri
vəhhablərin Həzrət Fatimeyi - Zəhra (s) barəsində ortaya atdıqları zəhərli toxum və məqsədli iradlardan da biri Fədəklə bağlıdır. Onlar muzdla işlətdikləri informasiya vasitələrində belə bir iftira söyləyib,əsassız etiraz ortaya qoyublar: Həzrət Fatiməyə (s) yaraşmırdı ki, dünya malı, Fədək bağları üstündə bu qədər etiraz və mübahisə aparırdı, bu onun maddiyyata marağından irəli gəlirdi.

Bu iftira və əsassız sözlərə cavab vermək üçün Şəbistan Xəbər Agentliyinin müxbiri höccətül - islam vəl - müslimin Seyid Məhəmmədrıza Təbatəbaiyə müraciət etdi.

Ruhani dedi: Bunu söyləyənlər Həzrət Əli (ə) və Fatimeyi - Zəhranı (s) tanımayanlar, Peğəmbərin (s) ailəsinə yad olan və onların yaşam tərzindən xəbərsiz insanlardır.

Öz son azuqəsini miskinə, yetimə, əsirə verən bu ailənin başçısı Nəhçül - Bəlağənin 45 - ci məktubunda özü bunların cavabını verib: Mənin Fədəklə, Fədəkdən başqası ilə nə işim? Sabah - Qiyamət günü bizim hamımızın yerimiz qəbirdir. Xilafət gözündə keçinin ağızındakı sudan da qiymətsiz və əhəmiyyətsiz olan bir insana Fədəkin nə əhəmiyyəti ola bilərdi?. Beytul - malın pulu ilə yanan çırağın bir an artıq yanmasına razı olmayn Peyğəmbər (s) ailsi yəni pula bu qədər vurğunmu idilər?

Yox! Məsələnin kökü başqa idi. Fədək irs və mal - dövlət məsləsi deyildi. Hakimiyyət onun gəliri ilə xalqın ehtiyacının ödənməsi və Əhli- Beytin (ə) hörmətini artmasından qorxurdu. Deməli, Fədək strateji məsələ, vilayət və imamət xəttinin yaşamsı və xilafətin qəsb edilməsi qarşısında atılan düzün və kəskin bir addım və mövqe idi. Qarşı tərəf də bunu gözəl bilirdi. Ona görə də zor və hiylə yolnu tutdular.

Həzrət Fatimə (s) öz şəxsi haqqının deyil, haqqın tapdandığını, ədalətin ayaqlandığını gördü və onun müdafiəsinə qalxdı. Fədək xilafətin kimin əlində olması, hansı məktəb – Əhli- Beyt (ə) məktəbi və ya qarşı ideologiyanın hakimiyyəti və hansı “islamın” və din pərdəsi altıda hansı məfkurənin müsəlmanlara yeridilməsi uğrunda haqq – batil mübarizəsinin əsl döyüş meydanı idi. Həzrət Fatimə (s) bu müharibənin qurbanı və şəhidi oldu.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031