ALİMLƏRDƏN ELM ÖYRƏNMƏK VACİBDİRMİ?
Mьəllif: admin1
Tarix: 16-02-2016, 20:33
ALİMLƏRDƏN ELM ÖYRƏNMƏK VACİBDİRMİ?
Mütəal Allah insanlara əmr edərək buyurur:
فَاسْئَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ
«Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.»

Allah hökmlərindən və ilahi elmlərdən agah olan məsum İmamlar kimi şəxsiyyətlər «zikr əhli»nin kamil nümunələridir. Sonrakı mərhələlərdə isə onlar tərəfindən təyin olunan, kiçik qeybət dövründə xüsusi naiblər, böyük qeybət dövründə isə ümumi naiblərdən ibarət olan naiblər, vəkillər və əmirlər gəlir, yəni imamlardan sonra bütün şəraitlərə malik olan fəqihlər öz dövrünün zikr əhlinin nümunələridir, onların verdikləri fətva şəri baxımdan höccət və dəlil sayılır. Əks halda Allahın bu işə əmr etməsi mənasız olardı. Soruşmaq lazım olduğu halda itaət etmək də hamı üçün ilahi bir vəzifədir.

İki nöqtələr:
1. Əgər insan alimlərin elmi məqamından

«Nəhl» surəsi, ayə:43 və «Ənbiya» surəsi, ayə:7
bəhrələnmək istəsə cavab verən şəxsə etimad etməli və ona itaət etməyi özünə vacib bilməli, onların verdiyi cavabı şəri bir dəlil hesab etməlidir. Çünki Allah yalnız kəlamın özü höccət olduğu təqdirdə soruşmağı əmr edər.

2. Müəyyən şəxslər məsum İmamlardan sual soruşurdular, İmam öz səhabələrinə xitab edərək buyururdu: «Siz onun cavabını verin.» Yaxud Bəsrədən bir şəxs gəlib sual edirdi, İmam buyururdu: «Bizim nümayəndəmiz oradadır. O nə deyirsə haqdır.»

İmam (ə) öz şagirdlərinə buyurardı: «Fətva verin və ilahi hökmləri bəyan edin.» Bu da göstərir ki, ilahi alimlər İmamın həm hazır olduğu, həm də qeybdə olduğu dövrdə zikr əhlinin nümunələridir. Deməli, haqqı bəyan edən İmamın sözü və əməli bu barədə hamı üçün höccəti tamam etmişdir, belə ki, alimlərdən elm kəsb etmək və onlara itaət etmək lazımdır.



Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930