60 il gündə 3 dəfə Həzrət Məsumənin (s.ə) hərəmində camaat namazı qılan alim
Mьəllif: admin1
Tarix: 15-02-2016, 22:16
60 il gündə 3 dəfə Həzrət Məsumənin (s.ə) hərəmində camaat namazı qılan alim
Din alimlərinin həyatı hamımız üçün bir ibrət dərsidir. Mərəşi-Nəcəfi ağa də bu cür böyük alimlərdən biri idi. Onun gözəl əxlaqı hamımız üçün bir nümunə ola bilər. Mərəşi-Nəcəfi ağanın mübarək xüsusiyyətlərindən bəzisinə nəzər salaq:
1. Sadə yaşayışı.
Onun ən üstün xüsusiyyətlərindən biri sadə yaşamağı sevməyi idi. O, Qumda sakin olandan sonra və evlənəndən sonra maddi əziyyət çəkməyə başlayır. Ağa uzun illər kirayədə qalır və nəhayət kiçik bir topaq alıb, orada ev tikir. Ömrünün axırına qədər də orada yaşayır. O əlinə keçən maddi imkanları insanların çətinliyini aradan qaldırmaq yolunda xərcləyirdi. Heç bir zaman malı ancaq özünə aid etməzdi. Vəfat edəcəyi gecə buyurmuşdu: “Mənim yüküm çox yüngüldür. Heç bir nigarançılığım yoxdur. Ancaq bir şey mənə əziyyət verir, o da budur ki, qorxuram ki, həyatım boyu yazdıqlarım və danışdıqlarım haqqı nahaqq etsin. Ya da qonşumda ac olanı olsun və biz tox olaq. Əgər belə bir şey olubsa, mənim xəbərim olmayıbdır”. O, vəfat edən zaman bir qəbası var idi ki, qara idi və onu məhərrəm əyyamında geyinərdi. Cibində olan pulun miqdarı isə 800 tümən idi.
2. Camaat namazını davamlı qılardı.
Onun başqa bariz xüsusiyyətlərindən biri də Həzrət Məsumə (s.ə) hərəmində camaat namazını davamlı olaraq qılmağı idi. O, 60 il gündə üç dəfə hərəmə camaat namazı qılmaq üçün gedərdi. Səhərlər Həzrət Məsumunin (s.ə) ilk zəvvarı bu böyük alim olardı. Bəzən də azandan bir saat tez gələrdi. Qış fəslində bəzən qarın hündürlüyü 80-90 santimetr olan zaman, sübh azanından bir saat tez əlində bellə insanların məscidə olan yolunu qardan təmizləyərdi. Ona deyəndə ki, bu işi görməyin, buyurardı: “Mən savab qazanmaq istəyirəm”.
Vəsiyyətnaməsində yazmışdır: “70 il üzərində gecə namazı qıldığım canamazımı və İmam Hüseyn (ə) türbətindən olan təsbehimi ki, hər səhər onunla istiğfar edərdim, mənimlə dəfn edin”.
3. Kamal və elmə sevgisi.
Alimin elmə sevgisi çox böyük idi. Alim buyurur: “O zaman ki, biz Nəcəfi-Əşrəfdə təhsil alırdıq, bəzən elə olurdu ki, 40 gün ət tapmırdıq. Üzümüz gəlmirdi ki, gedək və o günün böyüklərinə əl açaq. Bəzən o qədər dərsə başımız qarışırdı ki, 24 saat ac qalırdıq, ancaq heç buna diqqət etmirdik. Mən Ayətullah Hacı Seyyid Əbulqasim Ərsəncani Şirazi ilə bir hücrədə qalırdım. Biz bəzən ac olurduq və yeməyə heç nəyimiz olmurdu. O vaxtın bəzi əşrəfləri öz oğullarını təhsil almaq üçün Nəcəfə göndərərdilər. Onlar adətən gəlir və dərs oxumurdular. Bəzən onlar çoxlu kahı alırdılar və yarpaqlarının çoxunu yerə tökürdülər və ortasını hovuzda yuyub yeyirdilər. Mən və dostum gedib həmin yarpaqları gizli yığırdıq və onu yeyirdik. Bu əhvalatı da heç kimə danışmırdıq. Ancaq bir an belə təhsildən qafil olmurduq”.
4. Əhli-beyt (ə) sevgisi.
Alim həyatının hər bir sahəsində Məsumlara (ə) təvəssül edərdi. Alim danışırdı ki, nə zaman təzə paltar tikdirsəm, onu Məsumların (ə) hərəminə aparıb, təbərrük edib, sonra geyinərdim. Onun nəzəri altında inşa edilən məktəblər, kitabxanalar, hüseyniyyələrin bünövrəsi tökülən zaman, alim ora türbət tökərdi. Deyərdi ki, mən bu türbətlə buranı sığortalayıram. Alim Məsumlardan (ə) birinin hərəminə gedən zaman giriş qapısında torpaq üstə düşər və saqqalını həmin torpağa vurardı və buyurardı ki, siz də belə edin. Əgər xəcalət çəksəniz, bu xəcalət sizi onların qapısından uzaqlaşdırar. Bəzən də məhərrəm əyyamında sinə vuranların arasına qatılar və sinə vurardı. Deyərdi ki, mən özümü bu il sığortaladım.
Deyərdi ki, Qumda nə zaman bir çətinliyim olsa, hərəmə gedər və orada bir neçə saat qalardım və həmin çətinliyim həll olardı.
O, vəsiyyətində buyurmuşdu: “Sizə tövsiyə edirəm ki, hər sübh namazından sonra ”Yasin” surəsini oxuyasınız. Zöhr namazından sonra “Nəbə” surəsini, əsr namazından sonra “Əsr” surəsini, məğrib namazından sonra “Vaqiə” surəsini, işa namazından sonra isə “Mülk” surəsini oxuyasınız”. (Tebyan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930