Duaları Allah dərgahına çatmayan bəndələr hansılardır?
Mьəllif: admin1
Tarix: 12-02-2016, 10:28
Duaları Allah dərgahına çatmayan bəndələr hansılardır?
Haram yemək, və insanaların haq-hüquqlarını ödəməmək bir bəndə üçün nə ilə nəticələnir?
Bəzən insanlar ahu-zar edib, dua edir, lakin qəbul olmur. Bunun səbəbləri vardır. Dua və istəklərin Allah dərgahında eşidilib qəbul olmasına zəmin yaradan şəraitlər olduğu kimi ona mane olan amillər də var.

Bəzən səmimi qəlbdən dua edilir. Amma qəbul olunmur. İmam Sadiqdən nəql edilən hədislərin birində duanın yerdən səmaya qalxmamsının səbəbləri açıqlanır:
“Sizdən hər biriniz duanızın qəbul olmasını istəyirsə qazancını təmizləyib, halal ruzi əldə etsin və digərlərinin haqqlarını ödəsin. Qarnında haram olan bəndənin və insanların haqqlarını verməyənin duası Allah dərgahına çatmaz”.

İnsanların haqqı ödənilməsə, Allah da bəndədən keçməz. Bətnində haram tikə olanın istəyi və duası da elə yerdə qalacaq və səmaya qalxmaz. Bu günahların hər ikisi Allaha deyil, insanların haq-hüquqlarına aid olan məsələdir. Hikmət sahibi və ehtiyacsız olan Allah günahkarın duasını qəbul etmirsə öz mənafeyinə görə deyil, digər insanların haq-hüquqlarının tapdalanmasına görədir. Günahkar insanın tövbəsi də bu qaydaya şamildir. O, digərlərinin haqqını ödəməyincə Allah onun günahından keçməz və onu bağışlamaz.İslaminSesi.org/



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930