GÜNAHLARA BƏHANƏ GƏTİRMƏK FİTNƏKARLARIN ƏLAMƏTİDİR
Mьəllif: admin1
Tarix: 7-02-2016, 12:36
GÜNAHLARA BƏHANƏ GƏTİRMƏK FİTNƏKARLARIN ƏLAMƏTİDİR
Sizin vurğun olduğunuz bu dünya sərvətləri mənim gözümdə çəyirtkənin ağzında olan çeynənmiş yarpaqdan da qiymətsizdir
İslam Peyğəmbəri (s) İmam Əli (ə) ilə etdiyi söhbətlərinin birində buyurur: «Fitnəkar şəxslərin bir əlaməti də budur ki, Allahın haram etdiyi işləri puç və yalançı bəhanələrlə halal edirlər. Onlar şərabı kişmiş suyu, rüşvəti hədiyyə və sələm almağı ticarət adı ilə halal etməyə çalışarlar. Yəni onlar bu cür bəhanələrlə ən böyük günahları ört-basdır edirlər».

İmam Əli (ə) və böyük bir hiyləgər haqqında hədisə diqqət edək.
Əşəs ibn Qeys hiyləgər münafiqlərin başçılarından biri idi. O, İmam Əlinin (ə) hökumətinə nüfuz etmək niyyəti ilə gecə yarısı çox ləzzətli halva ilə dolu bir qabı götürüb İmam Əlinin (ə) evinə getdi və onu hədiyyə adı ilə O Həzrətə təqdim etmək istədi. (Halbuki, bu rüşvət idi və onu hədiyyə adı ilə vermək istəyirdi.) İmam Əli (ə) bu hadisəni belə bəyan edir: O, (Əşəs) mənə o halvanı verəndə məndə o qədər nifrət hissi oyandı ki, elə bil o halva ilanın ağzının suyuna bulaşmışdı. Ona dedim:
«Gətirdiyin halva hədiyyədir, zəkatdır, yoxsa sədəqədir? Zəkat və sədəqə bizə (Yəni Əhli-beytə) haramdır».
Əşəs dedi:
Nə zəkatdır, nə də sədəqə; sizə bir hədiyyədir. Ona dedim: Sən məni hədiyyə ilə aldatmaq istəyirsən, yoxsa ağlını itirib dəli olmusan?
«And olsun Allaha, qarışqanın ağzından bir buğda qabığını almaq qədər Allaha günah eləmərəm, əvəzində mənə yeddi iqlimi və bütün yerin altında olan sərvətləri versələr, yenə mən bu işi (qarışqadan buğda qabığını almağı) eləmərəm. Sizin vurğun olduğunuz bu dünya sərvətləri mənim gözümdə çəyirtkənin ağzında olan çeynənmiş yarpaqdan da qiymətsizdir». Budur, İmam Əlinin (ə) ona hədiyyə adı ilə rüşvət vermək istəyən münafiqin qarşısında olan mövqeyi! nur-az.com


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031