Düşünən insan təbiətə baxdıqda, həyat dərsini alar
Mьəllif: admin1
Tarix: 6-02-2016, 21:34
Düşünən insan təbiətə baxdıqda, həyat dərsini alar

Təbiət – əqaid dərslərini və həyat, əxlaq dərslərini öyrənmək üçün ən yaxşı məktəbdir. Quran təbiət haqqında çox söz açmışdır. Quran surələrinin bir çoxunun adı təbiət fenomenlərinə aiddir: “Fil”, “Zəlzələ”, “Adiyat”, “Qariə”, “Ələq”, “Şəms”, “Ləyl”, “Zuha”, “Fəcr”, “Bələd”, “Ğaşiyə”, “İnşiqaq”, “İnfitar”, “Təkvir”, “Nur” kimi.
Quranın ikinci surəsi olan Bəqərə də təbiətdəndir. “Nisa” surəsi qadınlara aiddir. “Maidə”, “Əraf”, “Ənam”, “Ənfal” – təbiətdəndir. “Nəhl”, “Kəhf”, “Nəml”, “Ənkəbut”, “Nəcm” – təbiətdəndir.

Əgər bir çaya diqqətlə baxsaq, ilk zehnimizə gələn sual bu olar ki, bu su haradan gəlir və haraya gedir? İnsan da belədir. Hədislərin birində oxuyuruq: “Allahın salamı olsun o kəsə ki, harada idi, haradadır və hara gedəcəyini bilsin”.

Əgər insan bilsə ki, sərmayəsi nədir, özünü ucuz qiymətə satmaz. İnsan çayı görən zaman yaranan suallarını özünə də verməlidir. Ömrünün hər gününün və saatının hesabını çəksin və desin ki, bu gün keçdi, bəs mən nə etdim?

İmam Kazım (ə) buyurur: “Həqiqi mömin o kəsdir ki, hər gecə yatan zaman nə etdiyinin hesabını çəksin”.

Axan bu zülal çaydan alacağımız başqa bir ibrət budur ki, hərəkətdə olmaq lazımdır. Dayanmaq və sakit durmaq olmaz. Quran da buyurur ki, irəli hərəkət edin ki, elminiz artsın, inkişafınız artsın, hidayətiniz artsın. «ey Rəbbim, mənim elmimi artır!» de”. (“Taha” 114).«O, (insanları) haqqa və məqsədə doğru hidayət edir”. (“Cinn” 2).

Çay əgər yolunun üstündə daş və ya maneə görsə, yolunu dəyişər, ancaq dayanmaz. Bunun özü də bir dərsdir. Yəni, həyatdakı maneələr gərək bizim hərəkətimizi dayandırmasın. Çay bilir ki, əgər yolunun üstündə daş görərsə, onun kənarında keçə bilər. Çay dayanmaz. Əgər dayanarsa, ölər və ifunətli bir su gölməçəsinə çevrilər. Biz də gərək çay kimi bu maneələrlə mübarizə aparaq və təslim olmayaq.

Çayın suyu əgər çox olarsa, tüğyan edər. “Əgər Allah bəndələrinin ruzisini bol etsəydi, şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər”. (“Şura” 27).

Hədislərdə oxuyuruq ki, əgər bu 3 şey olmasaydı, insan itaətsizlik edərdi: ölüm, xəstəlik və yoxsulluq.

Ölüm, yoxsulluq və xəstəlik insanın başını aşağı əyər və onu təvazökar və itəatkar edər.

Çay, yolunun üstündə olan çox daşa baş vurmuşdur. Çox daşla rastlaşmışdır və başı daşa dəymişdir. Ancaq hər kim çaya baxar, sevinc və şadlıqdan savayı orada heç nə görməz. Biz insanların həyatında da bəzən çətinliklər olur və biz gərək çaydan ibrət götürək. Başqaları bizə baxan zaman ancaq şadlansınlar, qəmgin olmasınlar. Hədislərin birində oxuyuruq ki, möminin qüssəsi ürəyindədir, ancaq zahiri şaddır.

Çay o zaman ki, dənizə qoşular – sakitləşər və hüzur tapar. İnsan da bilməlidir ki, gec və ya tez İlahi dənizə qoşulacaqdır.«Həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq». (“Bəqərə” 156). “O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).

Bəli bu təbiət hər birimiz üçün həyat dərsidir, sadəcə onu görüb, ibrət götürmək kifayətdir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930