Duanın təxirə düşməsindən məyus olmayın
Mьəllif: admin1
Tarix: 5-02-2016, 20:44
Duanın təxirə düşməsindən məyus olmayın

Qurani-Kərim – həyatımızın kitabıdır. İnsanın təkamülü və şəxsiyyətinin inkişaf etdirilməsi üçün orada lazım olan hər şey vardır.
Bəşərin fitri ehtiyaclarının biri budur ki, Allahla münacat edib dua etsin. O, xoşbəxt yaşamaq istəyir və axirətdə də səadət əhli olmağı arzu edir. Ona görə də bu insan davamlı olaraq Allahla rabitə qurub, ünsiyyətdə olmaq istəyir. O zaman ki, çətinliklər ona üz çevirər, hər kəs öz dilində Allaha üz tutar və hacətini istəyər.
Ancaq ariflərin və mərifət əhlinin duaları – xüsusi dualardır ki, bu sözləri başqalarının duasında tapmaq olmaz. Bu da həmin duaların cavidanlıq rəmzinin nişanəsidir. (Tebyan)
Quranda elə dualar gəlmişdir ki, mələklərin, peyğəmbərlərin (ə) və saleh bəndələrin dili ilə bəyan olunur və ya Allahın bəndələrinə təlimidir. Bu dualardan bəzisinə nəzər salaq.
Adəmlə (ə) Həvvanın duası.
Allah Təala Adəmlə (ə) Həvvaya behiştdə yer verir və əmr edir ki, filan meyvədən və ya ağacdan yeməsinlər. Ancaq şeytan (lən) onlara vəsvəsə edir və onlar da həmin ağacdan yeyirlər. Allah Təala onlara qəzəblənir. Bu zaman Adəmlə (ə) Həvva tövbə edib, dua üçün əllərini açırlar. “Dedilər: «Ey Rəbbimiz, biz özümüzə zülm etdik, əgər bizi bağışlamasan və bizə rəhm etməsən, mütləq ziyana uğrayanlardan olacağıq»”. (“Əraf” 23).
Allah Təala Həzrət Nuha (ə) belə dua etməyi buyurur: “Beləliklə elə ki, sən və səninlə birlikdə olanlar gəmiyə yerləşdiniz, de: «Həmd və səna bizə zalım dəstədən nicat verən Allaha məxsusdur»”. (“Muminun” 28).
Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! Harada mənzil etsən, de: اللّهمّ أنزِلنی مُنْزَلاً مبارَکاً وأنت خیر المنزِلین؛
Çünki o mənzilin xeyir və yaxşılığı sənin ruzin olar və onun şər və pisliyi səndən uzaq olar”.
O zaman ki, Həzrət İbrahim (ə) və İsmayil (ə) dua üçün əllərini açırlar, deyirlər: «Ey Rəbbimiz, (bu əməli) bizdən qəbul et ki, həqiqətən, eşidən və bilən Sənsən!». «Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat), bizim (həcc, qurban kəsmək və qurbanlıq yerləri kimi) ibadət əməllərimizi bizə göstər və bizə nəzər sal ki, həqiqətən çox mehriban, tövbələri qəbul edən və rəhmli Sənsən!». «Ey Rəbbimiz, onların arasına özlərindən Sənin ayələrini onlara oxuyan, kitab və hikmət (şəriət elmləri və əqli biliklər) öyrədən və onları paklaşdıran bir peyğəmbər seçib göndər. Çünki, yenilməz qüdrət və hikmət sahibi Sənsən!». (“Bəqərə” 127-129).
İslam Peyğəmbəri (s) buyurur: “Mən atam İbrahimin (ə) duası vasitəsilə dünyaya gəlmişəm və məbus olmuşam”. Bəli, əgər bu duanın həyata keçmək zamanına nəzər salsaq, görərik ki, heç bir insan duasının təxirə düşməsindən məyus olmamalıdır. Axır-əvvəl bu dua yerinə yetəcəkdir.
Yaxşı olardı ki, çətinliklə dolu bu günümüzdə Quranın bizlərə tövsiyə etdiyi bu dualardan bəhrələnək və həyat çətinliklərimizi rahat şəkildə arxada qoya bilək.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031