Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir
Mьəllif: admin1
Tarix: 6-11-2023, 11:38
Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir
İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk dörd nəfər Mən, Sən, Həsən və Hüseyndir. Bizim arxamızda övladlarımız Cənnətə daxil olacaqlar. Onların arxasında bizi sevənlər, sağ-solumuzda da bizim şiələrdir.“[1]

İmam Baqir (ə) buyurub: “Peyğəmbərin (s) zövcəsi Ümmü Sələmədən Əli ibn Əbutalib (ə) barədə soruşduqda dedi: Allahın Rəsulundan (s) eşitdim ki, Əli və onun şiələri elə nicat tapanlardır.”[2]

İmam Əli (ə) (Nouf Bəkaliyə xitabən) buyurub: “Ey Nouf! Bilirsənmi mənim şiəm kimdir?” Ərz etdi:”Xeyr, Allaha and olsun, bilmirəm.”

Buyurdu: “Mənim şiələrimin (oruc tutmağın təşnəliyindən) dodaqları qurumuş, (aclıqdan) qarınları bellərinə yapışmışdır. Təqva onların üzlərindən görünər, gecənin abidləri və gündüzün şirləridirlər.“[3]

imam Həsən (ə) “Mən sizin şiələrdənəm” deyən kişinin cavabında dedi: “Ey Allahın bəndəsi! Əgər bizim əmr və qadağalarımıza itaət edirsənsə, doğru deyirsən. Yox, əgər belə deyilsənsə, əhli olmadığın ali məqam iddiası ilə öz günahlarını artırma. Demə ki, “mən sizin şiələrdənəm.”

De ki, “mən sizi sevənlərdən və sizin düşmənlərinizin düşmənlərindənəm.” Belə olan halda, sən yaxşı insansan və yaxşıya tərəf istiqamət götürmüsən.”[4]

İmam Baqir (ə):buyurub: “Bizim şiələrimiz yalnız Allahdan qorxan və Onun əmrinə itaət edənlərdir. Onlar təvazökarlıq, sadəlik, əmanətə sadiqlik və Allahı çox yad etməkdən başqa bir şeylə tanınmazlar.”[5]

İmam Sadiq (ə) buyurub: “Əslində Əli şiəsi qarın və qasıq iffətinə malikdir, (ibadətdə və nəfslə mübarizədə) çalışqandır, Yaradanı üçün işləyən, Onun mükafatına ümidvar olan və Onun cəzasından qorxandır. Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir.”[6]



www.ahliman.info
__________________

[1] əl-İrşad, c.1, səh. 43

[2] əl-İrşad, c.1, səh. 41

[3] Biharul-Ənvar, c.78,səh. 28, hədis95

[4] Tənbihul-Xəvatir, c.2, səh.106

[5] Tuhəful-Uqul,səh. 295

[6] əl-Kafi, c.8,səh. 215, hədis9
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930