İbadətə maddi meyarlarla verilən qiymət
Mьəllif: admin1
Tarix: 25-01-2016, 22:37
İbadətə maddi meyarlarla verilən qiymət

İbadətlərin, xüsusilə ən üstün və bariz ibadət nümunələrindən olan namazın hikmət və fəlsəfəsi, bu ibadətlərin maddi faydalarından daha üstündür. Alimlərin və ariflərin dili ilə desək, onlar hər bir ibadəti ərş aləminə giriş qapısı hesab edirlər. Daha dəqiq desək, ibadət insanı maddi aləmdən ayıraraq üns və məhəbbət aləminə aparır. Belə ki, həqiqi ibadət insanın ruhunu qidalandıraraq onu bəşərin ən böyük ümidi olan mənəvi yaxınlığa çatdırır və"Namaz möminin meracıdır”- ifadəsi əməldə gerçəkləşir.
İbadət Xaliq və məxluq, məbud və qul arasında olan bir rabitə, həmçinin məhbub və həbib arasında olan bir ünsiyyət və aşiqin məşuqla vüsalıdır.

Bəzi insanlar hiss və təcrübələrinə arxalanaraq həqiqət aləminə maddi yöndən baxıb ona qiymət vermək istəyir, lakin yanılırlar.

İbadətin ruhi camalı, mənəviyyatın həqiqi fəlsəfəsi, iman nuru və Yaradanla olan rabitə, elmi hesablamalarla və ya fəlsəfi miqyaslarla ölçülə bilməz.

İbadətin bir çox maddi faydalarına və təbii mənfəətlərinə, həmçinin fiziki xeyirlərinə baxmayaraq mənəviyyatın ucalığı, əxlaqın gözəlliyi və ərş aləminə yaxınlaşmaq əsl hədəf olaraq birinci yerdə durur.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930