Yəqinliyin kamalının səmərəsi olan 2 əlamət
Mьəllif: admin1
Tarix: 2-02-2019, 10:18
Yəqinliyin kamalının səmərəsi olan 2 əlamət

İmam Sadiq (ə) buyurur: “İnsanın yəqinliyinin doğruluğu ondadır ki, insanları Allahı qəzəbləndirərək razı salmasın və insanları Allahın onlara əta etmədiyi şeylərə görə məzəmmət etməsin”.

İmam (ə) buyurur ki, insanları Allahın onlara əta etmədiyinə görə məzəmmət etməyin. Yəni, insanları o şeyə görə məzəmmət etməyin ki, öz əllərində deyildir. Onları ruzilərinin az olmasına görə məzəmmət etməyin, çünki ruzinin həqiqi sahibi onlar deyildir, Allahdır.

Hədislərimiz buyurur ki, ey insan! Əgər zəhmət çəksən və səy göstərsən Allah sənin ruzini verəcəkdir. Heç kəs ruzisindən qaça bilməz. Ruzi əvvəl-axır gəlib onu tapacaqdır.

Hər kim ruzisini əldə etmək üçün səy göstərməz – o kəslərdən olar ki, duaları yerinə yetmir.

İmam Sadiq (ə) buyurur: “Ömər ibni Müslim nə edir? Deyirlər: “Üzünü ibadətə çevirmiş və ticarəti tərk etmişdir”.

İmam (ə) buyurur: “Vay olsun ona! Məgər bilmir ki, hər kim ruzi istəməyi tərk edər, duası yerinə yetməz?”.

O insanın ki, düzgün yəqinliyi vardır – həm zəhmət çəkir və həm də inanır ki, bu aləmdə olan hər şey Allahın ixtiyarındadır və Onun iradəsi ilə hərəkət edir. Həmçinin zəhmət çəkdiyi ruzi də Allah tərəfindəndir.

Beləliklə İmam Sadiqin (ə) yuxarıdakı hədisindən belə nəticə çıxartmaq olar ki, hər kim zəhmət çəkər, ancaq ruzisi az olarsa onu məzəmmət etməyin. Ancaq zəhmət çəkməyən insanları məzəmmət etmək lazımdır ki, səy göstərmək üçün hərəkətə keçsinlər.

Bəli, İmam Sadiqdən (ə) gələn yuxarıdakı hədisdə yəqinliyin doğruluğunun iki əlaməti bəyan edilmişdir. Birinci budur ki, insanların razılığını Allahı qəzəbləndirərək əldə etməyin. İkincisi budur ki, insanları Allahın onlara əta etmədiyi şeylərə görə qınamayın. Bu iki əlamət yəqinliyin kamalının səmərəsindəndir.

O kəs ki, insanların razılığının ardınca olar, belə təsəvvür edir ki, hər bir işdə müstəqildir. Misal üçün o kəs ki, sərvət və vəzifə əhlidir, sərvət və vəzifə əhli yanında təvazökarlıq edər ki, onların sevgisini özünə cəlb etsin.

Hər bir halda ümumi insanlar iki dəstəyə bölünür: o insanlar ki, bu aləmdə olan hər şeyin səbəbkarının Allah olduğunu bilirlər. Bu insanlar Quranın bu ayəsinə iman gətiriblər: “De: «Allahım! Ey, hər bir mülkün həqiqi sahibi! Ey, bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyir(in həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən»”. (“Ali-İmran” 26).

Onlar üçün mühüm olan şey – Allahın razılığıdır, insanların razı olub-olmaması onları maraqlandırmır. Bütün peyğəmbərlər (ə) bu cür yaşamışdılar.

İkinci dəstə insanlar isə o kəslərdir ki, Allahdan xəbərsizdirlər. Onlar üçün mühüm olan – insanların razılığıdır, hətta əgər Allahı qəzəbləndirmək bahasına olsa belə. Bu insanlar günah əhli ilə yoldaşlıq edir, əmr-be-mərufu tərk ediblər. Bu sifət imanın və yəqinliyin zəifliyinin əlamətlərindəndir.

Beləliklə deyə bilərik ki, yəqin əhli Allaha söykənər və müsibətlər onlar üçün asan olar və ruzi istəməkləri başqa insanlardan daha fərqlidir. Lakin o kəslər ki, dünyaya bağlıdırlar – onlar üçün maddiyyat mühümdür və ona görə də daima pərişan və nigarandırlar.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031