Dünya üçün olan narahatlığımızı axirətimizə də tətbiq edək
Mьəllif: admin1
Tarix: 20-01-2016, 21:04
Dünya üçün olan narahatlığımızı axirətimizə də tətbiq edək

Biz dünyada yoxsul olmaqdan çox qorxuruq. Düşünürük ki, məbada evimin xalçası həsirə çevrilər. Süfrəmdə ancaq quru çörək olar. Paltarlarımız bizi başqalarının yanında rüsvay edər. Belə şeyləri düşünmək belə, bizi qorxudur. Ona görə də gecə və gündüz ora və bura qaçırıq ki, ruzimizi qazana bilək. Ancaq bu qorxunun mində birini axirətimiz üçün etmirik.
Biz əslində heç düşünmürük ki, məbada öləndən sonra həsənələrim az olsun və atəşə düşüm. Yeməyim zəqqum, içməyim qaynar su və qüslüm cəhənnəm atəşində olacaqdır. Necə ki, Quran buyurur: “Həmin gün günahkarları (məzhəb, məslək, günah, rəhbər və davamçılarının yaxınlığı baxımından) zəncirlərdə bir-birlərinə bağlanmış görəcəksən.
Onların köynək və libasları qətrandan (pis iyli və alışan tünd yağdan)dır və üzlərini od bürüyəcəkdir”. (“İbrahim” 49-50).
“Onların yeməyi qurumuş, acı tikandan başqa bir şey olmaz. (Onu heç heyvanlar da yeməz). (O yemək onları) nə kökəldər və nə də aclıqdan qurtarar”. (“Ğaşiyə” 6-7).
“Sonra siz ey (peyğəmbərlik və qiyaməti) inkar edən azğınlar! Mütləq (görünüş, dad və iyi pis olan) zəqqum ağacından yeyəcəksiniz. Beləliklə qarınları(nızı) onunla dolduracaqsınız”. (“Vaqiə” 51-53).
Niyə bu ayələr bizi titrətmir və niyə bu ayələrdə bəyan olunanlar haqqında düşünmürük?
Biz elə bilirik ki, axirətdə bizim nə yeməyə və nə də geyinməyə ehtiyacımız vardır. Halbuki, Quran buyurur ki, insanın həqiqi dünyası axirətdə başlayır. Dünya həyatı oyun-oyuncaqdan başqa bir şey deyildir. (Tebyan)
Zahid bir kişi can verən zaman ağlayırdı. Deyirlər: “Sən ki, bu dünyaya qarşı etinasız idin, niyə ağalyırsan?”. Dedi: “Allaha and olsun ki, ağlamağım dünya üçün deyildir. Yadıma düşdü ki, ömrümün bir gecəsində yatıb qalmışam və sübh namazından əvvəl ayıla bilməmişəm. Gecə namazını əldən vermişəm. Ağlamağım həmin o gecə namazına görədir”.
Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, bir saatı, yəni ömrünün az bir zamanını zay edər və qəflətdə keçirər, yeri vardır ki, illər boyu həmin bir saatın qəmini çəksin”.
Gərək nə qədər zəif və zəlil olduğumuzu etiraf edək. Vay olsun bizə! Əgər bu qədər əlimiz boş halda axirətə getsək, başımıza nələr gələcəkdir və nələrin şahidi olacağıq.
İmam Səccad (ə) duasında buyurur: “Kimin halı məndən də pis olacaqdır? Əgər elə bu halla qəbir evimə aparılsam? Nə evim vardır, nə xalçam və nə də yeyəcəklərim. Ona görə də niyə ağlamayım?! Can verməyim üçün ağlayıram. Qəbrimin qaranlığı, darlığı üçün gərək ağlayım. İki mələyin – Nəkirlə Münkərin sorğu-sualı üçün gərək ağlayım. Mənə rəhm et, ey mənim Mövlam! O zaman ki, öləcəyəm və dünyadan kəsilmiş olacağam, insanların arasında unudulacağam. Onlar ki, unudulub, onlara qoşulacağam. Mənə rəhm et, o zaman ki, torpaq bədənim cürüyər və əzalarım bir-birindən ayrılar. Necə də başıma gələcək gələcəkdən xəbərsizəm”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031