Bu surəni oxuyan ailəsi, qonşu və dostları üçün şəfaətçi ola bilər
Mьəllif: admin1
Tarix: 27-09-2020, 10:28
Bu surəni oxuyan ailəsi, qonşu və dostları üçün şəfaətçi ola bilər
Təfsirçilərin nəzərinə görə "Təkasur” surəsi o qəbilələr haqqında nazil olmuşdu ki, bir-birlərinin qarşısında lovğalanırdılar. Sərvətlərinə və cəmiyyətlərinin sayına görə öyünürdülər. Nifrətlərini daha da artırmaq üçün qəbiristanlığa gedirlər və hər qəbilə öz ölülərini sayırdı.

Bu surə Qurani-Kərimin 102-ci surəsidir ki, Məkkədə nazil olmuşdur və 8 ayəsi vardır. Əmirəl-möminin (ə) buyurur ki, bu surə qəbir əzabının haqq olmasını bəyan edir.

Həzrət Peyğəmbər (s) buyurur: "Bu surəni qiraət etmək Quranın 1000 ayəsini qiraət etməyə bərabərdir”.

Həzrət (s) yenə buyurur: "Hər kim "Təkasur” surəsini oxuyar mələkutda şükrü əda edən adlandırılar”.

İmam Sadiq (ə) buyurur: "Hər kim "Təkasur” surəsini vacib və müstəhəb namazlarında oxuyarsa, Allah ona yüz şəhidin savabını yazar. Hər kim onu müstəhəb namazda oxuyarsa, ona 50 şəhidin savabı yazılar. Vacib namazında 40 cərgə mələklər onunla bir yerdə namaz qılar”.

Həzrət Peyğəmbər (s) buyurur ki, hər kim "Təkasur” surəsini oxuyarsa, Allah Təala dünyada ona verdiyi nemətlərə görə ondan hesab çəkməz. Hər kim yağış yağan zaman onu oxuyarsa, Allah günahlarını bağışlayar.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Təkasur” surəsini yatan zaman sadiq niyyətlə oxuyarsa 70 min həsənə ona verilər.

70 min günahı pak olar və ona 70 min dərəcə əta olunar. Bu surəni oxuyan ailəsi, qonşu və dostları üçün şəfaət edə bilər. Allah Nəkir və Münkərlə görüşün çətinliklərini onun üçün hamar edər”.

"Təkasur” surəsinin bərəkətləri:

1. Böyük xeyirə çatmaq. Hər kim bu surəni bazar ertəsi və ya çərşənbə günü 40 dəfə oxuyarsa böyük bir xeyirə çatar.

2. Hacətin yerinə yetməsi. İmam Sadiq (ə) buyurur: ""Təkasur” surəsini xəlvətdə 22 dəfə oxuyun və ondan sonra 1000 dəfə salavat göndərin, sonra hacətinizi istəyin ki, yerinə yetər”.

3. Baş ağrısını aradan aparar. Hər kim bu surəni baş ağrısı çəkən birinə oxuyarsa, ağrısı keçər.

4. Ölülərə hədiyyə. İki rükət namazı bu keyfiyyətdə qılın: birinci rükətdə "Fatihə” və "Ayətül-kürsünü”, iki dəfə "İxlas”ı oxuyun, ikinci rükətdə bir dəfə "Fatihə”, 10 dəfə "Təkasur” surəsini oxuyun. Namaz bitən zaman onu ölülərinizə hədiyyə edin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031