Quranın nəzərində suyun möcüzəsi
Mьəllif: admin1
Tarix: 10-06-2020, 22:27
Quranın nəzərində suyun möcüzəsi
Qurani-Kərimin bir çox ayələri insanları varlıq aləminə diqqət etməyə dəvət edir və əgər bu ayələrə nəzər salsaq, həmin fenomenlərin sirlərindən agah olarıq.

“Biz hər bir canlı varlığı sudan yaratdıq. Yenə də iman gətirmirlər?!”. (“Ənbiya” 30).

“Allah hər bir canlını sudan yaratmışdır. Onların bəzisi (ilan, balıq və digər sürünənlər) qarnı üstə sürünür, bəzisi (insan və quşlar kimiləri) iki ayağı üstə yeriyir və bəzisi dörd ayağı üstə yeriyir. Allah istədiyini yaradır. Həqiqətən Allah hər şeyə qadirdir”. (“Nur” 45).

Bəli, su bütün canlıların bədəninin çox hissəsini təşkil edir. Misal üçün, 70 kq olan insanda 50 litr su vardır. Əgər insan bədəninin 20% suyunu əldən versə, sağlamlığını geri qaytara bilməyəcəkdir.

Su hər yerdə var: havada, torpaqda, torpağın altında... Su maye, qaz və donmuş halda olur.

Yer kürəsi özü də sudan təşkil edilmişdir. Yer kürəsində olan suyun miqdarı qurudan daha çoxdur. Bura dənizləri, okeanları, çayları və gölləri misal çəkmək olar.

Su ətraf mühitin hərarət dərəcəsini tənzim edir. O zaman ki, Yer kürəsinin hərarəti yüksəlir, su daha çox enerjini özünə cəzb edir ki, dərəcə aşağı düşsün.

O zaman ki, hava soyuq olur, ətraf mühitə daha çox enerji verir ki, dərəcəni yüksəldə bilsin. Bu hadisə gecə və gündüz davamlı olaraq baş verir.

Su - ən güclü mayelərdəndir ki, bir çox maddəni özündə həll edə bilir. Əgər yediyimiz təbii ərzaqlara bir nəzər salsaq, görərik ki, onların əksər hissəsini su təşkil edir.

İstər meyvə olsun, istərsə də tərəvəz.

Suyun möcüzəvi xüsusiyyətləri haqqında nə qədər danışsaq, yenə də azdır. Bu həyatverici maye bizim üçün çox əhəmiyyətlidir.

Əgər kifayət qədər suya malik olmasaq, məhvə doğru gedərik. Çünki su – həyat deməkdir. Susuzluq isə ölüm.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930