Bəd fal açmaq
Mьəllif: admin1
Tarix: 7-01-2016, 21:01
Bəd fal açmaq

Allahın Peyğəmbəri (s): «Kim falın bəd gəlməsinə görə öz işindən çəkinmişdirsə, Allaha şərik qoşmuşdur.»
Allahın Peyğəmbəri (s): «Səfərə çıxmaq üçün evini tərk edən, sonra bəd fala görə geri qayıdan şəxs Məhəmmədə (s) nazil olana küfr etmişdir.»
Allahın Peyğəmbəri (s): «Ən doğru fal, yaxşı (gələn) faldır.»
Allahın Peyğəmbəri (s): «Bəd fal açan, ya onun üçün bəd fal açılan şəxs (başqalarının ona açdığı bəd fala inamı olan), gələcəkdən xəbər verən, ya başqası onun gələcəyini deyəndə ona inanan, cadu edən, ya başqasına cadu etmək üçün falçıya və cadugərə müraciət edən şəxs bizdən deyil.»
Allahın Peyğəmbəri (s): «Bəd falın kəffarəsi təvəkküldür.»
Allahın Peyğəmbəri (s): «Nə bəd fal doğrudur, nə də nəhslik.»
«Biharul-Ənvar»: «Allahın Peyğəmbəri (s) falın yaxşı gəlməsini sevərdi. Falın bəd gəlməsini xoşlamazdı və buyurardı:Hər kəs nəzərinə uğursuz görünən xoşagəlməz bir şeylə qarşılaşanda desin: İlahi! Yaxşılığı Səndən başqa heç kəs verməz. Pisliyin qarşısını da, Səndən başqa heç kəs almaz və sənin köməyinlə olmayan heç bir hərəkət və qüvvə yoxdur.»
İmam Sadiq (ə): «Bəd falın təsiri özündən asılıdır. Əgər ona yüngül yanaşsan, yüngül olar, ağır yanaşsan, ağır. Heç bir əhəmiyyət verməsən, heç nə olmaz.»
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930