Niyə həm yoldan azdıranlar və həm də yolunu azanlar üçün əzab ikiqat olacaq?
Mьəllif: admin1
Tarix: 7-07-2020, 23:22
Niyə həm yoldan azdıranlar və həm də yolunu azanlar üçün əzab ikiqat olacaq?

İnsanın əzab görməyinə səbəb olan amillərdən biri də zəlalətdir. Zəlalət – yəni, düzgün yoldan azdırmaq ki, iki cür olur: gah ibtidai olur, gah da cəzaya layiq.
Bəzən insan düz yolu bilmir və haqq söz onun qulağına dəyməmişdir. Allahın ayələrini eşitməmişdir.

Ya da Allahın ayələri ona deyilmişdir, ancaq o, müxalifətlik etmişdir. O zaman ki, insan Allahın hidayət yolu ilə müxalifətlik edər – cəza zəlalətinə düçar olar. Yəni, Allah onu hidayətinə qulaq vermədiyi üçün zəlil edər.

Ən təhlükəli yolunu azanlar o kəslərdir ki, həm özləri yolunu azıblar, həm də başqalarını yolundan azdırırlar.

Quranın nəzərinə görə yolundan azdıranlar bir neçə dəstədirlər:

Birinci dəstə - iblis və onun ordusudur.

İkinci dəstə fasid rəhbərlərdir ki, həm özləri yolunu azıblar və həm də insanları yolundan azdırırlar.

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim sizin üçün qorxduğum ən təhlükəli şey – yolunu azdıran rəhbərlərdir”.

“Və (Qiyamət günü hesab üçün) hamılıqla Allahın hüzurunda zahir olarlar. Beləliklə, (dünyada dərrakə baxımından) zəiflər təkəbbürlülərə deyərlər: «Biz sizə tabe idik, bizdən Allahın əzabından (az da olsa) bir şeyi dəf edərsinizmi?».

Onlar deyərlər: «Əgər Allah (dünyada) bizə hidayət qismət etsəydi, biz də mütləq sizi hidayət edərdik, ya əgər burada bizi nicat yoluna hidayət etsə, biz də sizi hidayət edərik; bizim üçün istər (ah-zar edib) dözümsüzlük göstərək, istərsə də səbr edək, birdir, bizə heç bir çıxış yolu yoxdur»”. (“İbrahim” 21).

Ona görə də müsəlman ayıq olmalıdır və kimin ardınca getdiyinə diqqət etməlidir ki, bir gün həsrət çəkməsin. Yadda saxlayaq ki, müsəlman kor-koranə təqlid etməməlidir. Əgər belə edərsə, bu ayə onun haqqında sadiq olar.

“Nəhayət orada hamısı bir-birinə qovuşan zaman sonrakılar (tabe olmuş dəstə) əvvəlkilər (rəhbərlər) barəsində deyərlər: «Ey Rəbbimiz, bizi azdıranlar bunlardır, buna görə də onlara ikiqat cəhənnəm əzabı ver».

Allah buyuracaq: «Hər biriniz üçün ikiqatdır (rəhbərlər üçün yolu azmaq və başqalarını azdırmaq əzabı, tabe olanlar üçün isə azmaq və küfrü qüvvətləndirmək əzabı) və lakin siz bilmirsiniz»”. (“Əraf” 38).

Allah Təala bu ayədə buyurur ki, bu əzab həm yoldan azdıranlar və həm də yolunu azanlar üçün ikiqat olacaqdır. Ona görə ki, bir əzaba yolunu azdıqlarına görə düçar olarlar, ikinci əzaba isə zalımlara yardım etdiklərinə və batili gücləndirdiklərinə görə düçar olarlar.

Hamı yaxşı bilir ki, zalım tək qalarsa, heç kəsə zülm edə bilməz. Zalımın gərək yardımçıları olsun ki, işini gördürə bilsin. Bu yolda ona kor-koranə təqlid edən davamçıları yardım edər. Ona görə də o yerdə ki, zülm görsək və bu zülmə xoş üz göstərsək – pis nəticəsini mütləq görəcəyik.

İkiqat əzaba düçar olan insanlar içərisində hədislərimiz Əhli-Beyti (ə) sevməyən seyidləri də nişan verirlər.

Əhməd ibni Ömər nəql edir: “Əbul Həsənə (ə) dedim: “O kəs ki, Fatimənin (s.ə) övladıdır və sizinlə düşmənçilik edir və sizin haqqınızı tanımır – cəza baxımından başqa insanlarla bərabərdirmi?”.

İmam (ə) buyurdu: “Onun cəzası bir neçə qatdır”.

Çünki bu insanların Muhəmməd (s) və Ali-Muhəmmədlə (ə) yaxınlıqları vardır və onlar günah edən zaman bu əzizləri daha çox narahat edərlər. Ona görə də cəzaları bir neçə qat olar.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930