Hər şeyi əlimizdən alsalar da, Peyğəmbər (s) və Əhli-Beytinə (ə) sevgidən imtina etmərik
Mьəllif: admin1
Tarix: 2-01-2016, 23:56
Hər şeyi əlimizdən alsalar da, Peyğəmbər (s) və Əhli-Beytinə (ə) sevgidən imtina etmərik

Bu günlər ürəyimizdə Peyğəmbərin (s) sevgisi üçün xüsusi yer vardır. Bizim ürəyimiz Həzrətin (s) sevgisi ilə qanad çalır və Peyğəmbər (s) aşiqlərinə bir hədis hədiyyə edirik. Peyğəmbərin (s) Suban adlı bir səhabəsi var idi. O, məclisdə ayağa qalxır və Həzrətə (s) deyir: “Atam-anam sənə fəda olsun, Qiyamət nə zaman olacaqdır?”. Həzrət Peyğəmbər (s) buyurdu: “Onun üçün nə hazır etmisən ki, soruşursan?”. Suban dedi: “Çoxlu əməlim yoxdur, məgər Allahı və Peyğəmbərini (s) sevməyimdən başqa”.
Həzrət Peyğəmbər (s) buyurdu: “Allahın Peyğəmbərinə (s) olan sevgin hara qədərdir?”.
Deyir: “Səni Peyğəmbər (s) seçən Allaha sevgim səndəndir, əgər məni qılıncla tikə-tikə etsələr, qayçı ilə kiçik-kiçik doğrasalar, dəyirman daşı ilə xırda-xırda etsələr mənim üçün daha rahatdır, nəinki sənə qarşı ürəyimdə narahatalığım, ikiüzlülüyüm, Əhli-beytinə (ə) və seçilmiş səhabələrinə qarşı düşmənçiliyim olsun. Mənim üçün sizdən sonra ən sevimli şəxs o kəsdir ki, sizi daha çox sevir. Mənim üçün ən düşmən insan o kəsdir ki, sizi sevməz. Sizinlə, Əhli-beytinizlə (ə) və seçilmiş səhabələrinizlə düşmənçilik etsin. Ey Allahın Peyğəmbəri! Bu, mənim sizə qarşı eşqimin sərmayəsidir və o kəslərə məhəbbətim var ki, sizi sevirlər. Mənim düşmənçiliyim sizin və dostlarınızın düşmənlərilədir. Əgər bu məndən qəbul olarsa, xoşbəxt olaram. Əgər məndən başqa əməl istənilərsə, mən elə bir əməl tanımıram ki, ona söykənə bilim və onu hesaba alım”.
Həzrət Peyğəmbər (s) buyurdu: “Sənə müjdə olsun! Çünki insan Qiyamət günü o kəslə olar ki, onu sevər. Ey Suban! Əgər yerlə göy arasında hər nə varsa, onun ölçüsü qədər günah etsən belə, bu sevgi ilə o günahlar, qayalıqlara düşən kölgənin günəşin onlara nur saçması ilə aradan getdiyindən daha tez məhv olar”.
Ey Allahın Rəsulu! O Allah ki, səni peyğəmbər seçmişdir, Quranda səninlə iftixar etdiyini bildirmişdir, sənin ürəyini sakitləşdirmək üçün surələr nazil etmişdir, qəlbinin nigaranlığı üçün qibləni dəyişdirmişdir, qüssələrin üçün müjdələr göndərmişdir – bizim bütün sərmayəmiz səni və Əhli-beytini (ə) sevməkdir. Allah Özü yaxşı bilir ki, əgər hər şeyimizi bizdən alsalar, sizin və Əhli-beytinizin (ə) eşiqini kənara qoymağa hazır olmarıq. (Tebyan)
/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930