Arpanın inanılmaz faydaları
Mьəllif: admin1
Tarix: 28-12-2015, 10:38
Arpanın inanılmaz faydaları
Əhli-Beytin sönməz ulduzu, qəriblər ağası İmam Rza (ə) buyurur: «Arpa çörəyinin fəziləti buğda çörəyi ilə nisbətdə Biz Əhli-Beytin başqa
insanlara olan nisbəti kimidir.»

Arpanın (ячмень) kimyəvi tərkibi nəinki buğdanınkından geri qalmır, bəlkə daha da zəngindir: nişasta, tanin, zülallar, karbohidratlar, yağlar, lifli maddələr, fermentlər, B1, B2, D, E, A vitaminləri arpanı çox dəyərli
qidalardan edir.

Tükənməz ilahi elmə malik olan İmam Cəfər Sadiq (ə) buyurur:-«Əgər Allah taala arpada olan şəfa qüvvəsini başqa qidalarda görsəydi, heç vaxt arpanı peyğəmbərlərin qidası qərar verməzdi.» Arpa sıyığı (kaşa) və şorbası köklükdən əziyyət çəkənlər üçün çox xeyirlidir. Arpada olan lifli maddələr orqanizm tərəfindən həll olmadan bağırsaqlara keçir və onları qıcıqlandıraraq hərəkətləndirir. Arpa dənələrini qaynadıb suyunu vannaya tökürlər ki, bu suda çimmək dəri xəstəliklərini müalicə edir. Arpa dietası tərkibindəki yağəridən A, D, E vitaminləri hesabına dəri xəstəlikləri- piodermiya, psoriaz, ekzema və s. müalicəsində çox faydalıdır. Arpa ununun duru hörrəsi soyuqdəyməsi olanlar üçün əsil şəfa mənbəyidir. Arpa yarmasının qaynadılmışı və ya iri üyüdülmüş arpa ununun hörrəsi kəskin mədə-bağırsaq iltihabı olanlar üçün məsləhətdir ki, inşallah xeyrini görərlər. Qaraciyəri qüvvətləndirmək istəyənlər üçün tövsiyə olunur ki, arpa dənələrini dəvətikanı (verblöjğe kolöçka) toxumu ilə birlikdə qaynadılıb soyudulmuş suyunu içsinlər. Damar və məsamələrin gözünü açmaq üçün, böyrək iltihabına və böyrək qumlarına qarşı arpa ayrıqotu (pırey polzuçiy) kökü ilə qaynadılıb bal qatılaraq içilir.

İshalı sağaltmaq üçün arpa qaynadılır, soyudulub süzülür, alınmış məhlula bal qatılaraq içilir. Mədə yanmasının qarşısını almaq üçün arpa unu və şam ağacı(sosna) saqqızı ilə məcun düzəldilib acqarına qəbul edilir. Bronxit, öksürək və s. nəfəs yolları xəstəliklərində arpa kəkotu (çabreü) ilə birlikdə qaynadılıb bal qatılaraq içilərsə Allahın izni ilə xəstəlikdən əsər qalmaz. Ağız içi və boğaz iltihablarında arpa qaynadılaraq içinə bal qatılır, bu məhlulla həm qarqara edilir, həm də gündə 3 dəfə 1/2 stəkan içilir. Bu ilahi dərman xəstənin hərarətini salmaq, susuzluğu yatırmaq üçün də çox faydalıdır. Arpa duzla birlikdə qızdırılıb zeytun yağı (olivkovoe maslo) ilə qarışdırılır və qulunclu nahiyələrə, ağrı-sızıltı olan yerlərə bağlanır. Hədislərdə var ki, gözümüzün nuru Həzrəti Məhəmməd (s) eyni bu cür edərmiş. Arpa bol nişastalı və lifli qidadır. İlahi elmlərin şəhəri, islam Peyğəmbəri Həzrəti Məhəmməd (s) və bu elmlər şəhərinin giriş qapısı Şahimərdan Əli (ə) həmişə günəş altında qurudulmuş arpa çörəyi yemişlər. Bir çoxları bunu Onların kasıb həyat tərzləri ilə əlaqələndirir, halbuki, Allahın bu sevimli və ilahi elmlərlə silahlanmış bəndələri bizlərdən fərqli olaraq, İlahi nemət olan arpa çörəyinin cünəş şüaları altında quruduqda daha cüclü bir qida maddəsinə çevrildiyini bilirdilər.

Ümumiyyətlə, arpa çörəyi asan həzm olan və bədəni möhkəmləndirən, bəsləyən bir qidadır. Məşhur ingilis dietoloqu Pol Bren İstambul dəniz limanında rast gəldiy 98 yaşlı bir hambalın haqqında söyləyir ki:-«Xəbər aldım, səni bu yaşda gənc və güclü edən hansı sirrdir və öyrəndim ki, onun gündəlik qidası əsas olaraq cünəş şüaları altında qurudulmuş arpa çörəyi və xurma (finik) dan ibarətdir.» Hər şeyin düzünü bilən Allahdır. Həmd və şükürlər olsun Ona ki, saysız-hesabsız nemətləri bizim qarşımıza sərmiş, özümüzə də şüur və ağıl vermişdir. Allahın salamı olsun 124 min ilahi peyğəmbərlərə, onların başının tacı Həzrəti Məhəmməd (s) a, onun bütün eyb və nöqsanlardan uzaq olan ƏhliBeytinə (ə)!


Hacı Novruz Murtuzov (Həkim)


Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930