Qeybə çəkilmə yox olma deməkdir?
Mьəllif: admin1
Tarix: 12-12-2015, 21:11
Qeybə çəkilmə yox olma deməkdir?

İmamın (ə.f) qeybdə olması heç də Həzrətin (ə.f) vücudunun görünməz bir ruha yaxud ilğıma və bu kimi şeylərə çevrilməsi mənasında deyil.
Əksinə o da təbii həyat sürür, sadəcə olaraq onun ömrü uzundur. Həzrət (ə.f) camaat arasında, cəmiyyət içərisindədir. Müxtəlif yerlərdə yaşayır, lakin naməlum şəkildə. Naməlum olmaqla görünməz olmaq arasında isə (yerdən göyə qədər) fərq vardır (Mehdi(ə.f)-böyük bir inqilab, səh/250). İmam Sadiq (ə) buyurardı: "Bizim Qaimimizin iki dəfə qeybəti olacaq. Onlardan birində o, həcc mərasimində hazır olacaqdır. O, insanları görür, insanlar isə onu görmürlər". (Üsuli-kafi, c.1, Səh/339.) Həzrətin (ə.f) həcc mərasimində iştirakı onun təbii, adi ömür sürməyinə dəlalət edir. Belə düşünülür ki, İmam Sadiqin (ə) kəlamında "xalqın onu görə bilməməsi"deyildikdə, təbii baxışla ayırd və seçə bilməmələri nəzərdə tutulmuşdur.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031